Məhkəmə qərarları › İş №2(021)-1358/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1358/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1358/2023 29.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X11 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş kreditin yarı dəyərinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 09 yanvar 2018-ci il tarixdə "xxxx" ASC-nin Bərdə rayon filialından illik 26.84 %-lə, 33 ay müddətinə, aylıq ödəniş 130.68 manat olmaqla 2900 manat məbləğində götürülmüş kreditin faizlə hesablanmış olan 3500 manat pulun yarı hissəsinin cavabdeh tərəfindən ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2011-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmişlər. Birgə nikah dövründən 1(bir) övladları anadan olmuşdur. Aralarında olan narazılığa görə xeyli vaxtdır ki, ayrı yaşayırlar və aralarında bağlanmış nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur. Cavabdeh qəssab işləyir. Qəssabxanasına heyvan almaq üçün kredit götürmək məcburiyyətinin olduğunu bildirmişdir. Rəsmi olaraq heç bir yerdə işləmədiyi üçün isə onun adına kredit götürməli olduqlarını demişdir. X7 yerli şöbəsində işlədiyi üçün banklara müraciət etdiyi zaman ona kredit verilirdi. xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-nin Bərdə rayon filialına müraciət etdikdə ona illik 26.84 %-lə, 33 ay müddətinə aylıq ödəniş 130.68 manat olmaqla 2900 manat məbləğində kredit götürmüşdür. Krediti götürdükdən sonra sabiq əri Cavabdeh vermişdir. Aylıq ödənişlərini hər ay davamlı olaraq ödəmişdir. Lakin işlədiyi DAİM şöbəsindən çıxdıqdan sonra və nikahları pozulduqdan sonra aylıq ödənişləri məcburiyyət qarşısında gecikdirməyə başlamışdır. Maddi imkanının aşağı olması ilə əlaqədar aylıq ödənişləri gecikirdirmiş və nəticədə hazırda kredit gecikdirilmiş kredit olaraq qalmışdır. Götürdükləri 2900 manat kredit borcları faiz borcu ilə birlikdə şişərək 3500 manat olmuşdur. Hazırda o X12 işləyir və rəsmi olaraq əmək haqqı alır. Kredit borcu gecikdirilmiş kredit borcu olduğu üçün onun əmək haqqından aylıq pul tutulacaq. Nikahları pozulduqdan sonra cavabdeh kredit ödənişindən ona heç bir köməklik etməmişdir. Hal-hazırda Cavabdeh da onunla birlikdə kredit borcunu ödəməsini istəyir. Onlar həmin krediti birgə nikahda olan zaman götürmüşlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-nin 185.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri Babək küçəsi 3-də qeydiyyatdadır. 09 yanvar 2018-ci il tarixli 137MOR********** nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X2 33 ay müddətinə, illik 26,84 faiz dərəcəsi ilə, 2900 manat məbləğində kredit verilmişdir. 09 yanvar 2018-ci il tarixli **********01944137 nömrəli kredit kartına dair müqavilədən görünür ki, bu müqavilədə qeyd qeyd edilənlərə əsasən "xxxx" ASC X2 bu müqavilə, habelə müştəri və bank arasında bağlanan karta dair müqavilə əsasında “Birkart” verir, həmin “Birkart”a bağlı bu müqavilədə qeyd edilən bütün istisnalar nəzərə alınmaqla təyinatı şəxsi istehlak olan bərpa olunan kredit xətti ayırır. Müştəri isə kredit xətti üzrə borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu) ödəyir, habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. Bu müqavilədə borclar üzrə müddətlər borcun verildiyi gündən hesablanır. xx.xx.2018-ci il tarixli 137MOR********** saylı kredit müqaviləsinə əlavədən (ödəniş qrafiki) görünür ki, X6 137MOR********** nömrəli müqavilə üzrə əsas borcu 2900,00 manatı, faiz borcu 1281,77 manatı, cəmi 4181,77 manatı 33 ay hər ay 130,68 manat, sonuncu ay isə 130,69 manat ödəməlidir. Bərdə Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli 2(021)-2018/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı nikahın pozulması, uşağın himayədə saxlanılması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı X6 ilə Cavabdeh arasında Bərdə Rayon Qeydiyyat şöbəsində 02 sentyabr 2011-ci ildə bağlanmış və 546 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 11 iyun 2012-ci ildə anadan olmuş X3 iddiaçı X1 himayəsində qalması, 11 iyun 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 11 iyun 2020ci ildən başlayaraq ayda 120 (bir yüz iyirmi) manat miqdarında alimentin alınaraq iddiaçı X2 verilməsi, Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manatın alınaraq dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 dekabr 2020-ci il tarixli AZ-İ 366292 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X1 arasında olan nikah Bərdə Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nilkah pozulduqdan sonra qadına Əliyeva soyadı verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 213.1-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 214.1-ci maddəsinə görə, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, bərabər sayılır. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan hər birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3-cü maddəsinə görə, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsində nəzərdə tutulur ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 02 sentyabr 2011-ci ildə Cavabdeh ilə evlənmiş, birgə nikahlarından bir uşaqları doğulmuş, sonradan ayrılmış, nikahları Bərdə Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Tərəflər birgə nikah dövründə, yəni 09 yanvar 2018-ci ildə "xxxx" ASC-dən iddiaçı Qəhrəmanova (Əliyeva) Lalə Yaşar qızının adına 2900 manat məbləğində kredit götürmüşlər. Ödəniş qrafikindən görünür ki, X6 137MOR********** nömrəli müqavilə üzrə əsas borcu 2900,00 manatı, faiz borcu 1281,77 manatı, cəmi 4181,77 manatı 33 ay hər ay 130,68 manat, sonuncu ay isə 130,69 manat ödəməlidir. Kredit müqaviləsi üzrə cəmi borc məbləği 4181,77 manat təşkil etsə də, iddiaçı 3500 manat məbləğində kredit borcunun yarı hissəsinin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Göründüyü kimi, tərəflər 2900 manat krediti birgə nikah dövründə əldə etmiş və ailənin ehtiyacları üçün istifadə etmişlər. Tərəflər arasında olan nikah artıq pozulmuşdur, kredit borcu isə yalnız iddiaçı tərəfindən ödənilir. Bu hal məhkəmə tədqiqatı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının MM-nin: 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iş üzrə mövcud sübutları birlikdə dəyərləndirərək hesab edir ki, İddiaçı 09 yanvar 2018-ci ildə Cavabdeh ilə birgə nikah dövründə "xxxx" ASC-dən 2900 manat məbləğində kredit götürməsi, həmin kreditə görə bank tərəfindən 1281,77 manat məbləğində faiz borcu hesablanmaqla, cəmi 4181,77 manat borcun İddiaçı tələb edildiyi öz təsdiqini tapdığından, lakin İddiaçı 3500 manat məbləğində kredit borcunun yarı hissəsinin cavabdehdən alınaraq ona verilməsini tələb etdiyindən və MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından 3500 manat məbləğində kredit borcunun yarı hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş kreditin yarı hissəsinin ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pulun yarı hissəsi olan 1750 (bir min yeddi yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar