Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1328/2023 11.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı və nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qarabağ Regional İdarəsinin tabeliyində olan Ağcabədi rayonunun Şotlanlı kəınd uşaq bağçasında tərbiyəçi kimi işə bərpa olunmağı və ümumilikdə 2250 manat maaşının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 1992-ci ildə Adam şəhərində yerləşən 1 illik Pedaqoji Biliklər kursunu bitirmişdir. 1993-cü ildə yaşadığı Ağcabədi rayonun Şotlanlı kəndində yerləşən uşaq bağçasında tərbiyəçi kimi işə qəbul olunmuşdur. Həmin bağçada uzun müddət qüsursuz işləmişdir. 01 noyabr 2021-ci il tarixdə müdriyyət heç bir əsaslı səbəb olmadan onu işdən azad edib. Ona görə də o, Ağcabədi rayonu ərazisində yerləşən Mediasiya qurumuna müraciət edib. Mediasiya prosesi zamanı 28 mart 2022-ci il tarixdə müdriyyətlə bağlanmış 91 saylı barışıq sazişinə əsasən müdriyyətin 04 may 2022-ci il tarixli 3 sayı əmrinə əsasən o, işə bərpa olunub. Bir müddət işə gedib gəlsə də ona maaş verilmədi. Sonradan uşaq bağçaları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qarabağ Regiona Təhsil İdarəsinin tabeçiliyinə verilib. O, işə bərpa olunmağı ilə bağlı həmin idarəyə də müraciət edib. Lakin onu işə bərpa etməyiblər. Sonra təkrar Mediasiya qurumuna müraciət edib, lakin onun işə bərpa edilməsi barədə heç bir saziş imzalanmamışdır. O, işdən çıxarılmağını əsassız hesab edir. Ona görə də işə bərpa olunmağını, əsassız yerə 2021-ci ilin noyabr ayı da daxil olmaqla, 2023-cü ilin yanvar ayı da daxil cəmi 15 ay olmaqla hər ay 150 manat miqdarında ümumilikdə 2250 manat maaşının ona ödənilməsini tələb edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X8 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı cavabdeh Qarabağ Reginal Təhsil İdarəsinə qarşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh tabeçiliyində olan Ağcabədi rayonun Şotlanlı kənd uşaq bağçasında tərbiyəçi kimi işə bərpa olunması və ümumilikdə 2250 manat əmək haqqının ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddaçı İddiaçı işə bərpa və ümumilikdə 2250 manat əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsini qəbul etmirlər. Hesab edirlər ki, idda ərizəsi əsasız və qanunsuzdur. Belə ki, İddiaçı iddia ərizsəində göstərib ki, 01 noyabr 2021-ci il tarixdə müdriyyət heç bir əsaslı səbəb olmadan onu işdən azad etmişdir. Müdriyyət heç bir əsaslı səbəb olmadan onu işdən azad etmişdir. Halbu ki, Ağcabədi rayon İcra Hakimiyyəti Basçısının 15 mart 2021-ci il 55 nomrəli sərancamı ilə yaradılmış Attestastya Komissiyasının 22 sentyabr 2021-ci tarixli 11/1085 saylı və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-Ci maddəsinə əsasən Ağcabədi rayonu Şərəfxanlı kənd körpələr evi-uşaq baxçasının tərbiyəçisi işləyən İddiaçı tutduğu vəzifədən azad edilmişdir və onunla bağlanmış Əmək Muqaviləsinə xitam verilmişdir. Bundan başqa Ağcabədi şəhəri Mediasya şurasının 28 mart 2022-ci il tarixli 91 nomrəli barışıq sazişinə əsasən İddiaçı işdən azad olunması barədə 01 noyabr 2021-ci il tarixli 11 nomrəli əmrini ləğv etməklə, İddiaçı əvvəlki tutduğu tərbiyəçi işinə bərpa edilməsini, onunla müddətsiz əmək müqaviləsinin bağlanmasna və məcburi günlərə görə ona əmək haqqının hesablanıb ödənilməsini öhdəiyini öz üstünə götürmüşdür. Bundan başqa, Ağcabədi rayon Şərəfxanlı kənd X22 bağçasının 04 may 2022-ci il tarixli 3 saylı əmrə əsasən 28 mart 2022-ci il tarixli Mediasya prossesi nəticəsində bağlanmış 91 nomrəli əmr ləğv edilmiş, onu əvvəlki tutduğu tərbiyəçi işinə bərpa edilməklə, onunla muddətsiz əmək müqaviləsi bağlanmışdır. Məhkəmənin təşəbbüsü ilə məhkəməyə dəvət edilmiş və məhkəmənin 28 mart 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında dindirilmiş Ağcəbədi rayon Şərəfxanlı kənd uşaq bağşası körpələr evinin müdiri X7 izahatında göstərmişdir ki, İddiaçı əmək müqaviləsinə onun özünün təsiri ucbatından xitam verilmişdir, işdən çıxarılmasında heç bir qanun pozuntusuna yol verilməmişdir, iddiasının heç bir əsası yoxdur, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Mülki işə əlavə edilmiş AZE 0******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1973cü ildə Ağcəbədi rayonunda doğulmuşdur, Ağcabədi rayonu, Şotlanlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZE 13292439 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 20 yanvar 1978-ci ildə Ağcabədi rayonu, Şərəfxanlı kəndində doğulmuşdur, Ağcabədi rayonu, Muğanlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AA0342375 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 18 yanvar 1984-cü ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Ağcabədi rayon Şərəfxanlı kənd X22 bağçasının 04 may 2022-ci il tarixli 3 nömrəli əmrindən çıxarışdan müəyyən olunur ki, 28 mart 2022-ci il tarixli Mediasiya prosesi nəticəsində bağlanmış 91 nömrəli Barışıq sazişinə əsasən İddiaçı işdən azad olunması barədə 01 noyabr 2021-ci il tarixli 11 nömrəli əmri ləğv edilsin, onun əvvəlki tutduğu tərbiyəçi işinə bərpa edilməklə, onunla müddətsiz əmək müqaviləsi bağlanılsın və məcburi proqul günlərinə görə ona əmək haqqı hesablanaraq ödənilsin. Mülki işə əlavə edilmiş Ağacədi rayon İcra Hakimiyyətinin Şərəfxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəındəliyi tərəfindən verilmiş 307 nömrəli, 02 dekabr 2022-ci il tarixli arayışdan müəyyəən olunur ki, Bəyişova X11 rayonu,Şotlanlı kəndində yaşayır. Mülki işə əlavə edilmiş İddiaçı adına yazılmış ******* nömrəli Əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı 01 mart 1993-cü ildə Şərəfxanlı kənd X22 bağçasına 0.5 aklad tərbiyəçi vəzifəsinə təyin edilmişdir. 01 noyabr 2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 04 may 2022-ci ildə Mediasiya Şurasının 28 mart 2022-ci il tarixli qərarı ilə 04 may 2022-ci il tarixdə işinə qaytarılmışdır. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 28 mart 2022-ci il tarixli 91 nömrəli Barışıq sazişindən müəyyən olunur ki, tərəflər qarşılıqlı olaraq heç kimin təsir və başqınına məruz qalmadan tam mediasiya sesiyasında barışdılar və əmək müqaviləsinin davam etdirilməsinə razılıq verdilər, ikinci tərəf X9 iddiaçı, yəni birinci tərəf İddiaçı işdən azad olunması barədə 01 noyabr 2021-ci il tarixli 11 nömrəli əmrini ləğv etməklə, İddiaçı əvvəlki tutduğu tərbiyəçi işinə bərpa etməsini, onunla müddətsiz əmək müqaviləsinin bağlanmasına və məcburi proqul günlərinə görə ona əmək haqqının hesablanıb ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 29 dekabr 2022-ci il tarixli arayışından müəyyən olunur ki, tərəflər arasında razılıq əldə olunmamışdır. Mülki işə əlavə edilmiş Ağcabədi Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(017)339/2022 saylı qərardadının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Ağcəbədi rayon Şərəfxanlı kənd X22 bağçasının müdiri X4 qarşı Ağcabədi rayon İHB-n in Attestatiya Komissiyasının onun barəsində olan rəyinin ləğv edilməsi, Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa və məcburi proqul günlərinin əmək haqqının ödənilməsi və ya başqa işə keçirilməyi tələbi üzrə iddiaçı iddiadan imtina etdiyi üçün işin icraatına xitam verilməsi qərara alınmışdır. Mülki işə əlavə edilmiş Ağcabədi rayon Şərəfxanlı kənd X22 bağçasının 01 noyabr 2021-ci il tarixli, 12 nömrəli əmrinin surətindən müəyyən olunur ki, Ağcabədi rayon Şərəfxanlı kənd X22 bağçasının tərbiyəçisi İddiaçı 2021-ci il 01 noyabr tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. Əsas: Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının 15 mart 2021-ci il tarixli 55 nömrəli sərəncamı ilə yaradılmış Atestasiya Komissiyasının 22 sentyabr 2021-ci il tarixli 11/1085 saylı rəyi. Mülki işə əlavə edilmiş Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının 15 mart 2021-ci il tarixli 55 nömrəli sərəncamı ilə yaradılmış Atestasiya Komissiyasının 22 sentyabr 2021ci il tarixli 11/1085 saylı rəyində göstərilmişdir ki, Rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin və tərbiyəçilərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq onların tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu aşkara çıxarmaq, habelə işin səmərəliliyini artırmaq məqsədilə həmin sahədə çalışan işçilərin atestasiyadan (yazılı və şifahi yoxlama yolu ilə) keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin atestasiyadan keçirilməsi Qaydaları”, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsini və "Yerli icra hakimiyyətləri haqqında əsasnamə"nin 4.1.11-ci bəndini əsas tutaraq rayon İcra Hakimiyyəti başçısının 15 mart 2021-ci il tarixli 55 nömrəlı sərəncamı ilə Attestasiya Komissiyası yaradılmışdır. Komissiya tərəfindən keçirilmiş attestasiyanın yazılı mərhələsində Şərəfxanlı kənd körpələr evi-uşaq bağçasında tərbiyəçi vəzifəsində çalışan 4 nəfəri şifahi mərhələdə isə 3 nəfər iştirak etmişdir. Şərafxanlı kənd körpeler evi-uşaq bağçasında çalışan 4 nefer tərbiyəçinin attestasiyanın naticələrinə görə tutduqları vəzifəyə uyğunluğu məsələsinə baxılmışdır. Onların yazılı mərhələ üzrə 0-5 bal aralığında qiyməti orta hesabla 1,8 bal təşkil etmiş, şifahi mərhələ üzrə isə 2 nəfər qeyri-kafiı 1 nəfər "yaxşı” qiymətləndirilmişdir. Attestasiyanın nəticələrinə görə X13 tutduğu vəzifəyə uyğun hesab edilmiş, 3 nəfər isə tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. X14, İddiaçı, X10 attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqları üçün işdən azad olunmaları tövsiyə olunur. X10 isə orta ixtisas və ali təhsil haqqında sənədi təqdim edərsə attestasiyanın şifahi mərhələsinə cəlb edilməsi nəzərdə tutulur. Orxta-ixtisas və ya ali təhsil haqqında sənədi təqdim etmədiyi halda isə X5 da işdən azad edilməsi tövsiyə olunur. Qanunvericiliyin tələblərinə əsasən Attestasiya komissiyasının tövsiyyələri tərəfinizdən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Mülki işə əlavə edilmiş Cavabdeh 26 iyun 2023-cü il tarixli, 3-29-38/2-890/2023 saylı arayışında göstərilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında 27 dekabr 2010-cu il tarixli,1251 nömrəli və Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmiləşdirilməsi haqqında 24 iyul 2014-cü il tarixli 664 nömrəli Azərbaycan Respublikası Prezidentinin sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli 3059 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturunda dəyişiklik edilərək, Rayon Təhsil Şöbələrinin ləğv edilməsi əsasında regional təhsil idarələri yaradılmışdır. Qeyd edilən struktur dəyişikliklərinə uyğun olaraq müvafiq təhsil şöbələrinin balansında olan və yerli icra hakimiyyəti orqanlarının tabeliyində fəaliyyət göstərən ümumtəhsil və məktəbəqədər təhsil müəssisələri müvafiq regional təhsil idarələrinin balansına verilmişdir. Müvafiq struktur dəyişikliyinin edildiyi tarixdən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri tərəfindən həyata keçirilməkdədir. Mülki işə əlavə edilmiş Cavabdeh 07 iyul 2023-cü il tarixli, 3-29-38/2-975/2023 saylı arayışında göstərilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında 27 dekabr 2010-cu il tarixli,1251 nömrəli və Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmiləşdirilməsi haqqında 24 iyul 2014-cü il tarixli 664 nömrəli Azərbaycan Respublikası Prezidentinin sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli 3059 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturunda dəyişiklik edilmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 fevral 2021-ci il tarixli F-99 nömrəli əmrinə əsasən Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocall, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında Cavabdeh yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında 20 dekabr 22021-ci il tarixli 3058 nömrəli sərəncama əsasən yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhər üzrə Bakı şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri sitisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Qeyd edilən struktur dəyişikliklərinə uyğun olaraq idarənin fəaliyyətinin formalaşdırılması ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri 29 aprel 2022-ci il tarixdən etibarən Cavabdeh tabeliyinə verilmişdir. Beləliklə Azərbaycan Respublikası Prezidentinin “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında 20 dekabr 2021-ci il tarixli 3058 nömrəli sərəncamına qədər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində (müdirləri və tərbiyəçi müəllimləri istisna olmaqla) işə qəbul, işdən azad edilmə, işə bərpa yerli icra hakimiyyətinin səlahiyyətində olmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 fevral 2022ci il tarixli, F-99 nömrəli Əmrinin surətindən müəyyən olunur ki, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocall, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında Cavabdeh yaradılmışdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 1993-cü ildən 01 noyabr 2021-ci ilə kimi Ağcabədi rayon Şərəfxanlı kənd X22 bağçasında tərbiyəçi işləmiş, 01 noyabr 2021-ci il tarixdən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra 05 may 2022-ci il tarixdə iddiaçı əvvəlki işinə qaytarılmışdır. Halbuki həmin işə bərpa əmri mövcud yeni qanunvericiliyə əsasən Ağcabədi rayon Şərəfxanlı kənd X22 bağçasının müdiriyyəti tərəfindən təsdiqlənə bilməzdi. Bundan başqa iddiaçı işə bərpa ilə bağlı nəzərdə tutulmuş prosessual müddəti ötürməmişdir. Belə ki, işə bərpa edildikdən sonra ona müvafiq qeyd əmək kitabçasında qeyd edilməklə işə çıxmışdır. Lakin sonradan ona əmək haqqı ödənilməməsi müəyyən edildikdən sonra məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə həmçinin qeyd edir ki,hazırki iş üzrə iddiaçı Ağcəbədi Rayon Məhkəməsinə müraciət etmiş və Ağcəbədi Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata iddiaçının iddia tələbindən imtina etməsi əsası ilə xitam verilmişdir. Halbuki həmin xitam verilməsinə səbəb iddiaçının yenidən barışıq sazişi ilə işə bərpa edilməsi olmuşdur. Lakin sonradan cavabdeh təşkilat həmin işə bərpa etməni qanuni hesab etməmiş və əmək haqqı ödənilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 42-ci maddənin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 46-cı maddənin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Həmin Məcəllənin 56-cı maddənin 1-ci hissəsinə əsasən, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmin Məcəllənin 56-cı maddənin 2-ci hissəsinə əsasən, işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Həmin Məcəllənin 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən, bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi. Həmin Məcəllənin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 294.1-ci maddəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının əməkhaqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “c” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən bağlanılmış əmək müqaviləsinə xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsaüsən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Göründüyü kimi, qanunverici işçinin əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürənin və ya onun qanunvericiliyə uyğun səlahiyyət verdiyi rəhbər şəxsin üzərinə mühüm vəzifələr qoymuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 64-cü maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. İşəgötürənin əmri (sərəncamı)ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə əsasən Attestasiya komissiyasının tövsiyyələri 30 təqvim günü ərzində yerinə yetirilməli olduğu halda işçi ilə attestasiya 22 sentyabr 2021-ci il tarixdə attestasiya keçirilmiş və işçi bundan 01 ay 09 gün sonra həmin tövsiyə nəzərə alınmaqla işdən çıxarılmışdır. Qeyd edilən faktların təkzib edilməsi ilə bağlı cavabdeh təşkilat yalnız öz mülahizələrindən ibarət olan etirazlarını məhkəməyə təqdim etmiş, zəruri hesab edilən sənədlərini və mtəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin, işə götürən işçi ilə əmk müqaviləsinə xitam verən zaman Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, həmin maddədə göstərilir ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Beləliklə məhkəmə hesab edir ki, işçinin işdən azad edilmə ilə bağlı əmr qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, iddiaçının işdən çıxarılma ilə bağlı əmri qanunsuz hesab edilərək ləğv edildiyindən onun işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə əmək haqqı da ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə,əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçı öz iddia tələbində haqlıdır və iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Ağcabədi rayon Şərəfxanlı kənd X22 bağçasının 01 noyabr 2021-ci il tarixli, 12 nömrəli əmri etibarsız hesab edilsin. Bəyişova X11 rayon Şərəfxanlı kənd X22 bağçasının tərbiyəçisi vəzifəsinə bərpa edilsin və məcburi işburaxmağa görə İddiaçı 2250 manat məbləğində vəsait Cavabdehndən tutularaq ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Elsun Əhmədov