Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1431/2022 26.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, Ərizəçi iştirakları ilə, Ərizəçi Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayonu, Saatlı kəndi ünvanında yerləşən 0.45 ha və 0.08 ha torpaq sahəsinin mirası qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışlar ki, X1nun mülkiyyətində Bərdə rayonu Saatlı kəndi ünvanında yerləşən 0.45 ha və ayrıca 0.08 ha torpaq sahəsi var. 0.45 ha torpaq sahəsinə JN- 0044 KOD-61003028 saylı Torpağın mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. X1 ** sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Dayısı tək qaldığı üçün o və anası X5 onunla birlikdə yaşamışdır. Torpağın verildiyi vaxtdan isə torpaq sahəsini yararlı hala salaraq o və dayısı istifadə etmişlər. Dayısı ilə birlikdə qalan vaxtı o və anası dayısının bütün qayğılarını çəkmiş və bütün tələbatlarını ödəmişlər. Anası 25 may 2010-cu ildə vəfat etmişdir, dayısı isə ** sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Dayısının vəfatından sonra da torpaqdan o, istifadə etmişdir. Dayısı və anası vəfat etdikdən sonra Bərdə rayonu Saatlı kəndində yerləşən 0.45 ha və 0.08 ha torpaq sahəsini miras olaraq o, qəbul etmişdir. İndi isə miras qalmış torpaq sahəsini adına sənədləşdirmək istyəyir. Bununla bağlı X27 Xidmət mərkəzinin notariat ofisinə müraciət etdikdə isə, torpağı adına sənədləşdirməkdən imtina etmişlər. Səbəb isə o, göstərilmişdir ki, mirası qəbul etmə müddəti ötürülmüşdür. X1 vəfat etdikdən sonra Asan Xidmət Mərkəzinin notariat ofisinə müraciət etdiyi vaxt ölümdən 6 ay sonra gəlməsini bildiriblər, lakin ona başa salan olmamışdır ki, o, ərizə yazmalıdır. Buna görə də miras əmlakı qəbul etmə müddəti ötürülmüşdür. Dayısının ondan və mərhumə anasından başqa heç bir yaxın qohumu olmadığı üçün torpaq sahəsinin onun adına sənədləşdirilməsinə heç bir etiraz yoxdur. Bərdə rayonu Saatlı kəndində yerləşən torpaq sahəsinin hal-hazırda onun istifadəsində olmasını Bərdə rayonu, Saatlı kənd ünvanında yaşayan qonşuları və qohumları da təsdiq edə bilərlər. Buna görə də mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsini istəyir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs X27 Xidmət Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərdi ki, Ərizəçi bacısıdır, dayıları X** vəfat etməmişdən əvvəl bacıları Səkinə və anaları Gülüstan Yaqubova ilə birlikdə yaşamışdır, onun bütün qayğısını bacısı və anası çəkmişdir, dayısına Bərdə rayonu Saatlı kəndinə 0.45 ha və ayrıca 0.08 ha torpaq sahəsi verilmişdir, həmin torpaq sahəsini X20ın sağlığında bacısı Səkinə və dayısı özü istifadə etmişlər, dayısı ** sentyabr 2021-ci ildə, anaları isə 25 may 2010-cu ildə vəfat etmişdir, dayısının vəfatından sonra da dayılarından miras qalmış, Bərdə rayonu, Saatlı kəndində yerləşən 0.45 və 0.08 ha torpaq sahəsindən bacısı Ərizəçi istifadə edir, buna görə də dayısından miras qalmış əmlakdan ona düşən paydan bacısı Ərizəçi xeyrinə imtina edir və bu barədə yazılı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərdi ki, Ərizəçi bacısıdır, dayıları X8 Bərdə rayonu Saatlı kəndinə 0.45 ha və ayrıca 0.08 ha torpaq sahəsi verilmişdir, həmin torpaq sahəsini X20ın sağlığında bacısı Səkinə və dayısı özü istifadə etmişlər, dayısı ** sentyabr 2021-ci ildə vəfat etmişdir, dayısının vəfatından sonra da dayılarından miras qalmış, Bərdə rayonu, Saatlı kəndində yerləşən 0.45 və 0.08 ha torpaq sahəsindən bacısı Ərizəçi istifadə edir, buna görə də dayısından miras qalmış əmlakdan ona düşən paydan bacısı Ərizəçi xeyrinə imtina edir və bu barədə yazılı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan JN 0044 KOD 61003028 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 12 nömrəli qəqrına əsasən Bərdə rayonu, Saatlı kənd sakini X6 mülkiyyətinə Bərdə rayonu, Saatlı kəndində 0.45 ha kənd təsərrüfat məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arvix İdarəsinin Bərdə Rayon Dövlət Arxivinin 12 may 2017-ci il tarixli 279 saylı Arxiv arayışının surətindən müəyyən olunur ki, Rayon Dövlət Arxivində 167 saylı fondda mühafizə olunan Bərdə rayon Həsənqaya İnzibati Ərazi Vahidi üzrə Nümayəndəliyinin Saatlı kəndi üzrə ** saylı Təsərrüfatbaşına kitabın 371 saylı şəxsi hesabına əsasən vətəndaş X4 adına təsərrüfatın şəxsi istifadəsində olan torpağın 1990-1995-ci illərdə 0,08 olduğu qeyd olunub. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arvix İdarəsinin Bərdə Rayon Dövlət Arxivinin 27 oktyabr 2021-ci il tarixli 270 saylı Arxiv arayışının surətindən müəyyən olunur ki, Rayon Dövlət Arxivində 152 saylı fondda mühafizə olunan Bərdə rayon Kətəlparaq kənd Sovetliyinin Piyadalar kəndinə aid 1969-1971-ci illər üzrə 6 saylı Təsərrüfatbaşına kitabın 387 saylı şəxsi hesabına əsasən, vətəndaş X4 ailə başçısı olduğu, X2 bacısı olduğu qeyd olunub. İş materiallarında olan AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1979-cu ildə doğulmuşdur. İş materiallarında olan İNE 837138 nömrəli arayışdan müəyyən olunur ki, X14 21 aprel 1941-ci il tarixdə doğulmuşdur, atası X15, anası X9r. İş materiallarında olan AZ-İ 409529 nömrəli arayışdan müəyyən olunur ki, X5 25 may 2010cu ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ 201202 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X** ** sentyabr 2021-ci ildə ölmüşdür. İş materiallarında olan Vİ-JQ 295816 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1979-cu ildə doğulmuşdur, atası X10, anası X3r. İş materiallarında olan Bərdə rayon Həsənqaya kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 219 saylı, 31 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X** vəfat edənə kimi Saatalı kəndində yaşayıb, vəfatından sonra təsərrüfatında onunla birgə yaşayan ailə üzvüləri Ərizəçi qalmışdır. İş materiallarında olan X27 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 637/2022 saylı, 31 mart 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. İş materiallarında olan AZE 15160643 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 14 yanvar 1977-ci ildə Bərdə rayonu, Saatlı kəndində doğulmuş, Bərdə rayonu, Həsənqaya kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 14257094 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 29 dekabr 1977-ci ildə Bərdə rayonu, Saatlı kəndində doğulmuş, Bərdə rayonu, Saatlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 iyul 2022-ci il tarixli, 458-05/13 saylı məktubdan müəyyən olunur ki, X** barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasıya sistemində həmin şəxsə dair yoxlama 23 iyul 2022-ci ilədək aparılmış və ailə üzvülərinə dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli, 927-05/69 nömrəli arayışdan müəyyən olunur ki, Azərbaycan Respublikasının vətəndaşı 21 aprel 1941-ci ildə Bərdə rayon, Saatlı kəndində anadan olmuş X4 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə 21 aprel 1959-cu ildən ** sentyabr 2021-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasıya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 nikah haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, mərhum X8 Bərdə rayonu, Saatlı kəndində 0.45 ha və 0.08 ha torpaq sahəsi verilmişdir. X** ** sentyabr 2021-ci il tarixdə vəfat etmiş, ondan miras qalmış əmlakı faktiki olaraq Ərizəçi qəbul edərək idarə etmişdir. Buna görə də Ərizəçi mirası qəbul etməsi müddəti ötürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi Bərdə rayonu, Saatlı kəndi ünvanında yerləşən 0.45 ha və 0.08 ha torpaq sahəsinin mirası qəbul edilməsi müddəti ötürülməmiş hesab edilərək mirası qəbul etmə faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1431/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1431/2022
26.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver