Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1405/2021 13.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 oğlunun iclas katibliyi ilə, Ərizəçi Alı qızının maraqlı şəxs Bərdə regional Asan xidmət mərkəzində notariat kontorunun xüsusi notariusuna qarşı “qohumluq faktının təsdiq olunması ” barədə ərizəsinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Alı qızı ərizə ilə məhkəməyə müraciət edərək, X2 onun bacısı olmasının təsdiq olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasına çağırılmalarına baxmayaraq gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Ərizəçi Ərizəçi Alı qızı dəfələrlə ərizə ilə müraciət edərək, işə baxılmasını xahiş etmiş, lakin buna baxmayaraq təyin olunmuş məhkəmə iclaslarına gəlməmişdir,məhkəmə ərizəçinin iclaslara gəlməməsini icraatı qəsdən yubatması kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddələrinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Ərizəçiyə həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasi Mulki Prossesual Məcəlləsinin 259.0.6, 260.4, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Ərizəçi Alı qızının maraqlı şəxs Bərdə regional Asan xidmət mərkəzində notariat kontorunun xüsusi notariusuna qarşı “qohumluq faktının təsdiq olunması ” barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi Alı qızına yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-1405/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1405/2021
13.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver