Məhkəmə qərarları › İş №2(021)-1355/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1355/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1355/2021 27.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı X1 iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı «birgə nikahda əldə olunmuş əmlakın yarı dəyərinin tələbinə» dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X5 cavabdehlər Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Bərdə rayon məhkəməsinin 2(021)-736 saylı, 12 mart 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh məxsus olan VAZ-21011 markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilin dəyəri qiymətləndirilib 1/2 hissəsi cabadehdən alınıb ona verilməsini əks halda hərraca çıxarılıb satılaraq məbləğin 1/2 hissəsi cavdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1987-ci ildə rəsmi olaraq Cavabdeh ilə ailə qurmuş, aralarında olan narazılıqlara görə 16.01.2017-ci ildə nikahları məhkəmə qaydasında pozulmuşdur. Nikahları pozulduğuna görə o, birgə nikah dövründə əldə etdikləri əmlakın bölünməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Bərdə rayon məhkəməsinin 2(021)-736 saylı, 12 mart 2019-cu il tarixli qətnaməsində, birgə nikah dövründə əldə olunmuş VAZ -21011 dövlət nömrə nişanlı avtomobilin 1/2 hissəsinə onun pay hüququ tanınmışdır. Qətnamə icra olunması üçün Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bərdə rayon İcra və Probasiya şöbəsinin 26 oktyabr 2020-ci il tarixli qərarı əsasında Cavabdeh məxsus olan VAZ - 21011 markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilinə həbs qoyulmuşdur. Lakin İcra şöbəsi avtomobilin 1/2 hissəsinin cavabdehdən alınıb ona veriməsini təmin edə bilməmişdir. Məhkəmə iclasında iddiaçı X5 iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə iddiaçının izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx xxxxxx 1968-ci ildə Bərdə rayonunda doğulmuş, Bərdə şəhəri, Atatürk küçəsi ev 6-da qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)-736 saylı, 12 mart 2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası qismən təmin edilmiş, VAZ-21011 markalı 09 BC-893 dövlət nömrə nişanlı avtomobilin ½ hissəsinə iddiaçı X1 pay hüququ tanınması qət edilmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən verilmiş 05 noyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, Bərdə Rayonu İcra və probasiya şöbəsinin 26 oktyabr 2020-ci il tarixli qərarına əsaəsn Cavabdeh məxsus VAZ-21011 markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə şöbə tərəfindən həbs qoyulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə Rayyon Məhkəməsi tərəfindən verilmiş 12 mart 2019cu il tarixli, 2(021)-736/2019saylı icra vərəqəsinin surətindən müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 12 mart 2012-ci il tarixli 2(021)-736/2019 saylı qətnaməsi icra edilməsi üçün Bərdə Rayon İcra Şöbəsinə göndərilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin 13 avqust 2020-ci il tarixli, 116186 nömrəli icraata başlama haqqında qərarı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-736 saylı, 12 mart 2019-cu il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra və probasiya Şöbsi tərəfindən Mustafayev Sahib Allahverdi oğluna ünvanlanmış 116186/06 nömrəli, 13 avqust 2020-ci il tarixli məktubla Bərdə Rayon Məhkəməsinnin 2(021)-736 saylı, 12 mart 2019-cu il tarixli qətnaməsinin könüllü icrası təklif edilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra və probasiya Şöbəsinin 26 oktyabr 2020-ci il tarixli borclunun əmlakı (nəqliyyat vsitəsinin) üzərinə həbs qoyulması hqqında qərarı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-736 saylı, 12 mart 2019-cu il tarixli icra vərəqəsinə əsasən VAZ-21011 markalı 09 BC-893 dövlət nömrə nişanlı avtomaşıının üzərinə həbs qoyulmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 05 noyabr 2020-ci il tarixli, 016-15/3038 nömrəli məktubun surətindən müəyyən edilir ki, Cavabdeh oğluna məxsus olan VAZ 21011 markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilinin üzərinə həbs qoyulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru Ələkbərov Mətləb Elman oğlu tərəfindən Bərdə Rayon Məhkəmməsinə ünvanlanmış ərizədən müəyyən olunur ki, icra mexanizmində zidiyyət yaranmış və icra mümkün olmamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı X1 Cavabdeh məxsus VAZ-21011 markalı 09 BC-893 dövlət nömrə nişanlı avtomobil Bərdə Rayon Məhkəməsinin 2(021)-736 saylı, 12 mart 2019 saylı qətnaməsinə əsasən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası qismən təmin edilmiş, VAZ-21011 markalı 09 BC-893 dövlət nömrə nişanlı avtomobilin ½ hissəsinə iddiaçı X1 pay hüququ tanınması qət edilmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsı Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Oxşar normalar Azərbaycan Respublikası Mülki Məcəlləsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilmiş Cavabdeh məxsus olan VAZ- 21011 markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilin birgə nikahda əldə olunduğu və Bərdə rayon məhkəməsinin 2(021)-736 saylı, 12 mart 2019-cu il tarixli qətnaməsi ilə VAZ- 21011 markalı 09 BC-893 dövlət nömrə nişanlı avtomobilin 1/2 hissəsinə onun pay hüququ tanınması tam sübut olunur. Həmçinin Bərdə Rayon Məhkəməsinin 2(021)-736 saylı, 12 mart 2019-cu il tarixli qətnaməsində göstərilmişdir ki, VAZ -21011 markalı 09 BC-893 dövlət nömrə nişanlı avtomobilin dəyəri 3500 manatdır. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus VAZ-21011 markalı 09 BC-893 dövlət nömrə nişanlı avtomobilin 1/2 hissəsin cavabdehdə olması və bu əmlakın iddiaçıya qaytarılmaması iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququnu pozur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, birgə nikah dövründə əldə olunmuş VAZ-21011 markalı 09 BC-893 dövlət nömrə nişanlı avtomobilin 1/2 hissəsinin yarı dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməsi və ya həmin əmlakın hərracda satılaraq məbləğin ½ hissəsi cavabdehdən alınaraq iddiacıya verilməsi təmin edilməlidir. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28 dekabr 2004cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini göstərir. Həmçinin, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 9.2-ci bəndinə əsasən, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutları birlikdə dəyərləndirərək hesab edir ki, iddia təmin edilməli, birgə nikah dövründə əldə olunmuş iddiaçı X3 məxsus VAZ -21011 markalı 09 BC-893 dövlət nömrə nişanlı avtomobilin 1/2 hissəsinin yarı dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməsi və ya həmin əmlakın hərracda satılaraq məbləğin ½ hissəsi cavabdehdən alınaraq iddiacıya verilməsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı X1 Cavabdeh qarşı «birgə nikahda əldə olunmuş əmlakın yarı dəyərinin tələbinə» dair iddiası təmin edilsin. Cavabdeh məxsus olan VAZ-21011 markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilin 1/2 hissəsi cavdehdeh Cavabdeh alınıb iddiaçı X3 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar