Məhkəmə qərarları › İş №2(021)-1423/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1423/2021

27.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1423/2021 27.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1959-cu ildə Bərdə rayonunda anadan olması, atasının X19, anasının isə X6 olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1959-cu ildə Bərdə rayon Divanlı kəndində anadan olmuşdur. Atası X19, anası X1r. O,doğum haqqında şəhadətnamə almamışdır. Lakin 25.07.1979-cu il tarixdə sovet pasportu almışdır. 16 sentyabr 1989-cu ildə X9 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Ailə qurduqdan bu günə kimi Bərdə rayon Divanlı kəndində yaşayır. Hazırda şəxsiyyət vəsiqəsi almaq istəyir. Lakin doğum haqqında şəhadətnaməsi olmadığından Azərbaycan Respublikası vətəndaşlığı şəxsiyət vəsiqəsini ala bilmir. Doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin imtina edilərək məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçisinin Güloğlular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 369 saylı, 09.03.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Divanlı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş İV-ЖГ № 442435 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 ilə X10 16 sentyabr 1980-cı ildə nikah bağlamışlar. İş materiallarına əlavə edilmiş Seriya AZE № 17259683 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X9 24.05.1966ci il tarixdə Bərdə rayon İmamqululbəyli kəndində anadan olmuşdur. Bərdə rayon Divanlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE № 03596823 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X14 19.07.1949-cu il tarixdə Bərdə rayon Divanlı kəndində anadan olmuşdur. Bərdə rayon Divanlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ИЕ № 258013 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X15 19.07.1949-cu ildə anadan olmuşdur. X5, anası X2r. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verillmiş İV E 258013 saylı 12.03.2021-ci il tarixli Arayışdan görünür ki, X15 19.07.1949-cu ildə anadan olmuşdur. X5, anası X3r. İş materiallarına əlavə edilmiş Seriya AZE № 03105391 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X7 25.05.1951ci il tarixdə Bərdə rayon Divanlı kəndində anadan olmuşdur. Bərdə rayon Divanlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ИЕ № 621023 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 25.05.1951-ci ildə anadan olmuşdur. X5, anası X3r. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verillmiş 12.03.2021-ci il tarixli Arayışdan görünür ki, X8 25.05.1951-ci ildə anadan olmuşdur. X5, anası X3r. İş materiallarına əlavə edilmiş Seriya AZE № 04048752 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X21 30.05.1953-cü il tarixdə Bərdə rayon Divanlı kəndində anadan olmuşdur. Bərdə rayon Divanlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verillmiş 12.03.2021-ci il tarixli Arayışdan görünür ki, X21 30.05.1953-cü ildə anadan olmuşdur. X5, anası X3r. İş materiallarına əlavə edilmiş Seriya AZE № 16903623 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X11 08.02.1990cı il tarixdə Bərdə rayon Divanlı kəndində anadan olmuşdur. Bərdə rayon Divanlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Quluzadə Nuranə Rəfail qızı 22.01.1994-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş SSRİ nümunəli 25.07.1979-cu il tarixli, 724530 nömrəli fərdi uçot kartoçkasının surətindən görünür ki, Ərizəçi 1959-cu ildə Bərdə rayon Divanlı kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 141-05\15 saylı 02.03.2021-ci il tarixli Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi doğum akt qeydinin bərpa edilməsi barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında şahid qismində iştirak edən X21 bildirdi ki, Ərizəçi onun doğma qardaşıdır. Ərizəçi xx xxxx 1959-cu ildə Bərdə rayonunda anadan olması, atasının X19, anasının isə X6 olması faktını təsdiq etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X14 bildirdi ki, Ərizəçi onun doğma qardaşıdır. Ərizəçi xx xxxx 1959-cu ildə Bərdə rayonunda anadan olması, atasının X19, anasının isə X6 olması faktını təsdiq etdi. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki Ərizəçi xx xxxx 1959-cu ildə Bərdə rayonunda anadan olmuş, X4, anası isə X6 olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi xx xxxx 1959-cu ildə Bərdə rayonunda anadan olması, atasının X19, anasının isə X6 olması faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1959-cu ildə Bərdə rayonunda anadan olması, atasının X19, anasının isə X6 olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Ərizəçi qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar