Məhkəmə qərarları › İş №2(021)-1444/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1444/2024

26.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1444/2024 26.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Ərizəçi İsmayıl qızının, Maraqlı şəxs Quliyev İlkin Raxavət oğlunun iştirakları ilə, Ərizəçi İsmayıl qızının maraqlı şəxslər Maraqlı şəxs2, Quliyev İlkin Raxavət oğluna və Maraqlı şəxs1na qarşı "mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı" barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi İsmayıl qızı maraqlı şəxslər Maraqlı şəxs2, Quliyev İlkin Raxavət oğluna və Maraqlı şəxs1na qarşı "mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı " barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi İsmayıl qızı ərizə təqdim edərək, ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Maraqlı şəxs Quliyev İlkin Raxavət oğlu ərizənin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişsə də, digər maraqlı şəxslərin nümayəndəsi gəlməmişdir. Məhkəmə nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə hesab edir ki, ərizə və əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 saylı 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında qeyd olunur ki: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1- 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”; Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. MPM-in 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Ərizəni nəzərə alan məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, Ərizəçi İsmayıl qızının maraqlı şəxslər Maraqlı şəxs2, Quliyev İlkin Raxavət oğluna və Maraqlı şəxs1na qarşı "mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı" barədə ərizəsi və əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Vəsatət təmin edilsin. Ərizəçi İsmayıl qızının maraqlı şəxslər Maraqlı şəxs2, Quliyev İlkin Raxavət oğluna və Maraqlı şəxs1na qarşı "mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı" barədə ərizəsi və əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçi Maraqlı şəxs2 tərəfindən ödənilmiş dövlət rüsumu 100 manat vəsait geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar