Məhkəmə qərarları › İş №2(021)-1414/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1414/2023

06.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1414/2023 06.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçılar İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Bərdə rayon Yerqurulu Şöbəsinin təkim aktına əsasən İddiaçı1 0.07 ha və X1 0.32 ha cəmi 0.39 ha həyətyani torpaq sahələrinə aid Bərdə rayon Texniki İnvertarizasiya Bürosu tərəfindən birgə hazırlanmış 595 nömrəli texpasportun və qeydiyyat vəsiqəsinin təsdiq edilmiş layihə smetasına əsasən, xüsusi mülkiyyətləri olan həyətyani torpaq sahələri ölçülüb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi idarəsi tərəfindən akt tərtib edilərək onlara verilməsinə dair, o, sübut edəndən sonra 2011-ci ilin 06 may tarixində 100 faiz pay torpağı almağına baxmayaraq, ilkin sənədlər nəzərə alınmadan onun saxta tərtib edilmiş 0.67 ha həyətyani torpaq sahəsinin JN-130A şəhadətnamənin, qızının 0.40 ha həyətyani torpaq sahəsinin JN-084A şəhadətnaməsinin etibarsız sayılaraq ləğv edilib ilkin sənədlərə əsasən tərtib edilməklə sənədləşdirilib onlara verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və X2 məhkəməyə ünvanladığı iddia ərizəsində Nazirliyinin tabeliyində ƏMDX-nin yanında olan DƏDRX-nin 7 saylı Bərdə Ərazi idarəsi onların 595 nönrəli texpasport və qeydiyyat vəsiqəsində təsdiq edilmiş layihə smetasında olan onun 0.07 ha, qızı X1 0.32 ha cəmi 0.39 ha həyətyani torpaq sahələrinin onların mütəxəssisləri tərəfindən ölçülərək akt yazılıb onlara təhvil verilməsinə dair, 2-ci ilkin sənədlər nəzərə alınmadan tərtib edilmiş, Bərdə Aqrar islahat Komissiyasının 25 iyul 1998-ci il tarixli 10 saylı qərarı ilə verilmiş JN-130A Kod 61015018 saylı və JN- 084A Kod 61015018 saylı şəhadətnamələrin etibarsız hesab edilməsinə və həmin sahələrin ölçülüb onlara tanıdılmasına və yeni şəhadətnamələrin verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və X2 iddia tələbini onunla əsaslandırmışdır ki, o,1974-cü ildə Bərdə rayonu Yerquruşlu Şöbəsinin təkim aktına əsasən 0,07 ha həyətyani torpaq sahəsi almışdır. Ata yurdu isə 0,32 ha həyətyanı torpaq sahəsi ilə yaşayış evi 1983-cü ildə qızının adına keçib. Onun 0,07 hektar qızının 0,32 hektar cəmi 0,39 hektar həyətyani torpaq sahələri barəsində texpasport və qeydiyyat vəsiqəsi hazırlanıb onlara verilməsi üçün o 0,07 ghektar həyətyanl torpaq sahəsinin təkim aktını və torpağın xərtiəsini, onların isə 0,32 hektar həyətyanı torpaq sahəsinin təkim aktını və torpaq xərtiəsini 1988-ci ildə Bərdə rayon Texniki İnvertarizasiya Bürosuna verdik ki, onlara həyatyanı torpaq sahələri barəsində texpasport və qeydiyyat vəsiqəsi hazırlayıb versinlər. Bərdə rayon Texniki İnvertizasiya Bürosu qızı kiçik yaşlı olduğu üçün eyni zamanda onun himayəsində oolduğuna görə onlara 1989-cu il tarixində birgə 595 nömrəli Texpasport və Qeydiyyat vəsiqəsi hazırlayıb veriblər. Bundan başqa Bərdə rayon Aqrar İstehsalat Komissiyası onun və qızının adına birgə hazırlanmış tepasportlarında və qeydiyyat vəsiqələrində olan layhiə smeta ilə təsdiq edilən həyətyani torpaq sahələrini 29 noyabr 1999-cu ildə vətəndəşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvələ onun 0,07 hektar qızlarının 0,32 hektar cəmi 0,39 hektar həyətyani torpaq sahələrini xüsusi mülkiyyətə çevirərək təsdiq ediblər. 29 noyabr 1999-cu il tarixindən onun 0,07 hektar, qızının 0,32 hektar cəmi 0,39 hektar həyətyani torpaq sahələrini xüsusi mülkiyyətə çevirərək təsdiq ediblər. 29 noyabr 1999-cu il tarixindən onun 0.07 ha, qızı X1 0.32 ha cəmi 0.39 ha həyətyani torpaq sahələri xüsusi mülkiyyətə çevrilib. Onların xüsusi mülkiyyəti Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci və 29.2-ci maddələrinə əsasən müdafiə olunur və qorunur. İstəyirlər ki, Azərbaycan Respublikasının Konsistitusiyasının 13.1-ci və 29.2-ci maddələrinə əsasən Dövlət tərəfindən müdafiə olunan və qorunan xüsusi mülkiyyətləri, eyni zamanda daşınmaz əmlakları olan 595 nömrəli texpasportlarında yeri bəlli olan təsdiq edilmiş layihə smetalarında göstərilən, onun 0.07 ha, qızının 0.32 ha cəmi 0.39 ha həyətyani torpaq sahələri İqtisadiyyat Nazirliyinin tabeliyində ƏMDX-nin yanında DƏDRX-nin 7 saylı Bərdə Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçülərək akt yazılıb təsdiq edilərək onlara təhvil verilsin. Ərizələrində iddia etdiləri, onun 0.67 ha həyətyani torpaq sahəmin JN-130A, qızı X1 0.40 ha həyətyani torpaq sahəsinin JN- 084A şəhadətnaməsi ilkin sənədlərə əsasən hazırlanmamış, 2016-cı ilin 06 may tarixindən 100 faiz pay torpağı almasına baxmayaraq Bərdə rayon Torpaq Şöbəsinin müdiri Həsənov Həsən müəllimin Bərdə rayon icra Hakimiyyətinə yazdığı 54 nömrəli arayışa, onun yazdığı 155 nömrəli məktuba və tarixi bəlli olmayan rəyə əsasən, şəhadətnamələrin etibarsız sayılaraq dəyişdirilib ilkin sənədlərə əsasən tərtib edilməmişdir. İlk dəfə 2016-cı ilə kimi Bərdə rayon Torpaq Şöbəsinin və Dövlət Yerquruluşu Layihə İnistitunun Bərdə Rayonlararası Yerquruluşu idarəsi tərəfindən onun adıma 0.74 ha həyətyani torpaq sahəsinin JN-130A şəhadətnaməsi, qızının adına isə 0.40 ha həyətyani torpaq sahəsinin JN- 084A şəhadətnamələri hazırlanmışdır. O, şəhadətnamələrinin ilkin sənədlərə əsasən hazırlanmadığı üçün şəhadətnamələri, Bərdə rayon Torpaq Şöbəsinin müdiri Həsənov Həsənin göstərişi ilə Bərdə rayon Torpaq Şöbəsinin arxivindən götürməmişdir ki, şəhadətnamələri ilkin sənədlərə əsasən hazırlasınlar, ondan sonra ilkin sənədlərə əsasən hazırlanmış şəhadətnamələri Bərdə rayon Torpaq Şöbəsinin arxivindən götürsün. Onlar adlarına birinci dəfə tərtib edilən saxta şəhadətnamələrə görə onlara aşağıda göstərilən qaydada zəbt etmə yazılmışdı. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinə uuyğun izahat verərək, iddia tələbinin təmin oluunmasnı xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxinin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehinin nümayəndəsinin iştirakı olmadan baxılmasınnı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yəni həmin məsələyə baxılması ümumi məhkəmələrin səlahiyyətinə daxil deyildir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və X1 cvabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Bərdə rayon Yerqurulu Şöbəsinin təkim aktına əsasən İddiaçı1 0.07 ha və X1 0.32 ha cəmi 0.39 ha həyətyani torpaq sahələrinə aid Bərdə rayon Texniki İnvertarizasiya Bürosu tərəfindən birgə hazırlanmış 595 nömrəli texpasportun və qeydiyyat vəsiqəsinin təsdiq edilmiş layihə smetasına əsasən, xüsusi mülkiyyətləri olan həyətyani torpaq sahələri ölçülüb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi idarəsi tərəfindən akt tərtib edilərək onlara verilməsinə dair, o, sübut edəndən sonra 2011-ci ilin 06 may tarixində 100 faiz pay torpağı almağına baxmayaraq, ilkin sənədlər nəzərə alınmadan onun saxta tərtib edilmiş 0.67 ha həyətyani torpaq sahəsinin JN-130A şəhadətnamənin, qızının 0.40 ha həyətyani torpaq sahəsinin JN-084A şəhadətnaməsi, etibarsız sayılaraq ləğv edilib ilkin sənədlərə əsasən tərtib edilməklə sənədləşdirilib onlara verilməsi ilə bağlı inzibati orqana müraciət etməli, inzibati orqan bundan imtina etdiyi halda vəzifəli şəxslərin hərəkət və ya hərəkətsizliyindən İnzibati Məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-cü maddəsinin tələbinə görə işə məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259,260-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ İddiaçılar İddiaçı1 və X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxinin 7 saylı Bərdə Ərazi İdarəsin qarşı Bərdə rayon Yerqurulu Şöbəsinin təkim aktına əsasən İddiaçı1 0.07 ha və X1 0.32 ha cəmi 0.39 ha həyətyani torpaq sahələrinə aid Bərdə rayon Texniki İnvertarizasiya Bürosu tərəfindən birgə hazırlanmış 595 nömrəli texpasportun və qeydiyyat vəsiqəsinin təsdiq edilmiş layihə smetasına əsasən, xüsusi mülkiyyətləri olan həyətyani torpaq sahələri ölçülüb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi idarəsi tərəfindən akt tərtib edilərək onlara verilməsinə dair, o, sübut edəndən sonra 2011-ci ilin 06 may tarixində 100 faiz pay torpağı almağına baxmayaraq, ilkin sənədlər nəzərə alınmadan onun saxta tərtib edilmiş 0.67 ha həyətyani torpaq sahəsinin JN-130A şəhadətnamənin, qızının 0.40 ha həyətyani torpaq sahəsinin JN-084A şəhadətnaməsinin etibarsız sayılaraq ləğv edilib ilkin sənədlərə əsasən tərtib edilməklə sənədləşdirilib onlara verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 gün müddətində Bərdə rayon məhkəməsinə şikayət verə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar