Məhkəmə qərarları › İş №2(021)-1379/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1379/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1379/2021 18.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Şükür oğluna, Cavabdeh2, Cavabdeh3 Məhəmməd qızına, Əlizadə Babək Mehman oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Əkbərov Müşfiq Şükür oğlundan, Cavabdeh2 Aslan qızından, Cavabdeh3 Məhəmməd qızından müştərək qaydada "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 25R000001896 nömrəli kredit razılaşması üzrə 5876.18 ABŞ dolları məbləğində kredit borcu, 1307.20 ABŞ dolları məbləğində faiz borcu, 8334.04 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 15517.4 ABŞ dolları borcun və 025R********** nömrəli kredit razılaşması üzrə 5144.02 manat məblğində kredit borcu, 3393.71 manat məbləğində faiz borcu və 9536.07 manat məbləğində cərimə borcu olmaqla, cəmi 18373.80 manat məbğində borcun və iddia qaldırmaq üçün ödənilmiş 30 manat iş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bərdə rayonu Alpoud kəndində 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 2 mərtəbəli 5 otaqlı, 116.1 kv.m yaşayış, 134.1 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, 15517.42 ABŞ dolları və 18373,80 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının predmetinin açıq hərracda satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracda əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 Seymur oğlundan, Cavabdeh2, Cavabdeh3 Məhəmməd qızından iddiaçı "xxxx" QSC-nin xeyrinə müştərək qaydada Bərdə rayonu Alpoud kəndində 0.14 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 2 mərtəbəli 5 otaqlı, 116.1 kv.m yaşayış, 134.1 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 Şükür oğluna, Cavabdeh2, Cavabdeh3 Məhəmməd qızına, Əlizadə Babək Mehman oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, cavabdehlər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh X1 arasında bağlanmış 13 mart 2014-cü il tarixli, 25R000001896 nömrəli və 22 dekabr 2015-ci il tarixli 025R********** nömrəli kredit razılaşması üzrə cavabdeh Cavabdeh1 Şükür oğlunun iddiaçı təşkilata borcunun yaranıb-yaranmamasının, əgər yaranmışdırsa hazırda hansı məbləğdə borcunun qalmasının müəyyən ediməsi iddianın həlli üçün mühüm əhəmiyyət kəsb etməklə xüsusi bilik tələb etdiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97-ci maddəsinə əsasən iş üzrə məhkəməmühasibat ekspertizası təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci maddəsinə əsasən ekspertin rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97-98 və 255, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Şükür oğluna, Cavabdeh2, Cavabdeh3 Məhəmməd qızına, Əlizadə Babək Mehman oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilsin. Aydınlaşdırılması üçün ekspert qarşısında aşağıdakı sual qoyulsun: 1) İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh1 Şükür oğlu arasında bağlanmış 03 iyul 2013-cü 25R000001896 nömrəli kredit razılaşması üzrə Cavabdeh1 oğlunun iddiaçı təşkilata borcu yaranmışdırmı və həmin ümumi borcun məbləği nə qədər təşkil edir? 2) Cavabdeh1 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 03 iyul 2013-cü 25R000001896 nömrəli kredit razılaşması üzrə əsas borc məbləği və faizlər üzrə hesablanmış borc məbləği nə qədər olmalıdır? 3) İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh1 Şükür oğlu arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli 025R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh1 iddiaçı təşkilata borcu yaranmışdırmı və ümumi borcun məbləği neçə manat təşkil edir? 4) Cavabdeh1 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 22 dekabr 2015-ci il tarixli 025R********** nömrəli kredit razılaşması üzrə əsas borc məbləği və faizlər üzrə hesablanmış borc məbləği nə qədər olmalıdır? Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə edilsin. Ekspertizanın aparılması üçün mülki işin materialları ekspertin sərəncamına təqdim edilsin. Ekspertlərə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq edilsin. Mülki iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra dayandırmaya aid olan hissədə 10 gün müddətinə Bərdə Rayon Məhkəməsinə şikayət verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar