Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1419/2021 31.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı Əhməd oğlunun və nümayəndəsi və vəkili X3 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh Qalib oğluna qarşı mülkiyyətçinin pozulmuş hüququnun aradan qaldırılması, torpaq sahəsindən çıxarılma, vurulmuş ziyanın ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Bərdə rayonu Qarağacı kəndi ərazisindən yerləşən 0,25 hektar sahibkarlıq məqsədli torpaq sahəsindən istifadə hüqunun Cavabdeh Qalib oğlu tərəfindən pozulması hərəkətlərinə son qoyuulması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, 10 il ərzində adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir (əldən çıxmış fayda) olan 30.000 manat pulun alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia həcminin artırılması barədə ərizə verərək, Bərdə rayonu Qarağacı kəndinin ərazisində yerləşən 0,25 hektar sahibkarlıq məqsədi torpaq sahəsindən istifadə hüqunun cavabdehlər Cavabdeh Qab oğlu və Həsənov Qalib Yelmar oğlu tərəfindən pozulması hərətəklərinə son qoyulması, savabdehlərin həmin torpaq sahəsindən çıxarılması, qanunsuz binaların sökülməsi, 10 il ərzində adi mülki dövriyyə şəaritində əldə edəcəyi gəlir (əldən çıxmış fayda) olan 30.000 manat pulun cavabdehlərdən alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Qarağacı kəndində yaşayır, sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qərara almışdır, ona görə də Bərdə rayonu, Qarağacı kəndinin ərazisində, Bərdə-Yevlax və Yevlax-Ağcabədi yolunun kəsişməsində yerləşən Bərdə rayonu, Qarağacı Bələdiyyəsinə müraciət etmişdir. Bərdə rayonu Qarağacı bələdiyyəsi 12 iyul 2005-ci il tarixli 07 nömrəli bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarı ilə ona sahibkarlıq fəaiyyəti ilə məşğul olmaq üçün 0,25 hektar torpaq sahəsi ayrılmışdır. Bələdiyyə qərarına uyğun olaraq Bərdə rayonu Qarağacı bələdiyyəsi 28 sentyabr 2006-cı il tarixli 107 nömrəli bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin ona alqı-satqısına dair akt tərtib edilmişdir. Qarağacı bələdiyyəsinin 12 iyul 2005-ci il tarixli 07 saylı qərar əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 24 noyabr 2006-cı il tarixli 62 nömrəli torpaq sahəsinin kadastr planı tərtib edilmişdir. Həmin sənədlər əsasında ona Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reustri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən Bərdə rayonu Qarağacı kəndinin ərazisində sahibkarlıq məqsədi ilə digər təyinatlı 0,25 ha torpaq sahəsinə dair **********39 reystr nömrəli 19 may 2011-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış almışdır. Beləliklə Bərdə rayonu Qarağacı kəndinin ərazisində yerləşən 0,25 ha torpaq sahəsi onun tam mülkiyyətindədir. Lakin Bərdə şəhəri Məhsəti küçəsində yeni yaşayış massivində yaşayan, Kəlbəcər şəhər sakini, cavabdeh Cavabdeh Qalib oğlu 2011-ci ildən torpaq sahəsini zəbt edib, orada sahibkarlıq obyekti açaraq obyektdən qazanc əldə edib, bu müddətdə ona torpaq sahəsindən istifadə etməyə imkan verməmişdir. O, cavabdehi torpaq sahəsindən çıxarda bilməmişdir, o torpaq sahəsini özü sahibkarlıq obyekti açaraq istifadə etmək istəyir, cavabdeh isə buna imkan vermir, torpaq sahəsindən özünün istifadə etmək məqsədini dəfələrlə cavabdehə bilrmiş, torpaq sahəsindən çıxmasını tələb etmiş, cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılmasının təmin edilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyistir Xidmətinə və bələdiyyəyə müraciət etmişdir. Ancaq məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Qeyd edir ki, həmin 0,25 hektar torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla 1 il ərzində orta hesabla 3000 manat, 10 il ərzində 30.000 manat qazanc əldə edə bilərdi, bununla da cavabdeh Cavabdeh 10 il ərzində ona 30.000 manat ziyan vurmuş, hüquqlarını pozmuşdur. Ona görə də məhkəməyə mütqciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia həcminin artırılması barədə ərizə verərək, Bərdə rayonu Qarağacı kəndinin ərazisində yerləşən 0,25 hektar sahibkarlıq məqsədi torpaq sahəsindən istifadə hüqunun cavabdehlər Cavabdeh və X2 tərəfindən pozulması hərətəklərinə son qoyulması, savabdehlərin həmin torpaq sahəsindən çıxarılması, qanunsuz binaların sökülməsi, 10 il ərzində ado mülki dövriyyə şəaritində əldə edəcəyi gəlir (əldən çıxmış fayda) olan 30.000 manat pulun cavabdehlərdən alınıb ona verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmənin əvvəlki iclaslarında Cavabdeh izahatında iddianı qəbul etməyərək, iddiaçını tanımadığını, qaldırılmış iddianın ona heç bir aidiyyatı olmadığını bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə hesab edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Qarağacı kəndində yerləşən X1 mülkiyyətində olan 0,25 ha torpaq sahəsinin Cavabdeh Qalib oğlu tərəfindən zəbt edilibedilməməsi iddianın həlli üçün mühüm əhəmiyyət kəsb etməklə xüsusi bilik tələb etdiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97-ci maddəsinə əsasən iş üzrə torpaqşünaslıq ekspertizasının təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə 7 saylı ərazi idarəsinin mütəxəssislərinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci maddəsinə əsasən mütəxəssisin rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97-98 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Cavabdeh Qaalib oğluna qarşı mülkiyyətçinin pozulmuş hüququnun aradan qaldırılması, torpaq sahəsindən çıxarfılma, vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilsin. Aydınlaşdırılması üçün ekspert qarşısında aşağıdakı sual qoyulsun:
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH ******* saylı çıxarışa əsasən Bərdə rayonu Qarağacı kəndində yerləşən Binətov Nemət ƏHməd oğlunun mülkiyyətlərində olan 0,25 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdirmi? Ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə 7 saylı ərazi idarəsinin mütəxəssislərinə həvalə edilsin. Ekspertizanın keçirilməsi -------------------- 2021-ci il tarixə saat 1100-a təyin edilsin. Mütəxəssis rəyinin verilməsi ekspertiza keçirildiyi gündən 20 gün müəyyən edilsin. Ekspertizanın aparılması üçün qərardadın surəti mütəxəssislərin sərəncamına təqdim edilsin. Mütəxəssisə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq edilsin. Mülki iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılsın. Qərardaddan dayandırmaya aid olan hissədə 10 gün müddətinə Bərdə Rayon Məhkəməsinə şikayət verə bilər.