Məhkəmə qərarları › İş №2(021)-1439/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1439/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1439/2021 13.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Bərdə rayon Hüseynalılar kənd Bələdiyyəsinin sədri İddiaçı Cavabdeh qarşı qarşı "icarə müqaviləsinin ləğv edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bərdə rayon Hüseynalılar kənd Bələdiyyəsinin sədri İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh ilə keçmiş Qaradırnaq bələdiyyəsi arasında bağlanmış 50 illik icarə müqaviləsinin ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Bərdə rayon Hüseynalılar kənd Bələdiyyəsinin sədri İddiaçı oğlu məhkəməyə ərizə ilə müraciət edərək, aralarında razılıq əldə olunduğuna görə sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının ərizəsini nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Bərdə rayon Hüseynalılar kənd Bələdiyyəsinin sədri İddiaçı Cavabdeh qarşı qarşı "icarə müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar