Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1491/2025 22.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X19 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) maraqlı şəxslər X11 və Maraqlı şəxs olmaqla, “Doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayonu Mustafaağalı kəndində doğulmuş övladı-xx.xx.2018-ci il təvəllüdlü X2 doğum faktının qeyd edilməsinə, doğum haqqında şəhadətnamənin “ata” qrafasında X11, “ana” qrafasında isə Ərizəçi kimi qeyd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X11 ilə ailə həyatı qurmuş, nikahları xx.xx.2015-ci ildə rəsmən qeydiyyata alınmışdır. Birgə yaşayış dövründə iki övladları dünyaya gəlmişdir. İlk övladı X5 xx.xx.2015-ci il təvəllüdlüdür. İkinci övladı xx.xx.2018-ci il tarixdə doğulmuş, onun şərti adı X3r. Övladları doğum evində dünyaya gəlmədiyindən ona doğum haqqında şəhadətnamə ala bilməmişlər. Bu səbəbdən problemlərlə üzləşmiş, bu səbəbdən övladını məktəbə göndərə bilmir. Bununla bağlı Maraqlı şəxsnə müraciət edilmiş, Qeydiyyat Şöbəsi 43-05/15 saylı, xx.xx.2022-ci il tarixli məktubla onlara bildirilmişdir ki, bununla əlaqədar məhkəməyə müraciət etməlidir. Odur ki, Bərdə rayonu Mustafaağalı kəndində doğulmuş övladı - xx.xx.2018-ci il təvəllüdlü X2 doğum faktının qeyd edilməsinə, doğum haqqında şəhadətnamənin “ata” qrafasında X11, “ana” qrafasmda isə Ərizəçi kimi qeyd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs X11 göstərdi ki, ərizəçi X8 arvadıdır. Sonuncu ilə xx.xx.2015-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə X5 və xx.xx.2018-ci il təvəllüdlü X9 adlı iki övladları anadan olmuşdur. İkinci övladları xx.xx.2018-ci il təvəllüdlü X9 doğum evində deyil, ev şəraitində doğulduğundan ona doğum haqqında şəhadətnamə almamışlar. Bu səbəbdən arvadı X8 məhkəməyə ərizə ilə müraciət etmişdir. Övladları doğulan ərəfədə müəyyən problemlər və çətinliklər olduğundan doğulmuş övladına doğum haqqında şəhadətnamə almaq yadlarından çıxmışdır. Sonra isə artıq müddəti ötürmüşlər. Hazırda övladlarının 7 yaşı var və məktəbə getməsi üçün ona doğum haqqında şəhadətnamə zəruridir. Ərizənin təmin olunmasına etiraz etmir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X6 göstərdi ki, ərizəçi X8 gəlinləridir. X11 isə qardaşıdır. Qardaşı ərizəçi X8 ilə xx.xx.2015-ci ildə ailə qurmuş, birgə nikahlarından iki övladları doğulmuşdur. Lakin kiçik övladlarına doğum haqqında şəhadətnamə almamışlar və bu səbəbdən də məhkəməyə müraciət etmişlər. Ərizəçinin övladının adı Kənandır, 7 yaşı var. 7 yaşlı Kənanın atası X7r. Məhkəmə iclasında şahid qismində izahat verən X12 göstərdi ki, ərizəçi X8 gəlini, X11 isə oğludur. Oğlu ilə ərizəçi X8 xx.xx.2015-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından iki övladları doğulmuşdur. Lakin onlar kiçik övladlarına doğum haqqında şəhadətnamə almamışlar və bu səbəbdən də məhkəməyə müraciət etmişlər. Nəvəsinin adı Kənandır, 7 yaşı var. 7 yaşlı Kənanın atası X7r. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü ildə doğulmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1986-cı ildə Bərdə rayonu Mustafaağalı kəndində anadan olmuşdur, Bərdə rayonu Mustafaağalı kəndində qeydiyyatdadır. Maraqlı şəxs tərəfindən verilmiş 31 yanvar 2022-ci il tarixli nikah akt qeydindən çıxarışdan görünür ki, X11 ilə X10 23 aprel 2015-ci ildə Bərdə rayon Hüseynalılar kənd icra nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Hacıyeva soyadı verilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 31 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci ildə Şəkurə adlı uşaqları doğulmuşdur. xx.xx.2015-ci il təvəllüdlü X1 atası X11, anası X4r. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X22 13 mart 2025-ci il tarixli 18-1-28/2- 567/2025 saylı məktubundan görünür ki, Ərizəçi deməsinə görə X11 ilə birgə nikah dövründən olan xx.xx.2018-ci il tarixdə anadan olmuş Hacıyev ...... Xəyalə oğlu Bərdə RMX-nın Ailə Sağlamlıq Mərkəzində xx.xx.2025-ci il tarixdə qeydiyyata götürülmüşdür. Həkim pediatr tərəfindən müayinə olunmuş və praktik sağlam olması təsdiq olunmuşdur. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X23 tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi xx.xx.2018-ci il tarixdə anadan olmuş oğlan uşağı Hacıyev ...... Xəyalə oğlu halhazırda yaşayır və həkim pediatr müayinəsindən keçərkən sağlam olduğu müəyyən edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 31 yanvar 2022-ci il tarixli 43-05/15 saylı məktubdan görünür ki, Ərizəçi uşağına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi və doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığından doğumun qeydiyyat şöbəsində qeydə alınaraq doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. 29 noyabr 2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi 30 aprel 2018-ci ildə oğlan övladı anadan olmuşdur. Məhkəmə iclasında şahidlər Ərizəçi xx.xx.2015-ci ildə Bəhrəm Hacıyevlə evləndiyini, 30 aprel 2018-ci ildə oğlan uşaqlarının doğulduğunu təsdiq etmişlər. Ərizəçi ərizəsində 30 aprel 2018-ci ildə anadan olmuş oğlunun adının Kənan olduğunu qeyd etsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş, “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X22 məktubundan müəyyən olunur ki, 30 aprel 2018-ci ildə anadan olmuş uşağın adı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi 30 aprel 2018-ci ildə Bərdə rayonu Mustafaağalı kəndində oğlan uşağının anadan olması, onun atasının X11, anasının isə Ərizəçi olması faktı ərizəçinin, maraqlı şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə qismən təmin edilməli, Ərizəçi 30 aprel 2018-ci ildə Bərdə rayonu Mustafaağalı kəndində oğlan uşağı doğması, uşağın atasının X11, anasının Ərizəçi olması faktı müəyyən olunmalıdır. Mübahisənin gerçək hallarından görünür ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə uşağına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə qismən təmin edilisin. Ərizəçi 30 aprel 2018-ci ildə Bərdə rayonu Mustafaağalı kəndində oğlan uşağı doğması, uşağın atasının X11, anasının Ərizəçi olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-1491/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1491/2025
22.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver