Məhkəmə qərarları › İş №2(021)-1375/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1375/2021

26.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1375/2021 26.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X4 iclas kаtibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiаçı "xxxx"Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı “istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı (bundan sonra "xxxx" KB ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək "xxxx"KB ASC-nin mülkiyyətində olan Bərdə şəhəri X16 küçəsində yerləşən 97 A saylı fərdi yaşayış evinə cavabdehlər Cavabdeh1 və onun ailə üxvüləri Cavabdeh2 və X5 istifadə hüquqlarına xitam verilməsi,cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2 qızının və X5 Bərdə şəhəri X16 küçəsində yerləşən 97 A saylı fərdi yaşayış evindən çıxarılmaqla, həmin fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC hərrac vasitəsilə Bərdə şəhərri X16 küçəsində yerləşən 97 A saylı fərdi yaşayış evini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlak dövlət reyestrindən əldə edilmiş Çıxarışa əsasən 26.01.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyetrində ********** nömrəsi ilə 35 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyat aparılaraq Bərdə şəhəri X16 küçəsində yerləşən 97 A saylı fərdi yaşayış evinə "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. 25.02.2021-ci il tarixli “ASAN”vasitəsilə əldə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Bərdə şəhəri X10 qeydiyyatdadır və bu şəxslərin həmin fərdi yaşayış evində qeydiyyatda qalması iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin idarəsində asılı edilməkdədir. Qeyd olunan mənzildə hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 ailə üzvləri Cavabdeh2 və X6 arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var nədəki belə bir razılaşmanın rəsmi reyestrdə qeydi vardır.Belə olduğu halda cavabdehlər Cavabdeh1 ailə üzvləri Cavabdeh2 və X5 həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur.Bu səbəbdən keçmiş mülkiyyətçilər Cavabdeh1 ailə üzvüləri Cavabdeh2 və X5 Bərdə şəhəri X16 küçəsində yerləşən 97 A saylı fərdi yaşayış evində qeydiyyatda olması qeyri-qanunidir. Beləliklə də bankın mülkiyyət hüququna müdaxilə edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsində qeyd edilənlərə uyğun məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: "xxxx" Hərracın nəticələri haqqında Y-148 nömrəli protokolun surətindən görünür ki, Bərdə rayon İcra və Probasiya Şöbəsinin 91137/05 nömrəli,03.05.2018-ci il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən hərraca çıxarılmış Cavabdeh1 məxsus fərdi yaşayış evi "xxxx" KB ASC tərəfindən satın alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında **********64-10301 qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bərdə şəhəri X16 küçəsi ev 97 a ünvanında 0,028 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi "xxxx" KB ASC-nin mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri Üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X2 şəhəri X16 küçəsi ev 97 A –da qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əmlak Bərdə rayon İcra və Probasiya Şöbəsinin 91137/05 nömrəli, 03.05.2018-ci il tarixli, sifariş məktubuna əsasən, "xxxx" MMC tərəfindən hərraca çıxarılmış hərracdan satılmadığına görə Banka təklif olunmuş, "xxxx" KB ASC tərəfindən fərdi yaşayış evinin alınması təklifi qəbul edilmiş və buna uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 26.01.2021-ci il tarixli Çıxarışa(reyestr nömrəsi-**********64-10301,Qeydiyyat nömrəsi **********) əsasən göstərilən əmlak mülkiyyət hüququ əsasında "xxxx" KB ASC-nin adına rəsmiləşdirilmişdir. Bundan sonra İddiаçı İddiaçı (bundan sonra "xxxx" KB ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək "xxxx"KB ASC-nin mülkiyyətində olan Bərdə şəhəri X16 küçəsində yerləşən 97 A saylı fərdi yaşayış evinə cavabdehlər Cavabdeh1 və onun ailə üxvüləri Cavabdeh2 və X5 istifadə hüquqlarına xitam verilməsi,cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2 qızının və X5 Bərdə şəhəri X16 küçəsində yerləşən 97 A saylı fərdi yaşayış evindən çıxarılmaqla, həmin fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiya) 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 646.1-ci maddəsinə əsasən,daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən,daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Əmlak Bərdə rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən, "xxxx" MMC tərəfindən hərraca çıxarılmış hərracdan satılmadığına görə Banka təklif olunmuş, "xxxx" KB ASC tərəfindən fərdi yaşayış evinin alınması təklifi qəbul edilmiş və buna uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 26.01.2021-ci il tarixli Çıxarışa əsasən Bərdə şəhəri X16 küçəsi ev 97 A ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" KB ASC-nin mülkiyyətindədir və mənzilə dair keçmiş mülkiyyətçilərin adına olan dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki,araşdırılmış sübutlarla Bərdə şəhəri X16 küçəsi ev 97 A ünvanında yerləşən fərdi yaşayış evi "xxxx"KB ASC-nin mülkiyyətində olması, cavabdehlərin həmin mənzildə qeydiyyatda olması, bununla da iddiaçının öz mənzilinə dair Konstitusiya və qanunlarla təminat verilmiş mülkiyyət hüququnun pozulması tamolaraq müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Bərdə şəhəri X16 küçəsi ev 97 A ünvanında yerləşn fərdi yaşayış evinə "xxxx" ASC-nin mülkiyyət hüquqlarının bərpa olunması üçün cavabdehlərin həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməli və Bərdə şəhəri X16 küçəsi ev 97 A ünvanında yerləşən fərdi yaşayış evi boşaldılaraq cavabdehlər həmin evdən çıxarılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AzərbaycanRespublikası Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayışyeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindənçıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədəməhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Bərdə şəhəri, X16 küçəsi ev 97 A ünvanında yerləşən fərdi yaşayış evinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 istifadə hüququna xitam verilsin. Bərdə şəhəri, X16 küçəsi ev 97 A ünvanında yerləşən fərdi yaşayış evi boşaldılaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 həmin fərdi yaşayış evindən çıxarılsın. Qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 Bərdə şəhəri, X16 küçəsi ev 97 A ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnаmənin surəti rəsmi qаydаdа verildiyi gündən 1 (bir) аy müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən: imza var Əsli ilə düzdür. Hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar