Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1443/2024 03.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X22 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) Maraqlı şəxs olmaqla, “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1940-cı il tarixdə Bərdə rayonu Cəyirli kəndində anadan olmuş, mərhum X4 doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə, atasının X15, anasının X16 olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X11 onun doğma atasıdır və mərhum atası X11 ilə anası X6 birgə nikahından doğulmuşdur. X25 1940-cı il tarixdə Bərdə rayonu Cəyirli kəndində anadan olmuş, ölənə qədər Bərdə rayonu Cəyirli kəndində yaşamış və 27 oktyabr 2004-cü il tarixdə kardiogen şok xəstəliyindən ölmüşdür. Atası Maarif X1 və X10 birgə nikahlarından doğulmuşdur və atası X15, anası isə X12r. Mərhum atası X4 fərdi uçot kartoçkasında 1940-cı ildə Bərdə rayonu Cəyirli kəndində anadan olması, atasının X15, anasının isə X16 olması göstərilmişdir. Bərdə Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 23 nömrəli məktubunda göstərilmişdir ki, Rayon Dövlət Arxivində 71 saylı fondda mühafizə edilən Bərdə rayonu Güloğlular kənd Sovetliyinin Cəyirli kəndi üzrə 1977-1979-cu illərə aid 9 saylı Təsərrüfatbaşına kitabın 712 saylı şəxsi hesabına əsasən vətəndaş X4 ailə başçısı olduğu və 1940-cı ildə anadan olduğu, X10 anası olduğu, X6 arvadı olduğu təsdiq olunub. Atasının doğum haqqında şəhadətnaməsinin olubolmamasını, itməsini və ya məhv olmasını dəqiq bilmir. Maraqlı şəxs elektron bazasında da atasının doğum haqqında şəhadətnaməsi aşkar edilməmişdir. Odur ki, atasının doğum haqqında şəhadətnaməsi olmadığına görə bu günə qədər qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və X10 anası olmasını müəyyən edə bilməmişdir. Doğum haqqında akt qeydinin əldə edilməsi üçün çalışsa da doğum haqqında akt qeydini əldə edə bilməmişdir. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxsndə anasının doğumu barədə şəhadətnamənin bərpa edilməsindən imtina edilərək, xx.xx.2024-cü il tarixli 3-16-5\8-15-99\2024 nömrəli arayışla bildirilmişdir ki, mərhum atası X4 doğum haqqında akt qeydi şöbənin arxivində aşkar edilməmişdir. Maraqlı şəxs doğum akt qeydinin bərpa edilməsi üçün ona aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Göstərilən səbəbdən mərhum atası X4 doğum haqqında akt qeydinin müəyyən edilməsini başqa yolla əldə edə bilmir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə Bərdə rayonu Cəyirli kəndində anadan olmuşdur, Bərdə rayonu Cəyirli kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli 193 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Cəyirli kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 sentyabr 2024-cü il tarixli 935 nömrəli arayışdan görünür ki, X11 20 oktyabr 2004-cü il tarixdə Bərdə rayonu Cəyirli kəndində vəfat etmiş və Cəyirli kənd qəbristanlığında dəfn edilmişdir. Onun anası həqiqətən X12r. Maraqlı şəxs tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi xx xxxxxxxx 1971-ci ildə Bərdə rayonu Cəyirli kəndində anadan olmuşdur, “ata” qrafasında atası kimi X11, “ana” qrafasında anası kimi X13 qeyd edilmişdir. 19 noyabr 1963-cü ildə verilmiş НЗ ******* nömrəli Hərbi biletin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 1940-cı ildə Azərbaycan SSR Bərdə rayon Güloğlular kənd sovetliyinin Cəyirli kəndində doğulmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli arayışdan görünür ki, X13 28 iyul 2023-cü ildə ölmüşdür. Bərdə rayon Güloğlular kənd İƏV üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 2008-ci il tarixli AZ-İ 285274 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2008-ci ildə ölmüşdür. Bərdə rayon Güloğlular kənd İƏV üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 02 noyabr 2004-cü il tarixli AZ-İ 110718 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2004-cü ildə ölmüşdür. Bərdə Rayon Dövlət Arxivinin 29 fevral 2024-cü il tarixli 23 nömrəli məktubundan görünür ki, rayon Dövlət Arxivində 71 saylı fondda mühavizə edilən Bərdə rayon Güloğlular kənd sovetliyinin Cəyirli kəndi üzrə 1977-1979-cu illərə aid 9 saylı Təsərrüfatbaşına kitabın 712 saylı şəxsi hesablarına əsasən X4 ailə tərkibi: 1905-ci il təvəllüdlü X7, 1942-ci il təvəllüdlü X5, 1959-cu il təvəllüdlü X8, 1966-cı il təvəllüdlü X2, 1968-ci il təvəllüdlü X3 və 1971-ci il təvəllüdlü Ərizəçi ibarətdir. Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış 26 fevral 2024-cü il tarixli 3-16-5/8-xxxx/2024 saylı məktubdan görünür ki, Ərizəçi mərhum atasının doğum akt qeydi şöbənin arxivində aşkar edilməmişdir. Maraqlı şəxs akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Maarif Paşayev 1940-cı ildə Bərdə rayonu Cəyirli kəndində anadan olmuş, 27 oktyabr 2004-cü ildə ölmüşdür. Məhkəmə iclasında iş materiallarında olan sənədlərlə Maarif Paşayevin 1940-cı ildə Bərdə rayonu Cəyirli kəndində anadan olması, atasının Ələkbər Paşayev və anasının X16 olması öz təsdiqini tapmışdır. İddiaçı 1940-cı ildə Bərdə rayonu Cəyirli kəndində anadan olmuş X4 atasının X15 olduğunu qeyd etsə də, Ələkbər Paşayevin ata adının Paşa olması barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Ərizəçinin təqdim etdiyi, hansı orqan tərəfindən verildiyi məlum olmayan kserosurətdə mərhum X4 atasının X15 olduğu göstərilsə də, həmin kağız parçası kserosurət olduğuna və lazımi qaydada təsdiq edilmədiyinə görə məhkəmə tərəfindən sübut kimi qiymət verilməmişdir. Bu, həm də qanunvericiliyin aşağıda istinad edilən tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 89-cu maddəsiniun tələbinə görə, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır (maddə 89.1). Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir (maddə 89.3). MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X4 1940-cı ildə Bərdə rayonu Cəyirli kəndində anadan olması, atasının Ələkbər Paşayev, anasının X16 olması faktı ərizəçinin məhkəmə iclasında verdiyi izahatı və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə qismən təmin edilməli, X4 1940-cı ildə Bərdə rayonu Cəyirli kəndində anadan olması, atasının Ələkbər Paşayev, anasının X16 olması faktı müəyyən olunmalıdır. Mübahisənin gerçək hallarından görünür ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə sosial məsələlərin həll olunması üçün lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə qismən təmin edilisin. X4 1940-cı ildə Bərdə rayonu Cəyirli kəndində anadan olması, atasının Ələkbər Paşayev, anasının X16 olması faktı müəyyən müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-1443/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1443/2024
03.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver