Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1489/2022 08.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçılar Ərizəçi1 Müseyib oğlunun, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ” barədə iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar Ərizəçi1 Müseyib oğlu, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Komissiyasının 15.12.1997-ci il tarixli 12 saylı qərarı ilə verilmiş JN 034A KOD 61003028 saylı şəhadətnamənin etibarsız hesab edilməklə 15.12.1997-ci il tarixli 12 saylı qərarı ilə 0.23 ha həyətyanı torpaq sahəsinin naturada tanınaraq onların mülkiyyətinə verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı ərizə forma və məzmun baxımından Azərbaycan Respublikası MPM-in tələblərinə riayət edilmədən tərtib olunmuşdur. Belə ki, məhkəmə qeyd edir ki, tələb xüsusi icraat qaydasında baxılan işlərə dair olduqda ərizəçinin və maraqlı şəxsin , iddia icraatı qaydasında baxılan işlərə dair olduqda isə iddiaçı və cavabdehin iştirakı ilə baxılır, Bundan başqa ərizə mahiyyət baxımından aydın deyil, belə ki, iddia ərizəsinin giriş hissəsində JN 034A KOD 61003028 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamədə texniki səhvə yol verildiyinə görə həmin səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etdikləri və şəhadətnamədə düzəliş edilməsindən həmin orqanın imtina etdiyi qeyd olunmuş, xahiş etdi hissədə isə şəhadətnamənin etibarsız hesab edilməsi , torpaq sahəsinin naturada tanınaraq onların mülkiyyətinə verilməsi xahiş olunmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, iddia ərizəsi digər iddiaçılar adından Ərizəçi1 Müseyib oğlu tərəfindən imzalanmış, lakin Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 , Ərizəçi6 tərəfindən Ərizəçi1 Müseyib oğluna “iddia ərizəsinin imzalanması” səlahiyyətinin verilməsi barədə etibarnamə əlavə olunmamış, iddia ərizəsinə əlavə olunmuş etibarnamə surətində isə ona verilmiş səlahiyyətlər sırasında “iddia ərizəsinin imzalanması” səlahiyyətinin verildiyi göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki hazırkı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçılar Ərizəçi1 Müseyib oğlunun, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ” barədə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar Ərizəçi1 Müseyib oğlunun, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 , Ərizəçi6 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ” barədə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1489/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1489/2022
08.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver