Məhkəmə qərarları › İş №2(021)-1373/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1373/2025

06.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1373/2025 06.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X44 Xidmət mərkəzində qeydiyyat şöbəsinə, Maraqlı şəxs1nə və X44 xidmət mərkəzi notariat ofisinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2013-cü il tarixdə Bərdə rayon Xəsili kəndində vəfat etmiş mərhum X8nun 1934-cü ildə Bərdə rayonu Xəsili kəndində doğulması, doğum aktı qeydində ata və ana qrafasında qeyd edilməklə X17 atası olması və X3 isə anası olmasının və bununla bağlı da X3 nənəsi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1965-ci il tarixdə Bərdə rayon Xəsili kəndində X13 və X10 xx.xx.1956-cı il tarixli 02 saylı qeydlə rəsmiləşdirilmiş nikahlarından dünyaya gəlmişdir. X8 xx.xx.2013-cü il tarixdə Bərdə rayon Xəsili kəndində vəfat etmişdir. X5 xx.xx.2019-cu il tarixdə Bərdə rayonu Xəsili kəndində vəfat etmişdir. Atası mərhum X25 1934-cü ildə Bərdə rayon Xəsili kəndində dünyaya gəlmişdir. Atasının anası (nənəsi) X7 xx.xx.2002-ci il tarixdə Bərdə rayon Xəsili kəndində vəfat etmişdir. X9 isə 1973-cü ilin yanvar ayının 13 də vəfat etmişdir. Mərhum atasıgil 4 övlad olmuşlar. 3 bacı bir qardaş hazırda atası da daxil nənəsi Güldəstəninin 3 övladı vəfat etmişdir. X19 və X20 və X8. X1 vəfatından sonra nənəsinin adına qeydə alınmış həyətyanı torpaq sahəsini miras olaraq qəbul edərək adına rəsmiləşdirməyə çalışmışdır. Bununla bağlı X44 Xidmət mərkəzinə notariat ofisinə müraciət edərkən notariat orqanı ona xx.xx.2024-cü il tarixli məktub ilə bildirmişdir ki, atası xx.xx.2013-cü il tarixdə vəfat etmiş X13 xx.xx.2002-ci il tarixdə vəfat etmiş X1 Bayramovanın oğlu olması faktını təsdiq edilməsi mümkün deyildir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizədə göstərdiklərinə uyğun izahat verərək, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X44 Xidmət mərkəzi məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəblərdən məhkəmədə iştirak edə bilməyəcəklərini, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmənin əvvəlki iclasında şahid X23 izahat verərək bildirdi ki, ərizəçi qardaşı oğludur. X11, anası isə X4r. Həm valideynləri, həm də qardaşı vəfat etmişdir. Məhkəmənin əvvəlki iclasında şahid X6 izahat verərək bildirmişdir ki, ərizəçinin bacısı yoldaşıdır. Həm də həmkəndlisidir. Ərizəçinin X9, nənəsi X4r. Onlar vəfat etmişlər. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, Ərizəçi iddia ərizəsinin verilməsi üçün X29 100 AZN dövlət rüsumu ödəmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. Seriya AZE 03594903 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X23 xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. Bərdə rayonu Xəsili kəndində yaşayır. Seriya AZE 03594700 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. Bərdə rayonu Xəsili kəndində yaşayır. xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X25 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X7 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1934-cü il tarixdə Bərdə rayon Xəsili kəndində anadan olmuş X13 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və barəsində Maraqlı şəxs1 arxivində doğum akt qeydi aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixli nikah haqqında şəhadətnamənin çıxarışından görünür ki, X25 ilə X24 arasında xx.xx.1956-cı il tarixdə 02 saylı rəsmi nikah akt qeydi bağlanmışdır. xx.xx.2024-cü il tarixli 521 nömrəli Ərizəçi Bərdə rayonu Xəsili kəndində yaşayır. AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. X8, anası X12r. X44 Xidmət Mərkəzinin Notariat Ofisinin Ərizəçi ünvanlanmış məktubundan görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X8nun xx.xx.2002-ci il tarixdə vəfat etmiş miras qoyan X3 oğlu olması faktını təsdiq etmək mümkün olmamışdır. Ona görə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. xx.xx.2025-ci il tarixli 19 nömrəli Azərbaycan respublikası Bərdə RİH başçısının Xəsili kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, 1901-ci ildə doğulmuş xx.xx.2002-ci ildə vəfat etmiş mərhumə X2 raynu Xəsili kəndində yaşamış və ailə üzvləri: Əri-X27,oğlu- X25, qızları X21, X20, X14r. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə miras məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.1-ci maddəsinə görə həmin faktlardan biri də şəxslərin qohumluq münasibətlərinin müəyyən olunmasıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası MPMnin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 2.1-ə görə Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Ərizəçi öz tələbini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi:

1. Ərizə təmin edilsin.

2. X13 1934-cü ildə Bərdə rayonu Xəsili kəndində doğulması faktı müəyyən edilsin. Doğum akt qeydinin ata qrafasında X27, ana qrafasında X7 qeyd edilsin.

3. X3 Ərizəçi nənəsi olması faktı müəyyən edilsin.

4. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin.

5. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar