Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1447/2021 28.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibiBayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Ramiz qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 Müseyib qızına qarşı birgə nikah dövründə gəlin ködüyü evə köçürülmə tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı qızı cavabdehlər X2 və Cavabdeh2 Müsyib qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 dekabr 2016-cı il təvəllüdlü X1 ilə birlikdə birgə nikah dövründə gəlin köçdüyü evin həyətində tikdirdikləri evə küçrülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Ramiz qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 oğlu ilə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahlarından 07 dekabr 2016-cı il təvəllüdlü X1 adlı bir uşaqları anadan olmuşdur. Nikahları Bərdə Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. O, cavabdehgilə gəlin köçmüşdür, sözügedən evin həyətində ev tikmişlər. Cavabdehlər orda yaşamağına imkan vermişlər. Belə ki, boşandıqdan sonra da sözügedən evdə yaşamışdır. Axırda onu bezdirmişlər və 2020-ci ilin noyabr dekabr aylarında evdən çıxmışdır. Hal-hazırda yaşamağa yeri yoxdur, ona görə də hesab edir ki, gəlin köçdüyü evin həyətində tikdirdikləri evə köçürülərək yaşamağında dair qətnamə qəbul edilməsi zəruridir, uzun müddət övladı ilə birlikdə orada yaşamışdır. Amma indi cavabdehlər yaşamağa imkan vemir. Övladı da sözügedən evdə dünyaya gəlib, orada qeydiyyatdadır, Amma onu zorla evdən çıxardıblar, hal-hazırda valdeynlərinin yanında yaşayır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Müsyib qızı iddianı qəbul etməyərək, izahatlarında göstərdilər ki, iddiaçı İddiaçı Ramiz qızı özü evdən çıxıb getmişdir, onu heç kim qovmamışdır. Məhkəmə qətnaməsi ilə rəsmi olaraq boşanmışlar, bir uşağın saxlanılması üçün aliment ödənilir. Həmçinin iddiaçının qeyd etdiyi ev başqa şəxsə məxsusdur. İddiaçının həmin evə gəlib yaşaması qeyri mümkündür. 2020-ci ildə cehiz əşyalarını da evdən çıxartmışdır. İddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 25 avqust 1990-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayonu, Otuzikilər kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 175 nömrəli, 17 mart 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Otuzikilər kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ052759 nömrəli, 14 oktyabr 2015-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikah 11 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan AZ-İİİ № 899116 saylı 05 yanvar 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahından 07 dekabr 2016-cı il təvəllüdlü X1 doğulmuşdur. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18.AZ-İ 375112 nömrəli, 21 may 2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 Arif oğlu ilə İddiaçı arasında olan nikah pozulmuşdur. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə cavabdeh X5 2015-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından bir uşaqları anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah 2018-ci ildə məhkəmə qaydasında pozulmuşdur. İddiaçı həmin evdə yaşasa da Cavabdeh1 ilə aralarında bağlanmış nikah pozulduqdan sonra həmin yaşayış evindən çıxarılmışdır. Həmçinin fərdi yaşayış evi isə başqa şəxsə məxsusdur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən 04 dekabr 2012-ci il tarixdə verilmiş fərdi yaşayış evinin texniki pasportundan müəyyən edilir ki, Bərdə rayonu Qarağacı kəndindəki mübahisəli torpaq sahəsi və fərdi ev cavabdehlərin deyil, X4 istifadəsində və sahibliyindədir. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçı tərəfindən mübahisəli evə köçürülmə tələbi irəli sürülsə də, iddia ərizəsində fərdi yaşayış evinin sahibi olan X6 cavabdeh kimi göstərilməmişdir. Ona görə də, həmin hissədə iddia buna cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüşdür. Mənzilə köçürülmə tələbinə dair məhkəmə qeyd edir ki, bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Yəni onun mübahisəli mənzilə istifadə hüququ mövcud olmalıdır ki, köçürülmə üçün əsas olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərini və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarını rəhbər tutaraq və iddiaçının 2016-cı ildə mübahisəli evə köçdüyünü, yəni tərəflər arasında hüquq münasibətlərinin 2009-cu il oktyabrın 1-dən sonra yarandığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüquqlarının yaranıb-yaranmadığı məsələsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları ilə tənzimlənir. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələblərinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Lakin iddiaçı mübahisəli mənzilin mülkiyyətçisinə münasibətdə həmin şəxslərə aid deyildir. Ona görə də, Mənzil Məcəlləsinin tələbləri baxımından da onun mübahisəli mənzilə istifadə etmək hüququ yaranmamışdır. Belə olan halda isə iddiaçının mübahisəli mənzilə köçürülməsi üçün əsaslar mövcud deyildir. Ona görə də, iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Hazırkı işdə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini sübuta yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırkı işdə Bərdə rayonu Qarağacı kəndindəki mübahisəli torpaq sahəsində iddiaçı və cavabdeh tərəfindən hər hansı fərdi yaşayış evinin tikilməsi və iddiaçının həmin evə köçürülməsinə hüquqi əsasların olmasını təsdiq edə biləcək hər hansı sübut mövcud deyil. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü madəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlər həmin fərdi yaşayış evinin mülkiyyətçisi deyil, hazırkı iddiaya cavab verməli olan şəxslər olmadıqlarına görə İddiaçı Ramiz qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə barədə iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı Ramiz qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Müseyib qızına qarşı birgə nikah dövründə gəlin köçdüyü evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1447/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1447/2021
28.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver