Məhkəmə qərarları › İş №2(021)-1375/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1375/2022

01.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1375/2022 01.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs X12 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: Ərizəçi maraqlı şəxs X12 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı ərizə ilə müraciət edərək, X4 məxsus miras əmlakın onun sahibliyində və idarəçiliyində olmasını nəzərə alıb, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 15.**.1979-cu ildə X5 ilə ailə həyatı qurmuş, nikahlarını rəsmən qeydiyyata alınmışdır. Həyat yoldaşı Ətrabə Mənsimova xx.xx.2021-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra vaxtında Dövlət notariat kontoruna müraciət etməmiş, vərəsəlik şəhadətnaməsi almamışdır. Bu səbəbdən problemlərlə üzləşmişdir. Belə ki, birgə yaşayış dövründə VAZ 21061 Markalı **-BC-*** qeydiyyat nişanlı minik avtomobilləri həyat yoldaşı Ətrabə Mənsimovanın adına qeydiyyata alınmışdır. Avtomobil alınandan bu günə qədər onun sahibliyində və istifadəsində olmuşdur. Həyat yoldaşının ölümündən sonra, vərəsəlik Şəhadətnaməsi vaxtında müraciət edib almadığımdan qeyd edilən minik avtomobilinin üzərində sərəncam hüququnu həyata keçirə bilmir. X12 Xidmət Mərkəzinin Notariat Kontorundan vərəsəlik şəhadətnaməsi almaq istəyərkən onlara bildirilmişdir ki, miras qalmış əmlaka iddia müddəti buraxılmışdır, məhkəməyə müraciət olunmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bərdə rayon Məhkməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs2 maraqlı şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs X12 Xidmət Mərkəzi Notariat Ofisinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılaraq qanuni qərara qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Bərdə rayon Mirzəxanqaraqyunlu kəndində anadan olmuşdur. Bərdə rayon Həsənli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli № 325-05/69 saylı Arayışdan görünür ki, Ərizəçi ilə X5 arasında 15.**.1979-cu il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdn sonra ərə Süleymanov, arvada Mənsimova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş İİ-ЖГ № 3360** saylı Nikahin bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 arasında 15.**.1979-cu il tarixdə Bərdə rayon Qaradəmirçi kənd sovetliyində 46 saylı akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Süleymanov, arvada Mənsimova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ № 181956 saylı Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan- Qaraqyunlu kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 182 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, mərhum X5 vəfat edənə kimi Həsənli kəndində yaşamışdır, vəfatından sonra təsərrüfatda onunla birgə qeydiyyatda olan aşağıdakı ailə üzvü qalmışdır: Ərizəçi. İş materiallarına əlavə olunmuş AA №930935 Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, VAZ 21061 minik markalı, buraxılış ili 1996-cı il, BAN: XTA210610T3591456, mühərrik: 2***-*******, dövlət qeydiyyat nişani 50BC242 olan nəqliyyat vasitəsi X6 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı X7 VAZ 21061 minik markalı, buraxılş ili 1996-cı il, BAN: XTA210610T3591456, mühərrik: 2***-*******, dövlət qeydiyyat nişani 50BC242 olan nəqliyyat vasitəsini alıcı X1. İş materiallarına əlavə olunmuş AD №180221 Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, VAZ 21061 minik markalı, buraxılış ili 1996-cı il, BAN: XTA210610T3591456, mühərrik: 2***-*******, dövlət qeydiyyat nişani 50BC242 olan nəqliyyat vasitəsi X3 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş ƏN-Vİİ № 428181 nömrəli 07.**.2020-ci il tarixli Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında Etibarnamənin surətindən görünür ki, X5 mülkiyyətində olan VAZ 21061 minik markalı, buraxılş ili 1996-cı il, BAN: XTA210610T3591456, mühərrik: 2***-*******, dövlət qeydiyyat nişani 50BC242 olan nəqliyyat vasitəsini 1 il müdətinə-07.**.2021-ci il tarixədək X8 etibarnamə (sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək) vermişdir. İş materiallarına əlavə olunmuş Bərdə Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, X3 barəsində vərəsəlik işinin açılmasına dair «Elektron notariat» Avtomatlaşdırılmış informasiya sisteminin məlumat axtarışı bazasında 23 iyun 2021-ci il tarixdən 02 iyun 2022-ci il tarixədək olan dövrlərdə heç bir məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş ƏN-Vİİ № 015730 nömrəli 03.**.2019-cu il tarixli Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında Etibarnamənin surətindən görünür ki, X5 mülkiyyətində olan VAZ 21061 minik markalı, buraxılş ili 1996-cı il, BAN: XTA210610T3591456, mühərrik: 2***-*******, dövlət qeydiyyat nişani 50BC242 olan nəqliyyat vasitəsini 1 il müdətinə-03.**.2021-ci il tarixədək X9 etibarnamə (sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər) vermişdir. İş materiallarına əlavə olunmuş ƏN-İV № 445182 nömrəli xx.xx.2018-ci il tarixli Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında Etibarnamənin surətindən görünür ki, X5 mülkiyyətində olan VAZ 21061 minik markalı, buraxılş ili 1996-cı il, BAN: XTA210610T3591456, mühərrik: 2***-*******, dövlət qeydiyyat nişani 50BC242 olan nəqliyyat vasitəsini 1 il müdətinə-03.**.2021-ci il tarixədək Ərizəçi etibarnamə (nəqliyyat vasitəsini idarə etmək) vermişdir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs3 notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, mərhum anası X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra qalmış mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq nə faktiki nədə ərizə ilə qəbul etməmişdir, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmişdir buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək və miras əmlaknda pay almaq niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Notarius tərəfindən ona izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə uvõun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs4 notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, mərhum anası X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra qalmış mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq nə faktiki nədə ərizə ilə qəbul etməmişdir, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmişdir buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək və miras əmlaknda pay almaq niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Notarius tərəfindən ona izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə uvõun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz. İş materiallarına əlavə olunmuş Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş **.06.2022-ci il tarixli məktubdan görünür ki, Vaz 21061 markalı 50BC242 dövlət qeydiyyat nişanlı avtomobil DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən xx.xx.2018-ci il tarixdən hal-hazıradək X3 adında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mərhum X2 miras qalmış Vaz 21061 markalı 50BC242 dövlət qeydiyyat nişanlı avtomobil ərizəçi tərəfindən faktiki idarə edilməklə qəbul edilməsi faktı mübahisəsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının məhkəmə müəyyən edir. Mülki Prosessual Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi Vaz 21061 markalı 50BC242 dövlət qeydiyyat nişanlı avtomobilin miras əmlak kimi qəbul etməsi faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin **9-cu maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi Vaz 21061 markalı 50BC242 dövlət qeydiyyat nişanlı avtomobilə dair miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar