Məhkəmə qərarları › İş №2(021)-1348/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1348/2023

01.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1348/2023 01.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X*3 iclas kаtibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X22 və Maraqlı şəxs* nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiаçı Ərizəçi cavabdehlər Maraqlı şəxs* və X45 Xidmət Mərkəzi Dövlət Notariat kontoruna qarşı “Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ilk və iddiaçı Maraqlı şəxs* cavabdehlər Ərizəçi və X45 Xidmət Mərkəzi Dövlət Notariat kontoruna qarşı “Mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi, mirasın qəbulu faktının müəyyən edilməsi və cavabdehin miras əmlakdan pay hüququnun itirilmiş hesab edilməsi” tələbinə dаir sonrakı iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı Ərizəçi cavabdehlər Maraqlı şəxs* və X45 Xidmət Mərkəzi Dövlət Notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X7na məxsus bəzi miras əmlakın onun sahibliyində və istifadəsində olmasını nəzərə alıb, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzürlü sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiаçı Maraqlı şəxs* cavabdehlər Ərizəçi və X45 Xidmət Mərkəzi Dövlət Notariat kontoruna qarşı “Mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi, mirasın qəbulu faktının müəyyən edilməsi və cavabdehin miras əmlakdan pay hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Ərizəçi cavabdehlər Maraqlı şəxs* və X45 Xidmət Mərkəzi Dövlət Notariat kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair məhkəməyə iddia ərizəsi təqdim edərək məhkəmədən mərhum X7na məxsus miras əmlakın bölgüsündə ona düşən qızıl-zinət əşyalarından bir ədəd briliyant üzüyün onun sahiblik və istifadəsində olmasını, anasının adına Bərdə şəhəri, N.Nərimanov küçəsi, ev 3, mənzil * saylı ünvanda yerləşən fərdi yaşayış evində anasının bütün yas mərasimlərində iştirak etməyini, həmin dövrdə Bakı şəhərində yaşamağlarını, ölkə ərazisində koronovirus pandemiyasının yayılması ilə əlaqədar şəhərdən rayonlara gediş-gəlişin qadağan olunması səbəbindən mirasın onun tərəfindən qəbul edilməsi ilə əlaqədar Dövlət notariat kontoruna vaxtında müraciət edə bilməməyi faktının müəyyən edilməsinin və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzürlü sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha son iddiаçı Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və miras qalmış əmlakdan ona düşən pay hissəsinin ayrılıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ərizəçi iddia ərizəsi əsasında qeydə alınmış 2(02*)-*348/2023 saylı mülki iş iddiaçı Maraqlı şəxs* iddia ərizəsi əsasında qeydə alınmış 2(02*)-*353/2023 saylı mülki işlər birlikdə baxılmaq üçün 2(02*)-*348/2023 sayla bir icraatda birləşdirilmişdir. İddiaçı Ərizəçi tərəfindən iddia tələbi belə əsaslandırılmışdır ki, X7 27.*0.20*9-cu ildə vəfat etmişdir. Anası sağlığında yəni, 29.07.20*9-cu ildə əri X29 etibarnamə vermiş və əmlakının idarə olunmasını ona tapşırmışdır. Anasının ölümündən sonra onun yas mərasimlərini yola vermiş, ancaq vaxtında Dövlət notariat kontoruna müraciət etməmiş, vərəsəlik şəhadətnaməsi almamışdır. Bu səbəbdən problemlərlə üzləşmişdir. Belə ki, anasının adına fərdi yaşayış evi qalmışdır. X33 ölümündən sonra, yəni 27.*0.20*9-cu ildən ona məxsus əmlakları, o cümlədən anasına məxsus qızıl-zinət əşyalarını bacısı Maraqlı şəxs* ilə birgə razılıqları əsasında bölüşmüş, hal-hazırda həmin əşyalar onun sahibliyində və istifadəsindədir. Vərəsəlik şəhadətnaməsi vaxtında müraciət edilib alınmadığından anasına məxsus əmlakla bağlı sərəncam hüququnu həyata keçirə bilmir. Məhz bu səbəbdən X45 Xidmət Mərkəzində Dövlət Notariat Kontoruna müracət etmiş, vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Qeyd edilənlərlə bağlı, xüsusi icraat qaydasında məhkəməyə müraciət etmiş, nədənsə bacısı Maraqlı şəxs* qeyd edilənləri düzgün başa düşməmiş, mübahisələndirmiş, məhkəmə bu səbəbdən *9.0*.2023-cü il tarixli, 2(02*)-509/2023 saylı qərardad qəbul edərək ərizəni baxılmamış saxlamışdır. Odur ki, X7na məxsus bəzi miras əmlakların onun sahibliyində və istifadəsində olmasını nəzərə alıb, mirasın tərəfindən qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və miras qalmış əmlakdan ona düşən pay hissəsinin ayrılıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa Maraqlı şəxs* tərəfindən iddia tələbi belə əsaslandırılmışdır ki, *973cü ildə Bərdə şəhərində anadan olmuş və Bərdə şəhəri, Nəriman Nərimanov küçəsi, ev 3, mənzil * ünvanında daimi yaşamış, hazırda da ailə üzvlərilə birlikdə həmin ünvanda yaşayır. Sözügedən ev valideyinlərinə məxsus olmuşdur. X3 xx.xx.2009-cu ildə, X7 isə 27.*0.20*9-cu ildə vəfat etmişdir. Cavabdeh Ərizəçi doğma bacısıdır. Digər bacısı X8r. Başqa bacı və qardaşı yoxdur. X4 vəfatından sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX *047996 nömrəli (qeydiyyat tarixi *3.07.20*7-ci il, Qeydiyyat nömrəsi *8*7004745) Çıxarış əsasında tam mülkiyyət hüququ ilə ona məxsus olmaqla Bərdə şəhəri, Nəriman Nərimanov küçəsi, ev 3, mənzil * miras qalmışdır. Anasının vəfatından sonra, yəni 27.*0.20*9-cu il tarixindən başlayaraq hal-hazıradək həmin miras evə sahiblik edir, evi faktiki olaraq miras kimi qəbul edərək onu idarə edir və ailə üzvləri-həyat yoldaşı X24, oğulları X25 və X26 ilə birlikdə həmin evdə yaşayırlar. Evin bütün kommunal xərcləri və telefon pulu da 20*9-cu ilin oktyabr ayından hal-hazıradək onun tərəfindən ödənilir, evi normal vəziyyətdə saxlamaq üçün dəfələrlə tərəfindən öz şəxsi vəsaiti hesabına cari təmir işləri aparılmış, evin mühafizə edilməsi təmin edilmişdir. X3 xəstə olduğuna görə o, 2009cu ilin may ayından etibarən övladları ilə birgə Bakı şəhərindən Bərdə rayonuna gələrək, valideyinlərinin evində yaşamaqla ata-anasına qulluq etmişdir. Həmin ilin sentyabr ayında atas vəfat etmişdir. X7 tək qalmaması üçün anasının özünün böyük bacısı Aynur Mirzəyevanın və böyük xalası olan Rahilə Babayevanın məsləhəti ilə 20*0-cu ildən o və həyat yoldaşı Bakı şəhərində işlədikləri işdən çıxaraq, uşaqlarını da məktəbdən çıxardıb birdəfəlik köçüb anasının evinə onun yanına gəlmişlər. Həmin vaxtdan hal-hazıradək də bu evdə yaşayırlar. Lakin, buna baxmayaraq onun tərəfindən indiyədək anasının mirasının qəbul edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün notariat orqanına ərizə ilə müraciət edilməmişdir. Bunun səbəblərindən biri qanunvericiliyin miras əmlaka dair tələblərini bilməməsi olmuşdur. Hesab etmişdir ki, əgər həmin evdə daimi qeydiyyatdadırsa və ailə üzvləri ilə birlikdə həmin evdə hələ anasının sağlığından yaşayırlarsa, nə vaxt olsa dövlət orqanlarına ərizə ilə müraciət edə bilərlər. Digər səbəb isə bacılarının, yəni digər vərəsələrin anasının vəfatından sonra son günlərədək həmin miras evlə bağlı hər hansı bir tələb irəli sürməmələri olmuşdur. Odur ki, sözügedən evin miras kimi tərəfindən qəbulu müddəti məhkəmə qaydasında ötürülməmiş hesab edilməlidir. Ona məlum olmuşdur ki, cavabdeh-bacısı Ərizəçi "mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair" ərizə ilə Bərdə rayon məhkəməsinə müraciət etmişdir və həmin ərizəsində məhkəməyə yanlış məlumat verərək bildirmişdir ki, guya anasının vəfatından sonra ondan miras qalmış həmin ev onun sahibliyində, idarəçiliyində və istifadəsində olmuşdur, hal-hazırda da idarəçiliyindədir. Odur ki, məhkəmədən miras evin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Lakin, Bərdə rayon məhkəməsi (hakim Qamət Əbilov) maraqlı şəxs kimi onun ərizəni və miras ev barəsində mübahisə olduğunu nəzərə alaraq *9.0*.2023- cü il tarixli, 2(02*)-509/2023 nömrəli qərardadı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs*, X9, X45 Xidmət mərkəzində dövlət notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması barədə ərizəsi baxılmamış saxlanılmışdır. Digər vərəsə olan bacısı X*8 isə anasından miras qalmış sözügedən evə vərəsə kimi onun tanınmasına və evin mülkiyyətinə verilməsinə etiraz etməmişdir. Yuxarıda şərh etdiyi səbəblərdən mərhum X7ndan miras qalmış Bərdə şəhəri Nəriman Nərimanov küçəsi, ev 3 mənzil * ünvanında yerləşən fərdi yaşayış evinin miras kimi faktiki olaraq mirasın açıldığı 27.*0.20*9-cu il tarixindən etibarən onun qəbul etməsi faktı məhkəmə tərəfindən müəyyən edilməli, həmin mirasa sahiblik etməklə onu idarə, istifadə, mühafizə etməsi və qorunması, həmçinin digər vərəsələr olan bacıları Ərizəçi və Aynur Mirzəyevanın xüsusi mülkiyyət hüququ ilə öz evlərinin olması, onun və ailə üzvlərinin hazırkı mübahisənin predmeti olan miras evdə yaşaması, həmin miras evdən başqa digər hər hansı bir yaşayış sahələrinin olmaması nəzərə alınaraq mirasda yalnız onun payının olması, cavabdeh Ərizəçi isə həmin mirasdan pay hüququnu itirməsi məhkəmə tərəfindən müəyyən edilməlidir. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini əsaslı olmaqdan başqa Azərbaycan Respublikasının qanunvericilik aktları baxımında da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təsbit edilmişdir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *243.*-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin *243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin *243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəlləsinn *245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcəllənin *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin *248.*-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Hesab edir ki, cavabdeh Ərizəçi hazırkı mübahisənin predmeti olan miras evdən vərəsə kimi pay almaq hüququnu itirməsi də məhkəmə qaydasında müəyyən edilməlidir. Odur ki, miras qoyan 27.*0.20*9-cu il tarixdə vəfat etmiş X7na Dövlət reyestrindən *3.07.20*7-ci il tarixli, *8*7004745 qeydiyyat nömrəli Seriya RX *047996 nömrəli Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə məxsus olmuş Bərdə şəhəri, Nəriman Nərimanov küçəsi, ev 3, mənzil * ünvanındakı evin miras olaraq tərəfindən qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi, həmin miras əmlakın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və cavabdeh Ərizəçi həmin miras əmlakdan pay hüququnu itirmiş hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə *8.04.2023-cü il tarixli 2(02*)-*348/2023 saylı qərardadla X*8 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X35 iddia tələbini müdafiə edərək ilkin iddanın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs* nümayəndəsi və vəkili Vəkil Maraqlı şəxs* iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh X45 Xidmət Mərkəzi Dövlət Notariat kontoruna və üçüncü şəxs X9 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, notariat ofisinin xüsusi notariusu məhkəməyə məlumat ünvanlayaraq məhkəmə iclasında iştirak etməmələrinin üzürlü hesab edilməsi və işə iştirakları olmadan baxılaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs isə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir, Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib iş materialları üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddiaçı Ərizəçi cavabdehlər Maraqlı şəxs* və X45 Xidmət Mərkəzi Dövlət Notariat kontoruna qarşı “Mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və miras qalmış əmlakdan ona düşən pay hissəsinin ayrılıb verilməsi” tələbinə dair iddiası qismən, Maraqlı şəxs* cavabdehlər Ərizəçi və X45 Xidmət Mərkəzi Dövlət Notariat kontoruna qarşı “Mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi, mirasın qəbulu faktının müəyyən edilməsi və cavabdehin miras əmlakdan pay hüququnun itirilmiş hesab edilməsi” tələbinə dаir iddia tələbi də qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: X45 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış *6.**.2022-ci il tarixli 2857/2022 saylı məlumatdan görünür ki, Ərizəçi *6 noyabr 2022-ci il tarixdə ərizə ilə Bərdə Regional “Asan Xidmət” mərkəzinin notariat ofisinə müraciət edərək 27 oktyabr 20*9-cu ildə vəfat etmiş anası Bərdə şəhəri Nəriman Nərimanov küçəsi ev 3, mənzil * ünvanında qeydiyyatda olmuş X*5 qalmış miras əmlaka dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müraciət etmiş, həmin ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Odur ki, mirasın qəbul edilməsi müddətinin uzadılması, eyni zamanda miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi xahiş olunmuşdur. AA 279*2*8 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*970-ci ildə doğulmuşdur. *6.**.2022-ci il tarixli *008967*03 nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəmədə iddia qaldırılması üçün *00,0 AZN dövlət rüsumu və 0,40 AZN xidmət haqqı ödəmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *9.**.2022-ci il tarixli, 64*3 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə şəhəri, Gəncə küçəsi, 9 nömrəli evdə yaşayır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *5.**.2022-ci il tarixli, *52*-05/69 nömrəli arayışdan görünür ki, X*0 xx.xx.*970-ci ildə Bərdə rayonunda doğulmuşdur, X3, X7dır. Bu barədə Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən *5 yanvar *97*-ci il tarixli 23 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *5.**.2022-ci il tarixli №*520-05-69 nömrəli arayışdan görünür ki, X32 27.*0.20*9-cu ildə Bərdə rayonunda ölmüşdür. Bu barədə Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən *0 dekabr 20*9-cu il tarixli *65 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi: Beyin daxili qansızma. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *5.**.2022-ci il tarixli № *5*9-05-69 nömrəli arayışdan görünür ki, X*4 xx.xx.2009-cu ildə Bərdə rayonunda ölmüşdür. Bu barədə Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən 0* oktyabr 2009-cu il tarixli 244 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi: Ürəyin tampanadası. X45 Xidmət Mərkəzinə ünvanlanmış X32 əvəzindən X35 tərəfindən imzalanmış *9.*0.20*9-cu il tarixli ərizədən görünür ki, Ərizəçi Bərdə şəhəri, Nəriman Nərimanov küçəsi, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmasına etiraz etməmişdir. xx.xx.2022-ci il tarixli, AR-İİ№ 720768 nömrəli etibarnamədən görünür ki, Ərizəçi X29 adından Dövlət orqanlarında çıxış etmək hüququ vermişdir. 29.07.20*9-cu il tarixli, AR-İ № 832328 nömrəli etibarnamədən görünür ki, X6 Elçin Əşrəf oğluna onun adından bütün əmlakını idarə etmək və onun üzərində sərəncam verməklə bağlı bütün səlahiyyətləri və Dövlət orqanlarında çıxış etmək hüququnu vermişdir. Bərdə rayon Məhkəməsinin *9.0*.2023-cü il tarixli, 2(02*)-509/2023 nömrəli qərardadından görünür ki, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs*, X9, X45 Xidmət Mərkəzində Dövlət Notariat Ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması barədə ərizəsi Maraqlı şəxs* tərəfindən mübahisələndirildiyindən baxılmamış saxlanılmışdır. Sistemdən çıxarışdan görünür ki, Maraqlı şəxs* Bərdə şəhəri, Nəriman Nərimanov küçəsində qeydiyyatdadır. Təqdim edilmiş 3 ədəd fotoşəkillərdə * ədəd brilliant qaşlı üzüyün və 2 ədəd kəlağayının olması əks etdirilir. xx.xx.2023-cü il tarixli, AR-İİ№ 95*687 nömrəli etibarnamədən görünür ki, Maraqlı şəxs* Vəkil adından Dövlət orqanlarında çıxış etmək hüququ vermişdir. RX Seriyalı *047996 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən *3.07.20*7-ci il tarixli, *8*7004745 qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bərdə şəhəri, Nəriman Nərimanov küçəsi ev 3, mənzil * ünvanında yerləşməklə xüsusi mülkiyyətdə olan ümumi sahəsi *24 kv.m. olan mənzil X*7 adına qeydiyyata alınmışdır. Təqdim edilmiş Maraqlı şəxs* adına yazılmış 09 ədəd ödəniş qəbzlərindən görünür ki, Maraqlı şəxs* tərəfindən Azər SU ASC-nin Bərdə sukanal sahəsinin və X2 hesabına xidmətlər üçün ödənişlər edilmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Vəkil sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli, 62 nömrəli cavabdan görünür ki, Bərdə şəhəri, Nəriman Nərimanov küçəsi, ev 3, mənzil * ünvanında yerləşən mərhumə X*7 mülkiyyətində olmuş və 27.*0.20*9-cu ildə onun vəfatından sonra miras qalmış evdə yaşayan Maraqlı şəxs* onun təsərrüfatını idarə etmişdir. X24, X25 və X26 ailə üzvülərdir. X*8 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, miras əmlak olan ünvan 6il * fərdi yaşayış evi olan miras əmlakı bacısı Maraqlı şəxs* qəbul etdiyindən ev Maraqlı şəxs* məxsusdur, hazırda Bakı şəhərində olduğundan məhkəmədə iştirak edə bilmir və xahiş edir ki, onun iştirakı olmadan işə baxaraq iddiaçı Maraqlı şəxs* iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilsin. AA 42*8*57 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs* xx.xx.*973-cü ildə doğulmuşdur. İ-ЖГ № 445546 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs* xx.xx.*973-cü ildə Bərdə şəhərində doğulmuşdur, X3, X7dır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3*.0*.2023-cü il tarixli, 507 nömrəli arayışdan görünür ki, Maraqlı şəxs* ailə üzvüləri X24 (yoldaşı), X25 (oğlu) və X26 (oğlu) ilə birgə Bərdə şəhəri, Nəriman Nərimanov küçəsi 4 nömrəli evdə yaşayır. AZ-İ 380772 nömrəli X*2 surətindən görünür ki, X*4 xx.xx.2009-cu ildə vəfat etmişdir. AZ-İİ 058770 nömrəli X*2 surətindən görünür ki, X32 27.*0.20*9-cu ildə vəfat etmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 0*.02.2023-cü il tarixli, 439 nömrəli arayışdan görünür ki, X32 vəfat edənə kimi Bərdə şəhəri, Nəriman Nərimanov küçəsi ev 3, mənzil *-də yaşamışdır. Ailə üzvülərindən X5 vəfat etmişdir, təsərrfüatında X*8, Ərizəçi və Maraqlı şəxs* qalmışdır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 0*.02.2023-cü il tarixli, 439 nömrəli arayışdan görünür ki, X*7 mülkiyyətində olan Bərdə şəhəri, Nəriman Nərimanov küçəsi ev 3/* ünvan ilə Bərdə şəhəri, Nəriman Nərimanov küçəsi, ev 4 eyni ünvandır. X45 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən Maraqlı şəxs* ünvanlanmış 3*.0*.2023-cü il tarixli 28*/2023 saylı məlumatdan görünür ki, Maraqlı şəxs* 3*.0*.2023-cü il tarixdə ərizə ilə Bərdə Regional “Asan Xidmət” mərkəzinin notariat ofisinə müraciət edərək 27 oktyabr 20*9-cu ildə vəfat etmiş anası Bərdə şəhəri Nəriman Nərimanov küçəsi ev 3, mənzil * ünvanında qeydiyyatda olmuş X*5 qalmış miras əmlaka dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müraciət etmiş, həmin ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Odur ki, mirasın qəbul edilməsi müddətinin uzadılması, eyni zamanda miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi xahiş olunmuşdur. Sistemdən çıxarışdan görünür ki, xx.xx.*970-cil il təvəllüdlü Ərizəçi Bərdə şəhəri Gəncə küçəsində qeydiyyatdadır. Sistemdən çıxarışdan görünür ki, 05.0*.*969-cu il təvəllüdlü X*8 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti *9 ünvanında qeydiyyatdadır. Təqdim edilmiş Maraqlı şəxs* adına yazılmış 04 ədəd ödəniş qəbzlərindən görünür ki, Maraqlı şəxs* tərəfindən Azər SU ASC-nin, X2, Azəriqaz ASC-nin və Azərişıq ASC-nin hesabına Bərdə şəhəri, Nəriman Nərimanov küçəsində xidmətlər üçün ödənişlər edilmişdir. Məhkəməyə 3*.05.2023-cü il tarixdə X* göndərərək, teleqramda X7na vəfat edənədək onunla birgə yaşayan bacısı Maraqlı şəxs* qulluq göstərdiyini, X4 vəfatından sonra ondan miras qalmış Bərdə şəhəri, Nəriman Nərimanov küçəsi ev 3, mənzil * Maraqlı şəxs* miras kimi qəbul edərək, faktiki həmin əmlaka sahiblik və idarə edir. Anasından miraz qalmış Bərdə şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən ev 3, mənzil *-ən ona düşən paydan bacısı Maraqlı şəxs* xeyrinə imtina etdiyini qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı Ərizəçi cavabdehlər Maraqlı şəxs* və X45 Xidmət Mərkəzi Dövlət Notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X7na məxsus bəzi miras əmlakın onun sahibliyində və istifadəsində olmasını nəzərə alıb, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzürlü sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiаçı Maraqlı şəxs* cavabdehlər Ərizəçi və X45 Xidmət Mərkəzi Dövlət Notariat kontoruna qarşı “Mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi, mirasın qəbulu faktının müəyyən edilməsi və cavabdehin miras əmlakdan pay hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Daha son iddiаçı Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və miras qalmış əmlakdan ona düşən pay hissəsinin ayrılıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ərizəçi iddia ərizəsi əsasında qeydə alınmış 2(02*)- *348/2023 saylı mülki iş iddiaçı Maraqlı şəxs* iddia ərizəsi əsasında qeydə alınmış 2(02*)- *353/2023 saylı mülki işlər birlikdə baxılmaq üçün, 2(02*)-*348/2023 sayla bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin **93-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının *3-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 20**-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin *203.*-ci maddəsinin şərh edilməsinə dair” *3 dekabr 20**-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): **33.*-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. **33.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. **34.*-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. **5*.*-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. **59.*.*-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. **60-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. *243.*-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. *243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. *243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. *255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. *26*-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. *274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. *275-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. *29*-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin *243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun *6 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 20*4cü il *8 iyul tarixli Qərarı). Bundаn bаşqа, mülki qanunvercilik mirаs əmlakın vərəsələr arasında onların hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun olaraq bölüşdürülməsinin mümkünlüyü, paylarla bağlı vərəsələr arasında ixtilaflar və mübahisələr olduqda isə payların məhkəmə qaydasında bölüşdürülməsi və vərəsəlik hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *29* və *32*.*-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.*-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 202*-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan *274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan *29*-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Lakin, nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin *297-*299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin *29*-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki: X32 27 oktyabr 20*9-cu ildə vəfat etmişdir. X5 xx.xx.2009-cu ildə vəfat etmişdir. Vəfat etməmişdən öncə onun aşağıdakı qanun üzrə birinci növbə vərəsələri qalmışdır: X*8 -qızı Ərizəçi-qızı Maraqlı şəxs* -qızı İş materiallarından müəyyən edilir ki, mübahisə predmeti olmaqla vəfat edən şəxsdən Bərdə şəhəri, Nəriman Nərimanov küçəsi ev 3, mənzil * (ünvan baxımından eynilik təşkil edən ünvan 12ır və həmin ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində *3.07.20*7-ci il tarixdə *8*7004745 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, həmin miras əmlak olan mənzilə vərəsələrin miras payı tanınmaqla Ərizəçi */3 pay və Maraqlı şəxs* hər birinə */3 pay miras (vərəsəlik) payları ayrılmaqla miras paylar müəyyən edilməli, X9 çatası olan */3 pay miras payı isə açıq saxlanılmalıdır. Çünki, həmin məsələ məhkəmədə teleqramla deyil, notariusda həll edilməli və vərəsələrdən biri digərinin xeyrinə mirasdan imtina edə bilər. Buna görə məhkəmə hesab edir ki, Ərizəçi iddia tələbi mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və miras qalmış əmlakdan ona düşən miras payının ayrılması (tanınması) hissəsində təmin edilməli, miras payının ayrılıb verilməsi hissəsində isə rədd edilməlidir. Belə ki, ilk öncə miras (vərəsəlik) payları tanınır, bundan sonra həmin payların naturada ayrılıb verilməsi məsələsinə məhkəmə qaydasında sonradan qaldırılacaq yeni iddia əsasında məhkəmə iclasında baxıla bilər. Bu zaman isə ekspertiza keçirilməsi zəruridir. Məhkəmə hesab edir ki, Maraqlı şəxs* iddia tələbi isə X*5 miras qalan mənzilin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi, həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi hissəsində təmin edilməli, cavabdeh Ərizəçi həmin miras əmlakdan pay hüququnu itirmiş hesab edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, Ərizəçi da X*7 qızı olmaqla onun qanun üzrə birinci növbəli vərəsələri sırasına daxildir və Ərizəçi hazırki halda üzürlü səbəblərdən miras əmlakdan istifadə edə bilməməsi mirasın qəbul edilmə müddətinin ötürülməsi və vərəsəni miras payından məhrum etmə ilə nəticələnə bilməz. AR.MPM-in *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumları digər tərəfdən tələb edilmədiyindən onların özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı İddiаçı Ərizəçi cavabdehlər Maraqlı şəxs* və X45 Xidmət Mərkəzi Dövlət Notariat kontoruna qarşı “mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və miras qalmış əmlakdan ona düşən pay hissəsinin ayrılıb verilməsi” tələbinə dair ilk iddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak X2* Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən *3.07.20*7-ci il tarixli, *8*7004745 qeydiyyat nömrəli Çıxarışa əsasən X*5 miras qalan əmlak olan Bərdə şəhəri, Nəriman Nərimanov küçəsi, ev 3, mənzil * ünvanında yerləşən mənzil üzərində */3 hissədə miras payı açıq saxlanılmaqla */3 hissədə Ərizəçi, */3 hissədə Maraqlı şəxs* miras (vərəsəlik) payları tanınsın. İddiаçı Ərizəçi cavabdehlər Maraqlı şəxs* və X45 Xidmət Mərkəzi Dövlət Notariat kontoruna qarşı “mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və miras qalmış əmlakdan ona düşən pay hissəsinin ayrılıb verilməsi” tələbinə dair iddiası miras payının ayrılıb verilməsi hissəsində təmin edilməsin. İddiaçı Maraqlı şəxs* cavabdehlər Ərizəçi və X45 Xidmət Mərkəzi Dövlət Notariat kontoruna qarşı “Mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi, mirasın qəbulu faktının müəyyən edilməsi və cavabdehin miras əmlakdan pay hüququnun itirilmiş hesab edilməsi” tələbinə dаir sonrakı iddia tələbi qismən təmin edilsin. Miras qoyan 27.*0.20*9-cu il tarixdə vəfat etmiş X7na Dövlət reyestrindən *3.07.20*7-ci il tarixli, *8*7004745 qeydiyyat nömrəli Seriya RX *047996 nömrəli Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə məxsus olmuş Bərdə şəhəri, Nəriman Nərimanov küçəsi, ev 3, mənzil * ünvanındakı mənzilin miras olaraq Maraqlı şəxs* tərəfindən qəbul edilməsi müddəti ötürülməmiş hesab edilsin və həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi müəyyən edilsin. İddiaçı Maraqlı şəxs* cavabdehlər Ərizəçi və X45 Xidmət Mərkəzi Dövlət Notariat kontoruna qarşı “Mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi, mirasın qəbulu faktının müəyyən edilməsi və cavabdehin miras əmlakdan pay hüququnun itirilmiş hesab edilməsi” tələbinə dаir sonrakı iddia tələbi “cavabdeh Ərizəçi miras əmlakdan pay hüququnun itirilmiş hesab edilməsi” hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar