Məhkəmə qərarları › İş №2(021)-1476/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1476/2022

22.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1476/2022 22.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qızına qarşı evdən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan Bərdə rayon Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X2 məhkəməyə ərizə ilə müraciət edərək, ərizənin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Ərizəni nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı X1 Cavabdeh qızına qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və ərizəyə əlavə olunmuş sənədlər ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268- ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı X1 Cavabdeh qızına qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar