Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1414/2021 28.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 23 iyul 2019-cu il tarixdə Bərdə rayonunda anadan olmuş X2 doğum faktının müəyyən olunması, atası X7, anası Ərizəçi Ramiz qızı olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Hacıyeva Lamiyə Ramiz qızı ərizəsini onunla əsaslandırmışdır ki, Namazov Rafik Rəşid oğlu ilə 12 fevral 2017-ci il tarixdə qeyri-rəsmi ailə qurub evlənmiş, birgə yaşadıqları dövrdə bir övladları anadan olmuşdur. Lakin başa düşməməzlikdən 23 iyul 2019-cu il tarixdə Bərdə rayonunda anadan olmuş İmkansızlıdan, uşaq ev şəraitində doğulmuşdur. Ona görə də Namazova Zəhra Rafik qızına doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda övladlarına doğum haqqında şəhadətnamə almaq istəyirlər, övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müracitə etsələr də, orda məhkəməyə müraciət etmələrini bildiriblər. Məhkəmə iclasında ərizəçi Ərizəçi Ramiz qızı ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X7 bildirmidir ki, Ərizəçi Ramiz qızı arvadıdır, 12 fevral 2017-ci il tarixdə qeyri-rəsmi ailə qurub evlənmiş, birgə yaşadıqları dövrdə bir övladları anadan olmuşdur. Lakin başa düşməməzlikdən 23 iyul 2019-cu il tarixdə Bərdə rayonunda anadan olmuş İmkansızlıdan, uşaq ev şəraitində doğulmuşdur. Ona görə də Namazova Zəhra Rafik qızına doğum haqqında şəhadətnamə ala bilməmişlər, indi isə doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmişlər, orada isə məhkəməyə mürqciət etmələri bildirirlmişdir. Faktin müəyyən olunması, uşağımıza doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasında şahid X6 şahid X12 oğlunun izahaına uyğun izahat verdil. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarınada olan AA ******* nörməli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, Ərizəçi Ramiz qızı xx xxxxxx 1999-cu ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayon İcra hakimiyyəti başçısının Kətəlparaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 304 nömrəli, 17 mart 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu Piyadalar kəndində yaşayır. İş materiallarında olan X3 Publik hüquqi şəxsi tərəfindən verilmiş 182 nömrəli, 15 mart 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Ərizəçin ın deməsinə görə Namazov Rafik Rəşid oğlu və Ərizəçi Rafik qızının birgə yaşayış dövründə dünyaya 23 iyul 2019-cu il təvəllüdlü Namazova------ Rafik qızı Bərdə RMX-nın Uşaq Poliklibikasında qeydiyyata götürülmüşdür, uşaq həkim prediatr tərəfindən müayinə olundu və sağlam olması təsdiq olundu. İş materiallarında olan Bərdə regional “Asan Xidmət “ Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli 05Q/76285/40 nömrəli məktubundan müəyyən olunur ki, X7 qeydiyyat şöbəsinə müraciət etmiş, ona faktın müəyyən olunması üçün məhkəməyə mürciət etməsi məsləhət körülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X1 doğum aktı qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamələrin bərpası üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi 23 iyul 2019-cu il tarixdə Bərdə rayonunda bir qız övladının doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında X7, ana qrafasında Ərizəçi Ramiz qızı qeyd olunsun. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1414/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1414/2021
28.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver