Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1352/2022 29.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Bərdə regional ASAN Xidmət mərkəzində Notariat kontorunun xüsusi notariusuna, 3-cü şəxslər X1, X3 , X2 , X4 qarşı “mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi” barədə ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Əyricə kəndində yerləşən 1.51 ha torpaq sahəsinin mirası qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra:-MPM-in) 149-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə riayət edilmədən tərtib olunmuşdur. Belə ki, məhkəmə qeyd edir ki, tələb xüsusi icraat qaydasında baxılan işlərə dair olduqda ərizə formasında ərizəçinin və maraqlı şəxsin, iddia icraatı qaydasında baxılan işlərə dair olduqda isə iddia ərizəsi formasında iddiaçı və cavabdehin iştirakı ilə baxılır. Azərbaycan Respulikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə iddi ərizəsi geri qaytarılır. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Beərdə regional ASAN Xidmət mərkəzində Notariat kontrorunun xüsusi notariusuna, 3-cü şəxslər X1, X3 , X2 , X4 qarşı “mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ərizəçiyə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149-152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizəçi maraqlı şəxs Beərdə regional ASAN Xidmət mərkəzində Notariat kontrorunun xüsusi notariusuna, 3-cü şəxslər X1, X3 , X2 , X4 qarşı “mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ərizəçiyə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1352/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1352/2022
29.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver