Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-140/2022 10.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi ilə "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” ilk iddia tələbinə və Cavabdeh1 "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə qarşı ilk iddia tələbinin rədd edilməsi qarşılıqlı iddia tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti məhkəmə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 iddiaçı ”Unibank” KB ASC-nin xeyrinə 26.11.2019-cu il tarixli 23BRD/19 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 05.12.2019-cu il tarixli 23BRD/19 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 238.484.00 AZN.faiz borcu üzrə 12.838.66 AZN olmaqla cəmi 251.322.66 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN,ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 170 AZN məbləğində pulun tutulmasına, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bərdə şəhəri Ədalət Ədilov küçəsi 3-cü döngədə yerləşən 0,075 ha torpaq sahəsinə və onun üzərində yerləşən 5 saylı fərdi yaşayış evinə və Cavabdeh3 mülkiyyətində olan Bərdə şəhəri Koroğlu küçəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasına(Qarabağ restoranı,ümumi sahəsi 788.3 kv. Metr) yönəldilməsi, bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 05.12.2019-cu il tarixli 23 BRD/19 saylı əlavə kredit müqaviləsi üzrə 251.322.66 AZN borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN,ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 170 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsinə, Bərdə şəhəri Ədalət Ədilov küçəsi 3-cü döngədə yerləşən 0,075 ha torpaq sahəsinə və onun üzərində yerləşən 5 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 23.000( iyirmi üç min) manat, Bərdə şəhəri Koroğlu küçəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasına(Qarabağ restoranı,ümumi sahəsi 788.3 kv. Metr) ilkin satış qiymətinin 380.000 (üç yüz səksən min) manat məbləğində müəyyən edilməsinə və ipoteka predmetləri olan Bərdə şəhəri Ədalət Ədilov küçəsi 3-cü dönghədə yerləşən 0,075 ha torpaq sahəsinə və onun üzərində yerləşən 5 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh2 çıxarılmasına, Bərdə şəhəri Koroğlu küçəsində yerləşən 2 mərtəbəli qeyriyaşayış binasına(Qarabağ restoranı,ümumi sahəsi 788.3 kv. Metr) tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay ərzində həmin qeyri-yaşayış binasının boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cavabdeh "xxxx" KB ASC-nin iddia tələbinin əsassız olduğundan bütünlükllə rədd edilməsinəvə pandemiya şəraiti nəzərə alınaraq şadlıq sarayının fəaliyyətə başlanana kimi vaxt verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan UNİ/D 187-1398/21 saylı 27 dekabr 2021-ci il tarixli məktubdan müəyyən edilir ki, ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manatın 200 (iki yüz) manatı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətindən, 200 (iki yüz) manatı isə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 259,260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” ilk iddia tələbinə və Cavabdeh1 "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə qarşı ilk iddia tələbinin rədd edilməsi qarşılıqlı iddia tələbi barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manatın 200 (iki yüz) manatı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətindən, 200 (iki yüz) manatı isə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX hesabına köçürülsün. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-140/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-140/2022
10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver