Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-143/2023 17.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Bərdə rayon Uğurbəyli kənd Bələdiyyəsinin sədri İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması və hasarın sökülməsi ”tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Bərdə rayon Uğurbəyli kənd Bələdiyyəsinin xüsusi mülkiyyətində olan və hal-hazırda zəbt olunmuş 0.10 ha torpaq sahəsindən Cavabdeh çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci il tarixdən Bərdə rayon Uğurbəyli kənd Bələdiyyəsi olaraq fəaliyyət göstərir. Bələdiyyənin xüsusi mülkiyyətində 0.10 ha torpaq sahəsi olmuş və həmin torpaq sahəsi işlək vəziyyətdə olmamışdır. Ölkədə olan İ Qarabağ müharibəsi zamanı Ağdam rayonu işğalı zamanında onların Uğurbəyli kəndində yaşamaq üçün hazırki iş üzrə Cavabdeh və ailə üzvləri yaşamaq üçün gəlmişlər. Cavabdeh 1993-cü il tarixdən onların kəndində yaşayır və istifadəsində 0.08 ha həyat yanı torpaq sahəsi var. Cavabdeh özünə məxsus 0.08 ha torpaq sahəsi olmasına baxmayaraq cavabdeh Bələdiyyənin mülkiyyətində olan 0.10 ha torpaq sahəsini zəbt etmişdir. 0.10 ha torpaq sahəsi Cavabdeh mülkiyyətində olan 0.08 ha torpaq sahəsini birləşik olmuşdur və hal-hazırda zəbt olunmuş torpaq sahəsi Cavabdeh istifadəsindədir. Hazırda cavabdeh ərazini hasarlamışdır və heç bir şəxsin istifadəsinə icazə vermir. İndi isə o dəfələrlə cavabdehǝ Bələdiyyənin mülkiyyətində olan 0.10 ha torpaq sahəsini tələb etdikdə verməkdən imtina edir və onlara bildirirlər ki, " həmin torpaq sahəsi ona məxsusdur." Halbuki Bələdiyyənin şəxsi mülkiyyətində olan 0.10 ha torpaq sahəsi heç bir şəxsin istifadəsinə verilməmişdir. Hal-hazırdada Cavabdeh Bələdiyyəyə məxsus olan 0.10 ha torpaq sahəsindən çıxarılmasını istəyir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərərək, Bərdə rayon Uğurbəyli kənd Bələdiyyəsinin xüsusi mülkiyyətində olan və hal-hazırda zəbt olunmuş 0.16 ha torpaq sahəsindən Cavabdeh çıxarılmasına və dəmir hasarın cavabdehin hesabına sökülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh oğluna qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə caavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qarayusifli Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 1 saylı iclas Protokolundan görünür ki, İddiaçı Uğurbəyli bələdiyyəsinin yeni bələdiyyə sədri seçilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2016-cı il, qeydiyyat nömrəsi ********** olan Seriya RX, №0989606 nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Uğurbəyli kəndində 0.08 ha torpaq sahəsi X1 tam xüsusi mülkiyyələrindədir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dölət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-1679/2022 saylı, 01 iyul 2022-ci il tarixli mülki işi üzrə iddiaçı Bərdə rayon Uğurbəyli bələdiyyəsinin sədri İddiaçı Cavabdeh qarşı "torpaqdan çıxarılma" tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(021)-1679/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. İddiaçının iştirakı ilə cavabdehin istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək, Bərdə rayonu Şirvanlı təsərrüfatının Uğurbəyli kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi və Torpaqların elektron kadastrı uçotu informasiya sistemi (TEKUİS məlumat bazası) ilə müqayisələndirilmiş, məlum olmuşdur ki, Bərdə rayon Uğurbəyli kəndində iddiaçının iştirakı ilə iddiaçının naturada göstərdiyi və Cavabdeh tərəfindən istifadə olunduğunu bildiridiyi həyətyanı torpaq sahəsinin 0.08 ha hissəsi X4 mülkiyyətindədir, 0.16 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Uğurbəyli bələdiyyəsinin naturada göstərdiyi ümumilikdə 0.24 ha həyətyanı torpaq sahəsi bələdiyyə sədri tərəfindən cavabdehin istifadə etdiyi bildirilmişdir. Həmin torpaq sahəsində bir yaşayış evi və iki yardımçı tikililər mövcuddur. İddiaçı tərəfin göstərdiyi torpaq sahəsinin X2 alıb öz ərazisinə birləşdirərək sənədləşdirilməsi barədə elektron məlumat bazasında heç bir məlumat yoxdur. Məhkəmə iş üzrə mütəxəssis rəyini əsas götürərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki, Bərdə rayon Uğurbəyli kəndində Cavabdeh tərəfindən istifadə olunan həyətyanı torpaq sahəsinin 0.16 ha hissəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakı hüquq normalarının tətbiqini zəruri bilir. Məhkəmə qeyd edir ki, bələdiyyə həmin iddianı qaldırmaqda hüquqi əsası vardır. Belə ki, həmin torpaq sahəsi Bələdiyyə mülkiyətində yerləşdiyindən öz torpağının mühafizəsinin təmin olunması onun sübyektiv hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12-ci maddəsinin 3-cü bəndinə əsasən kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Həmin məcəllənin 47-ci maddəsinin 2-ci bəndinə əsaəsn ümumi istifadədə olan torpaqlar, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqları bələdiyyə mülkiyyətinə aid torpaqlar hesab edilir. Həmin məcəllənin 47-ci maddəsinin 7-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Həmin məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-ci maddəsinə əsasən, hüquqdan sui-istifadə aiddir: şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; Qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh Bərdə rayon Uğurbəyli kənd Bələdiyyəsinin mülkiyyətində olan 0.16 ha torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsini hasarladığı dəmir hasar onun vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Bərdə rayon Uğurbəyli kənd Bələdiyyəsinin sədri İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması və hasarın sökülməsi ” tələbinə dair iddiası təmin olunsun. Cavabdeh Bərdə rayon Uğurbəyli kəndində yerləşən zəbt etdiyi bələdiyyə mülkiyyətində olan 0.16 ha torpaq sahəsindən torpaq sahəsindən çıxarılsın və Cavabdeh tərəfindən çəkilmiş hasar onun vəsaiti hesabına sökülsün. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-143/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-143/2023
17.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver