Məhkəmə qərarları › İş №2(021)-134/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-134/2024

20.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-134/2024 20.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “Zəbt edilmiş torpaq sahəsindən çıxarılma və cavabdeh tərəfindən inşa edilmiş tikili və qurğuların cavabdehin hesabına sökülüb təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1998-ci ildə aqrar islahat aparılan zaman Bərdə rayonu Qaradağlı kəndində ona və ailə üzvləri X2, X1, X3 verilmiş 0,9999 ha torpaq sahəsindən cavabdehin çıxarılması, orada inşa edilmiş ferma, qurğu və tikililərin cavabdehin hesabına sökülərək ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək torpaq mübahisəsi ilə bağlı mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə mülki işin materialları nəzərədən keçirib, İddiaçı ərizəsini müzakirə edib, hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 170.1-ci maddəsinin tələbinə əsasən ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261-0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh qarşı “Zəbt edilmiş torpaq sahəsindən çıxarılma və cavabdeh tərəfindən inşa edilmiş tikili və qurğuların cavabdehin hesabına sökülüb təhvil verilməsi” tələbinə dair iddia ərizəsi İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim : Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar