Məhkəmə qərarları › İş №2(021)-1330/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1330/2023

10.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1330/2023 10.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi, Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan Bərdə rayonu, Şorəlli kəndində yerləşən 0.0715 ha torpaq sahəsindən çıxarılması, həmin ərazidə mövcud tikililərin sökülərək əvvəlki vəziyyətinə gətirilməsi, onun yerindən istifadə etdikləri müddətdə vurmuş olduqları ziyanın əvəzinin ödənilməsi və məhkəmə xərclərinin ona aid edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək, yeni iddia ilə məhkəməyə müraciət edərəcklərini üçün, işi baxılmamış saxlayaraq, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri, dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 işə mahiyyəti üzrə baxılmasını tələb etməyərək, mülki işin baxılmamış saxlanmasına etirazının olmadığını bildiri. Məhkəmə iclasında Cavabdeh3 işə mahiyyəti üzrə baxılmasını tələb etməyərək, mülki işin baxılmamış saxlanmasına etirazının olmadığını bildiri. Məhkəmə cavabdehləri dinləyib, ərizələri və işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, iddia ərizəsi MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. İddiаçı İddiaçı Bərdə Rayon Məhkəməsinin xeyrinə ödədiyi 100 (yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar