Məhkəmə qərarları › İş №2(021)-1449/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1449/2023

23.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1449/2023 23.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclas katibi X5, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər X22 Xidmət Mərkəzində Notariat Kontoruna və Maraqlı şəxs2 qarşı mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək miras qoyan 02 mart 2022-ci il tarixdə vəfat etmiş atası X3 mirasın onun tərəfindən qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsinə və onun miras açıldığı gündən onun tərəfindən qəbul edilməsi faktının müəyyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ailələri Laçın rayonundan olan məcburi köçkün kimi *992-ci ildən hal-hazıradək Bərdə rayonu Otuzikilər kənd i.ə.d-nin Vəliuşağı məcburi köçkün qəsəbəsində məskunkaşıb yaşayıbdır. X2 08 sentyabr 20*5-ci ildə, atası X6 isə 02 mart 2022-ci il tarixdə Bərdə rayonu Otuzikilər kənd i.ə.d-nin Vəliuşağı məcburi köçkün qəsəbəsində vəfat etmiş və həmin qəsəbədə dəfn olunmuşlar. Ailədə cəmi 2 (iki) uşaq olmuşdurlar, o və *992-ci ildə anadan olmuş bacısı Hüseynova (Alıyeva) Türkanə Məhəmməd qızı. Atasının vəfatından sonra ondan miras olaraq daşınmaz əmlak qalmasa da, miras olaraq daşınar əmlaklar, o cümlədən də 3 ədəd, 37 qram çəkidə, cəmi 3788,23 manat dəyərində qızıl-zinət əşyaları - * ədəd boyunbağı, * ədəd komplekt və * ədəd nişan üzüyü qalmışdır. Atası vəfat edən günədək onunla birlikdə yaşadığından onun dəfn və yas mərasimi də onun tərəfindən təşkil edilərək keçirilmiş, ondan miras qalmış daşınar əmlaklar da miras kimi onun tərəfindən qəbul edilərək onlara o, sahiblik etmiş, onları istifadə etmişdir, hazırda da onlara sahiblik və idarə edir. Atasından miras qalmış daşınar əmlaka sahiblik və istifadə etməyi ilə əlaqədar digər vərəsə olan bacısı Türkanə Əliyeva ilə onun arasında heç vaxt ixtilaf olmamışdır, indi də yoxdur. Odur ki, atasının bankda girovluqda olan 3788,23 manat dəyərində miras qızıl-zinət əşyalarına görə banka qalmış *598 manat kredit borcu da tam olaraq onun tərəfındən ödənilmişdir. Belə ki, atası ilə "Bank Respublika” ASC-nin Bərdə filialı arasında bağlanmış 06 oktyabr 202*-ci il tarixli, 2806*02*-**5*2930* nömrəli kredit müqaviləsinə əsasən bank atasına illik 30 % dərəcəsi ilə *8 ay müddətinə - 06 apre 2023-cü il tarixədək 2000 manat kredit vermiş, faizlə birlikdə atası banka 2509,23 manat pul ödəməli idi. Kreditİn təminatı olaraq atası ilə bank arasında 06 oktyabr 202*-ci il tarixli 28*5*2930* saylı Girov müqaviləsi də bağlanaraq atası tərəfindən yuxarıda göstərdiyi 3 adda qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. Atası vəfat edən günə kimi onun həmin kredit müqaviləsi üzrə banka borcu *598 manat olmuş və bu borc qalığı onun tərəfındən *0 ay ərzində hər ay *50 manat, sonuncu dəfə isə 03 fevral 2023-cü ildə 98 manat ödəniş edilməklə qurtarmışdır. Lakin bank atasının girov qoyduğu qızıl-zinət əşyalarını onun vərəsəsi kimi ona qaytarmaqdan imtina edir, səbəb kimi bildirir ki, o, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim etməlidir. O, Qanun üzrə Vərasəlik hüququ haqqında şəhadatnamə almaq üçün aidiyyatı üzrə Bərdə Regional "ASAN-Xidmət” Mərkəzində Notariat ofisinə müraciət etmişdir. Həmin ofis tərəfindən ona verilmiş 08 fevral 2023-cü il tarixli, 35*/2023 saylı cavabla bildirilmişdir ki: "Azərbaycan Respublikası Mülki Məcəlləsinin *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində miras qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Siz mirasın qəbulu üçün qanunla müayyan edilmiş müddəti ötürmüşünüz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *248.*-ci maddəsinə əsasən mirasın qabul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Məhkəmə iclasında Ərizəçiərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs X22 Xidmət Mərkəzində Notariat Kontoruna və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Maraqlı şəxs2 izahatında göstərmişdir ki, valdeyinlərindən miras qalmış əmlakı Ərizəçi qəbul edərək, bu vaxta qədərdə idarə edir, ərizənin təmin edilməsinə heç bir etirazı yoxdur. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA *450647 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxx *989-cu ildə doğulmuşdur. İş materiallarında olan XİV-JQ 340597 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxx *989-cu ildə doğulmuşdur, atası X7, anası X8r. İş materiallarında olan Qaçınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bərdə rayonu bölməsi tərəfindən verilmiş 326 nömrəli, 06fevral 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Vəliuşağı kəndində müvəqqəti məskunlaşıb. İş materiallarında olan AA *53698 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs2 Laçın rayonundan məcburi köçkündür. İş materiallarında olan AA 346339 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Laçın rayonundan məcburi köçkündür. İş materiallarında olan *0 aprel 2023-cü il tarixli, AZ-İİ 735692 nömrəli arayışdan müəyyən olunur ki, X*2 08 sentyabr 20*5-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ 248307 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 02 mart 2022-ci ildə ölmüşdür. İş materiallarında olan 06 oktyabr 202*-ci il tarixli, 2806*02*-**5*230* nömrəli kredit müqaviləsinin surətindən müəyyən olunur ki, X9 "xxxx" ASC-nin Bərdə filialından kredit götürmüşdür. İş materiallarında olan girov müqaviləsindən və əmlakın qiymətləndirilməsi aktının surətindən müəyyən olunur ki, X7 "xxxx" ASC-nin Bərdə filialından götürdüyü kreditin təminatı olaraq * ədəd boyunbağı, dəsd, * ədəd nişan üzüyü, cəmi 3788.23 manat dəyərində qızıl əşyalarını girov qoymuşdur. İş materiallarında olan 23 nömrəli, *0 iyun *992-ci il tarixli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X4 23 aprel *992-ci ildə doğulmuşdur, atası X7, anası X8r. İş materiallarında olan ** saylı, 07 sentyabr *988-ci il tarixli nikahın bağlanması haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X7 və X*2 rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarında ollan 35 saylı, 03 iyul *989-cu il tarixli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, Ərizəçi 03 iyul *989-cu ildə doğulmuşdur, atası X7, anası X8r. İş materiallarında olan X22 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 35*/2023 saylı, 08 fevral 2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, mərhum X* miras qalmış əmlak vardır. Həmin əmlak faktiki olaraq Ərizəçi tərəfindən miras kimi qəbul edilərək, idarə edilmişdir. Buna görə də Ərizəçi tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülməmiş hesab edilməklə, mirasın qəbul edilməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 2*3-2*4, 2*6-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən mərhum atası X* qalmış əmlakın miras əmlak kimi qəbul edilməsi faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar