Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-148/2024 23.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nicat Sayat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 02 iyuun *959-cu ildə Ağdərə rayon, Çərəktar kəndində anadan olması, atası X5, anası isə X4 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx *959-cu ildə Ağdərə rayon, Çərəktar kəndində anad olmuşdur, atası X6, anası isə X2r. Atası 30 avqust 2007-ci il tarixdə, anası isə *2 sentyabr 2008-ci il tarixdə vəfat etmişdir. O, anadan olduğu zaman valideynləri ona doğum haqqında şəadətnamə almışlar. O, həmin doğum haqqında şəhadətnamə ilə orta məktəbə getmişdir. Daha sonra doğum haqqında şəhadətnamə ilə şəxsiyyət vəsiqəsi almışlar. Lakin naməlum səbəblərdən o, doğum haqqında şəadətnaməsini itirmişdir və heç zaman yenidən bərpa etməmişdir. Hal-hazırda ondan bir çox sənədlərin hazırlanmasında doğum haqqında şəhadətnaməsini tələb edirlər, doğum haqqında şəhadətnaməni itirdiyi üçün sənədlərin hazırlanmasında bir çox problemlər yaranır. Hal-hazırda ona doğum haqqında şəhadətnamə lazımdır. O, bununla bağlı Maraqlı şəxsnə müraciət etmişdir, orda isə ona bildirirlər ki, doğum akt qeydi ilə əlaqədar sənədlər Ağdərə rayonunda qaldığı üçün Qeydiyyat şöbəsində heç məlumat yoxdur və bunun üçündə məhkəməyə müraciət etməyini məsləhət gördülər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, ərizəçi bacısıdır. Bacısı Ərizəçi xx xxxx *959-cu ildə Ağdərə rayonunda doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, əriəzçi Ərizəçi bacısıdır, bacısı Ağdərə rayonunda doğulub, lakin doğum haqqında şəhadətnaməsi olmadığından sənədləşmə işlərini apara bilmir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx *959-cu ildə Ağdərə rayonun da doğulmuşdur, Bərdə şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE *74*3072 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 2* oktyabr *967-ci ildə Bərdə rayonunda doğulmuşdur, Kəlbbəcər rayonu, Züfüqarlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 08935604 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 *6 may *96*-ci ildə Ağdərə rayonunda doğulmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 30 noyabr 2023-cü il tarixli, AZ-İ 300048 nömrəli arayışdan müəyyən olunur ki, X*0 07 sentyabr 2008-ci ildə ölmüşdür. İş materiallarında olan 30 may 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X4 27 avqust 207-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-*3*5920 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 2* oktyabr *967-ci ildə doğulmuşdur, atası X9, anası X2r. İş materiallarında olan Bərdə rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli, 3-*6-5/8-*5-280/2023 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, ərizəçi X* 02 iyuun *959-cu ildə doğulması, atası X6, anası X4 olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X* 02 iyuun *959-cu ildə Ağdərə rayonu Çərəktar kəndində doğulması, atası X6, anası X4 olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-148/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-148/2024
23.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver