Məhkəmə qərarları › İş №2(021)-1438/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1438/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1438/2021 13.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı Bərdə rayon Hüseynalılar kənd bələdiyyəsinin sədri İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğvi tələbi bafedə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bərdə rayon Hüseynalılar kənd bələdiyyəsinin sədri İddiaçı Bərdə Rayon Məhkəməsinə vermiş olduğu iddia ərizəsində Cavabdeh ilə Bərdə rayon Hüseynalılar bələdiyyəsi arasında bağlanmış 50 illik icarə müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bərdə rayon Hüseynalılar kənd bələdiyyəsinin sədri İddiaçı məhkəməyə 07 aprel 2021-ci il tarixdə ərizə verərək sənədlərinin hazırlıq iclasından özünə qaytarılmasını xahiş etmişdir. İddiaçı Bərdə rayon Hüseynalılar kənd bələdiyyəsinin sədri İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin materialları nəzərədən keçirib, İddiaçı Bərdə rayon Hüseynalılar kənd bələdiyyəsinin sədri İddiaçı ərizəsini müzakirə edib, hesab edir ki, ərizə Azərbaycan Respublikası MPMnin 170.1 -ci maddəsinin tələbinə əsasən ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1 -ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261-0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bərdə rayon Hüseynalılar kənd bələdiyyəsinin sədri İddiaçı qaytarılsın. Cavabdeh qarşı icarə müqaviləsinin ləğvi tələbinə dair vermiş olduğu iddia ərizəsi iddiaçı Bərdə rayon Hüseynalılar kənd bələdiyyəsinin sədri İddiaçı qaytarılsın. Qərardadan 10 gün müddətində abaərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar