Məhkəmə qərarları › İş №2(021)-1488/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1488/2022

04.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1488/2022 04.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs X16 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “vərəsəlik hüququnun tanınması” faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: Ərizəçi maraqlı şəxs X16 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, əri X17 rayon Apout kəndində qaynanası X4 adına qeydə alınmış, 0,04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1974-cü ildə tikilmiş fərdi yaşayış evinə,yəni qanun üzrə vərəsəlik hüququ əsasında anasına məxsus miras əmlaka sahiblik etmiş və həmin əmlakı idarə etmiş, xx.xx.2021-il tarixdə vəfatından sonra isə hal-hazırda miras əmlakın onun sahibliyində və idarəçiliyində olmasını nəzərə alıb, əri X7 qanun üzrə vərəsəlik hüququmun tanınması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Alpout kənd sakinidir. Bərdə rayon Alpoud kənd sakini, qaynanası X8 xx.xx.1993-cü ildə ölmüşdür. Xanış Qasımovanın övladı X11 ilə ailə həyatı qurmuş, xx.xx.1994-cü ildə nikahları rəsmən qeydiyyata alınmışdır. Azay Qasımov ilə birgə yaşayış dövründə övladları olmamışdır. Uzun illər həyat yoldaşı Azay Qasımovla birgə yaşamış, xx.xx.2021-ci ildə Azay vəfat etmişdir. Bərdə rayon Alpout kəndində qaynanası X4 adına Bərdə rayon X13 1983-1985-ci illərə aid Alpoud kəndi üzrə 2 saylı Təsərrüfatbaşına kitabda 0,04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1974-cü ildə tikilmiş fərdi yaşayış evi qeydə alınmışdır. Həyat yoldaşı sağlığında anasının adına qeydə alınmış, Təsərrüfatbaşına kitabda 0,04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1974-cü ildə tikilmiş fərdi yaşayış evi vərəsəlik qaydasında adına rəsmiləşdirməmişdir. Həyat yoldaşı Azay Qasımov xx.xx.2021ci ildə vəfat etdiyindən, o, isə vaxtında Bərdə regional "Asan Xidmət” mərkəzinə müraciət edib vərəsəlik şəhadətnaməsi almadığından problemlərlə üzləşmişdir. Belə ki, həyat yoldaşının yeganə qanun üzrə vərəsəsi olaraq yuxarıda qeyd edilən miras əmlakı adına rəsmiləşdirə bilmir. Yəni ondan vərəsəlik şəhadətnaməsi tələb olunur. “Asan Xidmət" mərkəzi isə Şəhadətnamə verməkdən imtina edir, məhkəməyə müraciyət etməsi tövsiyyə edilir. Həmçinin qeyd etmişdir ki, birgə nikah dövründə və həyat yoldaşı Azay Qasımovun ölümündən sonra Bərdə rayon Apout kəndində qaynanası X4 adına qeydə alınmış, 0,04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1974-cü ildə tikilmiş fərdi yaşayış evinə, yəni miras əmlaka faktiki olaraq sahiblik edir və həmin əmlakı mən idarə edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs X16 Xidmət Mərkəzi Notariat Ofisinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılaraq qanuni qərara qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 187 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Alpoud kəndində yaşayır. İş materiallarına əlavə olunmuş İJ № 149471 saylı Doğum haqqında şəhadətnamənin noytarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.1938ci ildə anadan olmuşdur. X12, anası X5r. İş materiallarına əlavə olunmuş Vİ-JQ №44**09 Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 ilə X2 xx.xx.1994-cü ildə Bakı şəhər Xətai rayon VVAQ Şöbəsində 1043 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ №229371 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ №248328 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş X16 Xidmət Mərkəzi Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 550/2022 saylı məktubdan görünür ki, Ərizəçi X16 Xidmət Mərkəzi Notariat Ofisinə müraciət etmişlər, lakin miras əmlaka dair ona çatası məcburi paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün iddia müddətini buraxıldığından imtina edilərək məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. İş materiallarına əlavə olunmuş Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 321 saylı Arxiv Arayışında qeyd olunmuşdur ki, Rayon Dövlət Arxində 78 sayılı fondda mühafizə edilən Bərdə rayon X10 1983-1985-ci illərə aid Alpoud kəndi üzrə 2 saylı Təsərrüfatbaşına kitabın 155 saylı şəxsi hesabına əsasən vətəndaş, X4 adına olan torpağın 0,04 olduğu, yaşayış evinin 1974-cü ildə kərpicdən tikildiyi, dam örtüyünün şiferdən olduğu qeyd edilib. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin məhkəmə tərəfindən verilmiş sorğuya xx.xx.2022-ci il tarixli 22462**01980 saylı cavab məktubdan görünür ki, X7 və X4 adına daşınmaz əmlakın dövlət kadastrı və reyestrində əmlak qeydiyyata alınmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəməyə müraciət etmək üçün 1** manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, mərhum X11 ilə Ərizəçi xx.xx.1994cü il tarixdə nikah bağlamışlar. Azay Qasımov xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X16 Xidmət Mərkəzi Notariat kontoru ərizəçi tərəfindən mirasın qəbulu üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş altı aylıq müddət ötürülməklə müraciət edildiyindən, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda Ərizəçi mərhum əri Azay Qasımovun anası X4 0,04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1974-cü ildə tikilmiş fərdi yaşayış evinə vərəsəlik hüququnun tanınması üçün mirasın qəbul edilməsi faktını təsdiq olunması üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, ərizəçi mərhum X7 və X1 mülkiyyət hüququ əldə etdiyi daşınmaz əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlakının olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsiə sorğu verilmiş və məlum olmuşdur ki, X7 və X4 adına daşınmaz əmlakın dövlət kadastrı və reyestrində əmlak qeydiyyata alınmamışdır. Buna görə də məhkəmə hesab edir ki ərizə əsasızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununlada mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilməsin. Ödənilmiş 1** manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar