Məhkəmə qərarları › İş №2(021)-1362/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1362/2022

01.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1362/2022 01.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X34 oğlunun, Ərizəçi1 iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs X35 Xidmət 1 saylı Notariat Kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə, Kərimova Rəbiyyə Soyqat qızına, X16 və X4 qarşı mirası qəbul etmə faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək mirası qəbul etmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsini onunla əsaslandırmıdır ki, Bərdə rayon XDS-nin 27 fevral 1989-cu il tarixli, 4 saylı qərarı əsasında ünvan 1 ünvanda yerləşən 3 otaqlı, 60,12 kv.m yaşayış, 29,24 kv.m köməkçi sahə ümumi sahəsi 89,36 kv.m olan, 2** kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi Bərdə rayon TİB-nin verdiyi 1740 saylı inventar nömrəli qeydiyyat vəsiqəsi əsasında X2 mülkiyyətinə verilmişdir. Qeyd edirlər ki, mərhum ataları X10 ilə mərhum anaları X20 07 oktyabr 1960-cı ildə rəsmi nikkaha daxil olmuşdurlar və onların nikahından 29 sentyabr 1964-cü ildə Rahib və xx xxxxxxxx 1968-ci ildə Tahirə anadan olmuşdur. Digər qardaşları Novruz isə 16 oktyabr 16 oktyabr 2**8-ci ildə vəfa etmişdir. X10 11 sentyabr 2**5-ci ildə, X20 isə 23 iyun 2019-cu ildə vəfat etmişdirlər. Bərdə şəhəri İcra Nümayəndəsinin 17 mart 2022-ci il tarixli 1546 saylı arayışıdan görünür ki, mərhum Məhəmməd Kərimovun ölümündən sonra onunla yaşamış birinci növbə vərəsələri onlardır. ünvan 2 ünvanda 2**kv.m torpaq sahəsi və onun üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evində doğulub boya-başa çatmışdırlar və hazırda da həmin evdə yaşamaqla, idarə etməklə miras əmlakı qəbul ediblər və onlar vərəsələr arasında hər hansısa mübahisə və ya anlaşılmazlıq yoxdur. Miras əmlaka dair vərəsəlik işinin açılması və onlara qanun üzrə vərərsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün X35 xidmət mərkəzinə etdikləri müraciətə 18 mart 2022-ci il tarixli 584/2022 saylı məktubla cavab verilmişdir ki, vərəsəlik şəhadətnmaəsinin alınması üçün məhkəməyə müraciət etməlidirlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəsini müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi Bayramova Tahirə Məhəmməd qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onuun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Maraqlı şəxs X35 Xidmət 1 saylı Notariat Kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə, Kərimova Rəbiyyə Soyqat qızınaX16, X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Qeydiyyat Vəsiqəsinin surətindən müəyyən olunur ki, Bərdə Rayon XDS İcraiyyə Komitəsinin 27 fevral 1989-cu il tarixli qərarına əsasən X5 Bərdə şəhəri, Vaqif küçəsi 137 a ünvanında üç otaqlı 60.12 kv.m yaşayış, 29.24kv.m köməkçi, 89.36 kv.m ümumi sahəsi olan mənzil verilmişdir. İş materiallarına əlavə edilmiş, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən oluunur ki, Ərizəçi1 xx xxxxxxxx 1964-cü ildə ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 Məhəmməd qızı xx xxxxxxxx 1968-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş, İ-İE 113557 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 ilə Əhmədova Səmayə Tarum qızı 07 oktyabr 1960-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir, evlənəndən sonra arvada Kərimova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 150302 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 11 sentyabr 2**5-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş AZ-0971032 nömrəli doğum haqqında şəhadətnamənin surətidən müəyyən olunur ki, Krimov Rahib Məhəmməd oğlu 24 sentyabr 1964-cü ildə doğulmuşduur, atası X10, anası X11r. İş materiallarına əlavə edilmiş AZ-1591570 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 xx xxxxxxxx 1968-ci ildə doğulmuşdur, atası X10, anası X11r. İş materiallarına əlavə edilmiş AZ-İİ 028750 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 23 iyun 2019-cu ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş AZ-İ323981 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 16 oktyabr 2**8-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Bərdə şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1546 nömrəli, 17 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Kərimov Məhəmməd Eynulla oğlu vəfat edənə kimi ünvan 2 üvanda yaşayıb, vəfatından sonra onunla birlikdə yaşayan ailə üzvüləri Ərizəçi1, X13, Kərimov Ümidvar Novruz oğlu, Kərimova Rəbiyyə Soyqat qızı, Bayramova Tahirə Məhəmməd qızı qalmışdır. İş materiallarına əlavə edilmiş X3 ərizəsindən müəyyən olunur ki, 11 sentyabr 2**5-ci ildə vəfat etmiş X1 miras qalmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayyış evinin və torpaq sahəsinin Kərimov Rahib Məhəmməd oğlunun adına rəsmiləşdirilməsinə razıdır, heç bir etirazı yoxdur. İş materiallarına əlavə edilmiş X9 ərizəsindən müəyyən olunur ki, 11 sentyabr 2**5-ci ildə vəfat etmiş X1 miras qalmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayyış evinin və torpaq sahəsinin Kərimov Rahib Məhəmməd oğlunun adına rəsmiləşdirilməsinə razıdır, heç bir etirazı yoxdur. İş materiallarına əlavə edilmiş X6 ərizəsindən müəyyən olunur ki, 11 sentyabr 2**5-ci ildə vəfat etmiş Kərimov Məhəmməd Eynulla oğlundan miras qalmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayyış evinin və torpaq sahəsinin Kərimov Rahib Məhəmməd oğlunun adına rəsmiləşdirilməsinə razıdır, heç bir etirazı yoxdur. İş materiallarına əlavə edilmiş Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 1134/2022 saylı, 19 may 2022-ci il tarixli mətkuubundan müəyyən olunur ki, X2, X14, X7 adlarına vərəsəlik işinin açılması barədə avtomatlaşdırılmış elektron notariat informasiya sisteminin məlumat axtarışı bazasında 15 mart 2**8-ci il tarixdən 19 may 2022-ci il tarixədək olan dövr üçün heç bir məluumat aşkar olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Bərdə Rayon XDS İcraiyyə Komitəsinin 27 fevral 1989-cu il tarixli qərarına əsasən X5 Bərdə şəhəri, Vaqif küçəsi 137 a ünvanında üç otaqlı 60.12 kv.m yaşayış, 29.24kv.m köməkçi, 89.36 kv.m ümumi sahəsi olan mənzil verilmişdir. X10 11 sentyabr 2**5-ci il tarixdə vəfat etmiş, ondan miras qalmış əmlakı faktiki olaraq Ərizəçi1 və Ərizəçi2 qəbul edərək idarə etmişlər. Buna görə də Ərizəçi1 və Ərizəçi2 mirası qəbul etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X1 miras qalmış Bərdə şəhəri, Vaqif küçəsi 137 a ünvanda yerləşən yaşayış evinin Ərizəçi1 və Ərizəçi2 tərəfindən miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar