Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1410/2023 08.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X16 iclas kаtibliyi ilə, iddiaçıların vəkili və etibarnamə üzrə nümayəndəsi Bərdə rayon Vəkil Bürosunun vəkili Vəkil1, Cavabdeh2 və vəkili, Bərdə rayon Vəkil Bürosunun vəkili Vəkil2 iştirakı ilə, İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “evdən çıxarılma” tələbinə dair ilkin və Cavabdeh2 cavabdeh İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı idarəsinə və Bərdə Regional “ASAN xidmət” mərkəzində Notariat Kontorunun Xüsusi notariusuna qarşı verilmiş “xx.xx.2022-ci il tarixli ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və miras əmlakın vərəsələr arasında bölünməsi” tələbinə dair qarşılıqlı iddiа ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 birgə mülkiyyətlərində olan ünvan 2ində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 92.30 kv.m fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Bundаn sonra ilk iddiа üzrə Cavabdeh2 İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı idarəsinə, Bərdə Regional “ASAN xidmət” mərkəzində Notariat Kontorunun Xüsusi notariusuna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1i ünvanındakı 0.20 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzrə alınmış xx.xx.2022-ci il tarixli, ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və miras qalmış əmlakın vərəsələr arasında bölünməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş ilkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə mülkiyyətlərində ünvan 2ində 0,20 ha hǝyǝtaynı torpaq sahəsində 92,30 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi vardır. Hazırda həmin fərdi yaşayış evində hazırki cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 yaşayırlar. Cavabdehlərdən dəfələrlə mülkiyyətlərində olan evdən çıxmalarını tələb etmişlər, lakin cavabdehlər müxtəlif bəhanələr gətirərək evdən çıxmamışlar. İddiaçılar həmin evə köçərək orada yaşamaq istəyirlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıların mülkiyyət hüquqları və qanunla qorunan mənafeləri kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Odur ki, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X8 iddiaçıların ümumi birgə mülkiyyətlərində olan ünvan 2ində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 92,30 kv.m olan fərdi yaşayış evindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçıların birgə mülkiyyətlərində olan ünvan 2ində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 92,30 kv.m fərdi yaşayış evindən çıxarılmalarına və cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 tərəfindən verilmiş qarşılıqlı iddia isə belə əsaslandırılmışdır ki, İddiaçı1 doğma qardaşıdır. X6, anası X9r. Mirzə Məmmədov xx.xx.1987-ci ildə, Zeynəb Məmmədova isə xx.xx.1993-cü il tarixdə vəfat etmişlər. Anası 1993-cü il tarixdə vəfat etməmişdən öncə xüsusi mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.20 ha torpaq sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi olmuşdur. Qeyd etdiyi fərdi yaşayış evində anası vəfat etməmişdən öncədə, anası vəfat etdikdən sonrada davamlı olaraq 22 ildir ki, orada yaşayır. Həmin fərdi yaşayış evindən istifadə etmiş və anasına məxsus olan əşyaları da miras olaraq qəbul etmişdir. Lakin, hazırda qardaşı İddiaçı1 anası vəfat etdikdən sonra lazımi təşkilatlara müraciət etmiş və qanunsuz olaraq ünvan 1ində yerləşən 0.20 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evini xx.xx.2022-ci il tarixdə öz adına sənədləşdirmiş və fərdi yaşayış evinə ********** nömrəsi ilə qeydiyyata alınmış Çıxarış almışdır. Həmin çıxarışdan isə məhkəmə iclası zamanı məlumatı olmuşdur. İddiaçı1 onun savadsızlığından sui-istifadə edərək evi öz adına sənədləşdirmişdir. Anası vəfat etdikdən sonra bilmişdir ki, həmin ev üçün vərəsəlik şəhadətnaməsi alınmalı və həmin ev onun adına sənədləşdirilməlidir. İddiaçı1 onun bilməməzliyindən istifadə edərək qanunsuzluq etmişdir. İndi isə İddiaçı1 qanunsuzluq edərək çıxarış aldığı evdən onu çıxartmaq istəyir. Onun isə həmin evdən başqa yaşamağa heç bir yaşayış yeri yoxdur. Həmçinin onun həmin fərdi yaşayış evində yaşamağa hüququ var və anasından qalmış fərdi yaşayış evi miras əmlak olaraq ona da verilməlidir. İndi isə qardaşının onun razılığı olmadan və ən önəmlisi onun xəbəri olmadan evi öz adına sənədləşdirməsi onun qanunla qorunan hüquqlarını pozmuşdur. Hesab edir ki, ünvan 1 ünvanındakı 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzrə iddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 adına xx.xx.2022-ci il tarixli ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarış, onun əsasında verilmiş sənədlər etibarsız hesab edilməli və miras qalmış əmlak vərəsələr arasında bölünməlidir. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsində göstərilir ki, bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsində göstərilir ki, mübahisə edilən əqd məhkəmə tərəfindən etibarsız sayılmasına görə etibarsız olan əqddir. Əqd barəsində mübahisə edildikdə əqd bağladığı andan etibarsızdır. Mübahisə etmək hüququ maraqlı şəxsə mənsubdur. Mübahisə edilən əqdin etibarsız sayılması tələbini bu Məcəllədə göstərilən şəxslər irəli sürə bilərlər. Həmin Məcəllənin 1151.1.-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.-ci maddəsində göstərilir Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsində göstərilir Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsində göstərilir Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Odur ki, məhkəmədən ünvan 1i ünvanındakı 0.20 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzrə xx.xx.2022-ci il tarixli ********** nömrəsi ilə iddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 adına qeydiyyata alınmış çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və miras qalmış əmlakın vərəsələr arasında bölünməsinə dair qətnamə çıxarılsını xahiş edir. Məhkəmənin 2(021)-1410/2023 saylı 20 aprel 2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddiaçı Cavabdeh2 X42 və qeyrilərinə qarşı qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçıların vəkili və etibarnamə üzrə nümayəndəsi Bərdə rayon Vəkil Bürosunun vəkili Vəkil1 iddia tələbini müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatlarında göstərdilər ki, İddiaçı1 Cavabdeh2 qardaşıdır. Mirzə Məmmədov xx.xx.1987-ci ildə, Zeynəb Məmmədova isə xx.xx.1993-cü il tarixdə vəfat etmişlər. Qeyd edilən fərdi yaşayış evində davamlı olaraq 22 ildir ki, Cavabdeh2 yaşayır. Cavabdeh2 həmin fərdi yaşayış evindən istifadə etmiş və anasına məxsus olan əşyaları da miras olaraq qəbul etmişdir. Lakin hazırda bilmişlər ki, İddiaçı1 qanunsuz olaraq ünvan 1ində yerləşən 0.20 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evini xx.xx.2022-ci il tarixdə öz adlarına sənədləşdirmiş və fərdi yaşayış evinə ********** nömrəsi ilə qeydiyyata alınmış Çıxarış almışdır. Həmin çıxarışdan məlumatı olmamışdır. İddiaçı1 Cavabdeh2 savadsızlığından sui-istifadə edərək evi öz adına sənədləşdirmişdir. Odur ki, məhkəmədən ünvan 1i ünvanındakı 0.20 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzrə xx.xx.2022-ci il tarixli ********** nömrəsi ilə iddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 adına qeydiyyata alınmış çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi və miras qalmış əmlakın vərəsələr arasında bölünməsinə dair qətnamə çıxarılsını xahiş edirlər. Məhkəmə tərəfləri dinləyib, ilkin iddia tələbinin və qarşılıqlı iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələblərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bərdə rayon İcra Hakimiyyəti Başçısının Əmirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 24 nömrəli və xx.xx.2023-cü il tarixli, 25 nömrəli arayışlardan görünür ki, Cavabdeh1 ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X26 və X43 ilə birgə ünvan 2ində yaşayır, həmçinin İddiaçı1 ailə üzvləri İddiaçı2 və İddiaçı3 ilə birlikdə ünvan 2ində yaşayır. xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı1 məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən 0,20 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 92.30 kv.m olan fərdi yaşayış evi İddiaçı1 tam mülkiyyət hüququ üzrə məxsus olmaqla onun adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə, 24165 inventar nömrəsi İddiaçı1 adına verilmiş fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, pasportda ünvan 2inə yerləşən ümumi sahəsi 92,30 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evinin, otaqların, həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri müəyyən edilərək qeyd edilmişdir. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1996-cı ildə doğulmuşdur. AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1976-cı ildə Bərdə rayonunda doğulmuşdur, ünvan 3 ünvanında qeydiyyatdadır. AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1976-cı ildə doğulmuşdur, ünvan 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivi tərəfindən Bərdə rayon Vəkil Bürosunun vəkili Vəkil2 ünvanlanmış soğuya 13 mart 2023-cü il tarixli 52 saylı cavabdan görünür ki, rayon dövlət arxivində 79 saylı fondda mühafizə edilən Bərdə rayonu Xanərəb kənd Sovetliyinin İmirli kəndi üzrə 1977-1979-cu illərə aid 06 saylı Təsərrüfatbaşına kitabın 1813 saylı şəxsi hesabına əsasən, ailə başçısının X27 olduğu, adına olan torpaq sahəsinin 0,18 olduğu qeyd olunub. Tikili haqqında məlumat yoxdur. 1986-1990-cı illərdə X13 xx.xx.1987-ci ildə vəfat etdiyi, ailə başçısının həyat yoldaşı X14 olduğu, adına olan torpağın 0,18 olduğu, evin 57 kv.m olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 88 nömrəli sorğuya xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-1523/2023 saylı cavab məktubundan görünür ki, İddiaçı1 adına ünvan 2ində yerləşən fərdi yaşayış evi tam və 0,20 ha torpaq sahəsi 3 nəfər ailə üzvü ilə birlikdə ümumi birgə olmaqla xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd: Bərdə rayonu AİK-nın 30 may 1998-ci il tarixli 08 nömrəli qərarı ilə ünvan 2 sakinləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına JN-148A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. O cümlədən Əmirli kəndi üzrə İcra nümayəndəliyinin 184 saylı təsərrüfat başına uçot kitabına əsasən 0,20 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı1 adına qeydə alınmışdır. xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, Cavabdeh2 məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. AZE 13189832 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1961-ci ildə ünvan 2ində doğulmuşdur, ünvan 2ində yaşayır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Əmirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 112 nömrəli və xx.xx.2023-cü il tarixli, 79 nömrəli arayışlardan görünür ki, Cavabdeh2 2001-ci ilin yanvar ayından halhazıradək İddiaçı1 məxsus ünvan 2ində yerləşən evdə yaşayır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 326316 nömrəli arayışdan görünür ki, X14 xx.xx.1993-cü ildə ünvan 7ində vəfat etmişdir.Ölümün səbəbi qara ciyər sirrozu olmuşdur. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 307038 nömrəli arayışdan görünür ki, X21 xx.xx.1987-ci ildə ünvan 7ində vəfat etmişdir. Ölümün səbəbi hipertaniya olmuşdur. xx.xx.2023-cü il tarixli, AN – İ №1115240 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X2, X33, X28 tərəfindən JN 462A, KOD ******* olan birgə mülkiyyət üzrə onlara məxsus Bərdə rayonu Əmirli kəndində yerləşən ümumi sahəsi 0.5 ha torpaq sahəsi alıcı Cavabdeh4 satılmışdır. xx.xx.1951-ci ildə verilmiş 9136 nömrəli köçmə biletindən görünür ki, X17 ailə ilə birlikdə Azərbaycan SSR-nə köçmüşdür və o güzəşt və hüquqlardan istifadə edir. Rus dilində olan 1988-ci ilin mart ayında verilmiş yaşayış fonduna aid olan fərdi yaşayış X25 surətindən görünür ki, X21 və X5 adları Bərdə rayonu Əmirli kəndində yerləşən ümumi sahəsi 69.6 kv.m, yaşayış sahəsi 51.8 kv.m, köməkçi sahəsi 17,8 kv.m olan, 2 yaşayış otaqlı 1 fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18 may 2023-cü il tarixli 112 nömrəli məktubdan görünür ki, mərhum X21 və mərhumə X5 adına notariusda vərəsəlik işinin açılması ilə bağlı Bərdə rayon Notariat Kontoru vərəsəlik haqqında Dövlət Arxivinə heç bir sənəd təqdim etməyib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-2141/2023 nömrəli məktubdan və həmin məktubla göndərilmiş, Bərdə rayon Əmirli İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş tarixli arayış və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli və ********** qeydiyyat nömrəli çıxarışdan, həmçinin Torpağın mülkiyyətə verilməsinə dair JN- 148A KOD 61000108 saylı Şəhadətnamədən görünür ki, İddiaçı1 adına ailə üzvləri X29 və İddiaçı2 ilə birlikdə Bərdə rayonu Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 nömrəli qərarı ilə verilmiş Bərdə rayonu Əmirli kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla 2021-2025-ci illər üçün Əmirli kəndinə aid təsərrüfat başına uçot kitabının 280 saylı vərəqində qeyd olunmuşdur və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh3 adına ünvan 2ində 4 nəfərlə 0.14 ha həyətyanı torpaq sahəsi xx.xx.2017-ci tarixli, ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına ünvan 2ində 4 nəfərlə 1.56 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh5 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-148C KOD 61000108 nömrəli Şəhadətnamənin surətindən görünür ki, ünvan 7i ünvanında yerləşən 0,11 ha torpaq sahəsi İddiaçı1, X29 və İddiaçı2 istifadələrinə verilmişdir. 10 yanvar 2023-cü il tarixli AN-İ ******* nömrəli notarial qaydada təsdiq edilmiş Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, X2 və X7 rayonu Əmirli kəndi ünvanında yerləşən ümumi sahəsi 0,5 ha olan torpaq sahəsinin onlara məxsus hissələrini Alıcı Cavabdeh4 ümumilikdə 4500 AZN qiymətinə satmışlar. “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Tərtər rayon notariat ofisi tərəfindən təsdiq edilmiş etibarnamə ilə X33 və X28 xx.xx.2006-cı ildə verilmiş JN-462A, KOD 61000108 nömrəli dövlət aktına əsasən özlərinə məxsus olan ünvan 7i ünvanında yerləşən 0,50 ha torpaq sahəsi üzərində adlarından bütün əmlakını idarə etmək və onun üzərində sərəncam verməklə bağlı bütün səlahiyyətləri və Dövlət orqanlarında çıxış etmək hüququnu X22 vermişlər. Tərtər rayon notariat ofisi tərəfindən təsdiq edilmiş X18 razılıq ərizəsindən görünür ki, X10 rayonu, İmirli kəndi ünvanında yerləşən 0,50 ha torpaq sahəsinin X33, X22, X19 məxsus hissəsinin satılmasına etiraz etməmişdir. Tərtər rayon notariat ofisi tərəfindən təsdiq edilmiş X18 razılıq ərizəsindən görünür ki, X44, X45 və X11 rayonu, İmirli kəndi ünvanında yerləşən 0,50 ha torpaq sahəsinin X33, X22, X19 məxsus hissəsinin satılmasına etiraz etməmişlər. Elektron notariat” X1 Çıxarışdan görünür ki, 2 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş X20 razılıq ərizəsindən görünür ki, X12 rayonu, Əmirli kəndi ünvanında yerləşən 0,50 ha torpaq sahəsinin X33, X22, X19 məxsus hissəsinin satılmasına etiraz etməmişdir. Elektron notariat” X1 Çıxarışdan görünür ki, Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş X15 razılıq ərizəsindən görünür ki, X4 rayonu, Əmirli kəndi ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 438 nömrəli arayışdan görünür ki, xx.xx.1998-ci il tarixli, Bərdə Dövlət və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-462A nömrəli Şəhadətnamə üzrə ünvan 2i ünvanında yerləşən 0,5 ha torpaq sahəsi X35, X23, X46, X33, X32, X34, X28, X47, X44 və X20 ümumibirgə mülkiyyətindədir. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-148A KOD 61000108 nömrəli Şəhadətnamənin surətindən görünür ki, ünvan 7i ünvanında yerləşən 0,50 ha torpaq sahəsi X33, X44, X47, X48, X32, X37, X28, X23, X34 və X24 ümumibirgə mülkiyyətinə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək hazırki iş üzrə cavabdehlər – Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 birgə mülkiyyətlərində olan ünvan 2ində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 92.30 kv.m fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçıların birgə mülkiyyətlərində olan ünvan 2ində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 92,30 kv.m fərdi yaşayış evindən çıxarılmalarına və cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundаn sonra ilk iddiа üzrə Cavabdeh2 İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı idarəsinə, Bərdə Regional “ASAN xidmət” mərkəzində Notariat Kontorunun Xüsusi notariusuna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1i ünvanındakı 0.20 ha torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evi üzrə alınmış xx.xx.2022-ci il tarixli, ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və miras qalmış əmlakın vərəsələr arasında bölünməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Məhkəmə ilkin iddiaya münasibət bildirərək qeyd edir ki, ilkin iddia tələbi təmin edilməli, ilkin iddia üzrə cavabdehlərin torpaq sahəsi və fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə onlar mübahisə predmeti olan torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılmalıdırlar. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından məlum olur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ümumi birgə mülkiyyətində ünvan 2ində 0,20 ha həyətyanı torpaq sahəsi və tam pay üzrə İddiaçı1 məxsus olmaqla həmin torpaq sahəsində yerləşən 92.30 kv.m. fərdi yaşayış evi mövcuddur və ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 uzun illərdir və hazırda da həmin mübahisə predmeti olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən istifadə edir. Buna görə hazırki iş üzrə ilkin iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsi və fərdi yaşayış evindən mülkiyyət, yəni sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir və beləlikdə də cavabdehlərə qarşı ilkin iddia tələbini irəli sürməkdə haqlı olmuşlar. Bundan başqa məhkəmə iş materiallarındakı arayışa əsaslanaraq qeyd edir ki, mübahisə predmeti olan fərdi yaşayış evində Cavabdeh3 azyaşlı övladları X26 və X43 da yaşayır. Lakin, məhkəmə hesab edir ki, onların azyaşlı olduqlarına görə ayrıca olaraq iş üzrə icraata müstəqil tələb irəli sürməyən şəxslər kimi cəlb edilməsinə ehtiyac yoxdur və Cavabdeh3 onların valideyni olmaqla qanuni nümayəndəsidir və qanunvericiliyə əsasən yektinlik yaşına çatmayan şəxslərin, xüsusilə azyaşlıların valideynlərinin yaşayış yeri onların da yaşayış yeri sayılır. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bundan başqa məhkəmə qeyd edir ki, iş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Əmirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 112 nömrəli və xx.xx.2023-cü il tarixli, 79 nömrəli arayışlardan göründüyü kimi ilkin iddia üzrə Cavabdeh2 2001-ci ilin yanvar ayından halhazıradək qardaşı İddiaçı1 məxsus ünvan 2ində yerləşən evdə yaşayır. Bu halda mülki hüquq münasibətlərinə 8 iyul 1982--ci il tarixli 979—X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilməklə qüvvəyə minmiş və 30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş hesab edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü və 53-cü maddələrinin normaları tətbiq edilməlidir. Belə ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin normaların tətbiq edilməsinə birbaşa göstəriş Konstitusiya Məhkəməsinin qərarından irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 1982-ci ildən qüvvədə olmuş və hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müəyyənləşdirmişdir. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Beləliklə, Mülki Məcəllənin göstərilən maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsini vacib saydığı halda, bu qayda Mənzil Məcəlləsinin 123-cü maddəsində nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 228.2-ci maddəsində həmçinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsi nəzərdə tutulur. Belə müddəa Mənzil Məcəlləsində yoxdur. Plenum öz qərarında bu nəticəyə gəlmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Bununla yanaşı Konstitusiya Məhkəməsi xüsusi ilə qeyd edir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı şəxsin mülkiyyətində olan və daşınmaz əmlak sayılan bütün yaşayış evlərinə həmin Məcəllənin 135, 139, 140, 141 və 144-cü maddələrinin müddəalarına əsasən şamil edilməlidir. Bu maddələrə müvafiq olaraq daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlar notariat qaydasında təsdiq olunmalı və dövlət reyestrində qeydə alınmalıdır. Yuxarıda qeyd edilən normalardan da göründüyü kimi icarədar, hazırki halda fərdi yaşayış evinin mülkiyyətçisinin ailə üzvləri sırasına mülkiyyətçinin arvadı, uşaqları və valideynləri aid edilir. Hazırki halda fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçının qardaşı və bacısı mülkiyyətçinin ailə üzvləri sırasına daxil edilmir. İddiaçı1 ailə üzvləri digər birgə iddiaçılar olan İddiaçı2, İddiaçı3 hesab edilir. Valideynləri isə vəfat etmişdir. İlkin iddia üzrə cavabdehlər isə İddiaçı1 bacısı olan Cavabdeh2, onun övladları və nəvələri və digər qohumları olmaqla İddiaçı1 ailə üzvləri hesab edilmirlər və ilkin iddia üzrə cavabdehlərin İddiaçı1 məxsus yaşayış sahəsindən istifadə etmələrinə iddiaçının yazılı və ya notarial qaydada razılığı mövcud deyil və olmayıb. Bundan başqa məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və yaşayış sahəsindən çıxarılma zamanı ilkin iddia üzrə cavabdehlərə iddiaçılar tərəfindən kompensasiya verilməsinə zərurət yoxdur. Çünki, ilkin iddia üzrə cavabdehlərin adlarına torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçir. Belə ki, Cavabdeh1 və Cavabdeh3 adına ünvan 2ində 4 nəfərlə birlikdə 0.14 ha həyətyanı torpaq sahəsi xx.xx.2017-ci tarixli, ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına isə ünvan 2ində 4 nəfərlə 1.56 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu o deməkdir onların yaşayış sahələrinə olan ehtiyacları aradan qalxmışdır və hazırda ehtiyacları yoxdur. Həmçinin, Mənzil Məcəlləsinin yuxarıda tədqiq edilən 123-cü maddəsinin normasından da bəlli olduğu kimi ilkin iddia üzrə cavabdehlər iddiaçının ailə üzvləri hesab edilmədiklərindən və ümumiyyətlə köhnə Mənzil Məcəlləsində şəxslərin yaşayış sahəsinin istifadə hüquqlarına xitam verilərkən kompensasiya və ya məcburi qaydada kompensasiya ödənilməsinə dair hər hansı şərt və norma nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehlərə kompensasiya ödənilməməlidir. Həmçinin, məhkəmə qarşılıqlı iddiaya münasibət bildirərək qeyd edir ki, qarşılıq iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və digər təşkilatlara qarşı ünvan 1i ünvanındakı 0.20 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzrə xx.xx.2022-ci il tarixli ********** nömrəsi ilə iddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 adına qeydiyyata alınmış çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Belə ki, Cavabdeh2 mübahisə predmeti olan fərdi yaşayış evi və torpaq sahəsinin valideynləri olan mərhum X21 və mərhumə X3 miras qalmasını iddia etsə də bununla bağlı lazımi sübutları məhkəməyə təqdim edə bilməmiş və beləliklə də qarşılıqlı iddiasını məhkəmə iclasında sübut edə bilməmişdir. İş materiallarından isə məlum olur ki, İddiaçı1 və onun ailə üzvləri olan digər birgə iddiaçılara ünvan 9i ünvanında 0,20 ha həyətyanı torpaq sahəsi verilmiş və onun üzərində İddiaçı1 tərəfindən fərdi yaşayış evi inşa edilərək mülkiyyət hüququ onun adına qeydiyyata alındığından yaşayış evinin miras əmlak olaraq vərəsəlik qaydasında keçməsindən hazırki halda bəhs edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassızdır və təmin edilə bilməz. “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” işdə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Beləliklə, Cavabdeh2 və qeyrilərinin iddiaçılara mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsini və yaşayış evini tərk etməməsi və hüquqi əsaslar olmadan həmin torpaqdan istifadə etməsi iddiaçıların sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. İlkin iddia üzrə cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçılar mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Bu kontekstdə məhkəmə hesab edir ki, ilkin iddianın təmin olunması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavabdeh2 şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia təmin edildiyindən həmin iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən iddiaçıların xeyrinə tutulmalı, qarşılıqlı iddia isə təmin edilmədiyindən həmin tələb üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh2 aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ümumi birgə mülkiyyətlərində olan ünvan 2ində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 92.30 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin və onlar həmin torpaq sahəsi və yaşayış evindən çıxarılsınlar. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı idarəsinə, Bərdə Regional “ASAN xidmət” mərkəzində Notariat Kontorunun Xüsusi notariusuna qarşı ünvan 1i ünvanındakı 0.20 ha torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evi üzrə xx.xx.2022-ci il tarixdə, ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışın və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və miras qalmış əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada alınaraq iddiaçıların xeyrinə verilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh2 özünə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-1410/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1410/2023
08.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver