Məhkəmə qərarları › İş №2(021)-1493/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1493/2021

16.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1493/2021 16.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı Bərdə rayon Qarayusifli kənd Bələdiyyəsinin sədri İddiaçı, nümayəndəsi və vəkili və Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əjdər qızının iştirakları ilə, İddiaçı Bərdə rayon Qarayusifli kənd Bələdiyyəsinin sədri İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əjdər qızına qarşı “cavabdehlərin torpaq sahəsindən çıxarılmaları və tikilinin və setkadan quraşdırılmış çəpətin sökülməsi ” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı Bərdə rayon Qarayusifli kənd Bələdiyyəsinin sədri İddiaçı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Məhəmməd İsmayıl oğlunun və Cavabdeh2 Əjdər qızının Bərdə rayon Tumaslı kəndində yerləşən zəbt etdikləri ümumi istifadədə olan torpaq sahəsindən çıxarılmalarına, cavabdeh Məhəmməd İsmayıl oğlu tərəfindən 0.015 ha torpaq sahəsinin üzərində inşa edilmiş tikilinin və Cavabdeh2 Əjdər qızı tərəfindən setkadan inşa olunmuş çəpərin sökülməsinin onların vəsaiti hesabına həyata keçirilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Bərdə rayon Qarayusifli kənd Bələdiyyəsinin sədri İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Qarayusifli Bələdiyyəsinin ərazisində yerləşən Tumaslı kəndində Cavabdeh2 Əjdər qızına məxsus həyətyanı torpaq sahəsinin baş tərəfində həmin torpaq sahəsi ilə qonşuluqda yerləşən 0.015 ha kənd əhalisinin ümumi istifadəsində olan torpaq sahəsinin üzərində özbaşına tikinti inşa etdirməklə cavabdeh Məhəmməd İsmayıl oğlu və həmin tikinti də daxil olmaqla 0.11 ha torpaq sahəsi Cavabdeh2 Əjdər qızı tərəfindən setka ilə çəpərlənməklə zəbt olunmuşdur. Cavabdehlər tərəfindən istifadə olunan mübahisəli torpaq sahəsi Bərdə rayonu Qarayusifli Bələdiyyəsinin mülkiyyətindədir və Bərdə rayonunun Tumaslı kəndinin əhalisinin ümumi istifadəsində olan kateqoriyalı torpaqlara aiddir. Hal-hazırda bələdiyyə tərəfindən dəfələrlə tələb edlməsinə baxmayaraq cavabdehlər Məhəmməd İsmayıl oğlu və Cavabdeh2 Əjdər qızı mübahisəli torpaq sahəsindən çıxmırlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdi. Məhkəmə iclasında iddiaçı Bərdə rayon Qarayusifli kənd Bələdiyyəsinin sədri İddiaçı iddia ərizəsinə uyğun izahat verərərk, iddia tələbinin təmin olunmasını xahiş etdi. O həmçinin bildirdi ki, hazırkı iddianı qaldırmaqda məqsədi hər iki cavabdehin birbirlərinə qarşı olan narazılığdan irəli gəlir. Belə ki, Cavabdeh1 tikdirdiyi tikili digər Cavabdeh2 məxsus torpaq sahəsinə yaxın ərazidə yerləşir. Həmin tikili kiçik mağaza kimi fəaliyyət göstərir və kənd camaatı mağazaya gəlməsindən Cavabdeh2 narahatlığını bildirir. Odur ki, bu narazılığa son qoyulması üçün tələblərinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı Bərdə rayon Qarayusifli kənd Bələdiyyəsinin sədri İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərərk, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Əjdər qızı bildirdi ki, həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində olsa da, həmin kənddə xeyli sayda vətəndaşlar vardır ki, bələdiyyə mülkiyyətinə aid olan torpağı öz ərazisinə birləşdirib. Ona qarşı irəli sürülən iddianın təmin olunmamasını xahiş etdi. Həmçinin digər cavabdeh tərəfindən inşa edilmiş tikilinin sökülməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 setkanın sökülməsinə etiraz etmədiyini, lakin tikilinin qanuni olduğunu bildirdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbləri cavabdeh Cavabdeh2 münasibətdə təmin, digər Cavabdeh1 münasibətdə isə rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci il tarixdə Bərdə rayon Tumaslı kəndində anadan olmuşdur. Bərdə rayon Tumaslı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qarayusifli Bələdiyyəsinin 24.11.2020-ci il tarixli 13 saylı iclas Protokolundan görünür ki, İddiaçı Qarayusifli bələdiyyəsinin yeni bələdiyyə sədri seçilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Dövlət Arxivinin 29.03.2021-ci il tarixli 58 saylı Arayışından müəyyən olunur ki, Bərdə rayon Dövlət Arxivində 16 saylı fondda mühafizə edilən Bərdə rayon Alpoud kolxozunun \AİM\ 1995-ci il üzrə 13 yanvar 01 saylı İclas Protokoluna əsasən ərizəsi və lisenziyası olması nəzərə alınaraq kolxozun Tumaslı kənd sakini Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün həmin kəndin yuxarı hissəsində olan su artezianına yaxın, yolun kənarından əkinə yararsız hissədən 2x3 metr ölçüdə yer verilməsi qərara alınmışdır. (sənədin əsli məhkəmə baxışınada təqdim olundu). İş materiallarına əlavə olunmuş AZ-İ № 735489 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 25.09.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş İ-JQ № 255982 saylı Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Cavabdeh2 30.11.1974-cü ildə Bərdə rayon Alpoud kənd sovetliyində 16 saylı akt qeydi ilə nikah bağlamışlar. İş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə verilməsinə dair JN-053A sayli KOD 61001038 saylı Dövlət Aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə Bərdə rayon Tumaslı kənd sakinləri X3, Cavabdeh2, X1, X4, Əliyev Teymur Vaqiif oğluna və X6 0.48 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Mingəçevir şəhəri "xxxx" MMC-nin “mübahisəli torpaq sahəsindən çıxarılmasının müəyyən edilməsi barədə” 245 saylı 11.11.2021-ci il tarixli Rəyinin nəticə hissəsində qeyd olunmuşdur: Bərdə rayon Qarayusifli kənd Bələdiyyəsinin sədri İddiaçı ilə birlikdə Bərdə rayon Tumaslı kəndində 0.11 ha torpaq sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Bərdə rayon Qarayusifli Bələdiyyəsinin ərazisində yerləşən kənd əhalisinin ümumi istifadəsində olan 0.11 ha torpaq sahəsindən Cavabdeh2 qanunsuz istifadə etmir. Həmin torpaq sahəsinin 0.015 ha hissəsində, qaz xəttinə yaxın və işıq xəttinin altında olan tikili Cavabdeh1 tərəfindən özbaşına tikilmişdir. (aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir) İş materiallarına əlavə olunmuş yerli baxış protokolundan görünür ki, Cavabdeh2 Əjdər qızına məxsus Bərdə rayon Tumaslı kəndində torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin sərhəddinə bitişik bələdiyyə mülkiyyətində olan 0,015 ha torpaq sahəsi yerləşir ki, həmin torpaq sahəsini Cavabdeh2 setkadan inşa edilmiş çəpərlə öz torpaq sahəsinin ərazisinə daxil etmişdir. Həmin daxil olan ərazidə digər Cavabdeh1 tərəfindən inşa edilmiş 2x3 metr ölçüdə mağaza yerləşir. Mağazanın tikilməsinə əsas isə Bərdə rayon Alpoud kolxozunun \AİM\ 1995-ci il üzrə 13 yanvar 01 saylı İclas Protokoluna əsasən Tumaslı kənd sakini Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün həmin kəndin yuxarı hissəsində olan su artezianına yaxın, yolun kənarından əkinə yararsız hissədən 2x3 metr ölçüdə yer verilməsi olmuşdur. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh2 Əjdər qızına məxsus Bərdə rayon Tumaslı kəndində torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin sərhəddinə bitişik bələdiyyə mülkiyyətində olan 0,015 ha torpaq sahəsi yerləşir ki, həmin torpaq sahəsini Cavabdeh2 setkadan inşa edilmiş çəpərlə öz torpaq sahəsinin ərazisinə daxil etmişdir. Həmin daxil olan ərazidə digər Cavabdeh1 tərəfindən inşa edilmiş 2x3 metr ölçüdə mağaza yerləşir. Mağazanın tikilməsinə əsas isə Bərdə rayon Alpoud kolxozunun \AİM\ 1995-ci il üzrə 13 yanvar 01 saylı İclas Protokoluna əsasən Tumaslı kənd sakini Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün həmin kəndin yuxarı hissəsində olan su artezianına yaxın, yolun kənarından əkinə yararsız hissədən 2x3 metr ölçüdə yer verilməsi olmuşdur. Məhkəmə mübahisə ilə bağlı aşağıdakı hüquq normalarının tətbiqini zəruri bilir. İddia tələbi Cavabdeh2 Əjdər qızının Bərdə rayon Tumaslı kəndində yerləşən zəbt etdiyi ümumi istifadədə olan torpaq sahəsindən çıxarılması və setkadan inşa olunmuş çəpərin onun vəsaiti hesabına sökülməsi hissəsində məhkəmə qeyd edir ki, bələdiyyə həmin iddianı qaldırmaqda hüquqi əsası vardır. Belə ki, həmin torpaq sahəsi Bələdiyyə mülkiyətində yerləşdiyindən öz torpağının mühafizəsinin təmin olunması onun sübyektiv hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12-ci maddəsinin 3-cü bəndinə əsasən kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Həmin məcəllənin 47-ci maddəsinin 2-ci bəndinə əsaəsn ümumi istifadədə olan torpaqlar, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqları bələdiyyə mülkiyyətinə aid torpaqlar hesab edilir. Həmin məcəllənin 47-ci maddəsinin 7-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Həmin məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-ci maddəsinə əsasən, hüquqdan sui-istifadə aiddir: şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; Qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 Əjdər qızının Bərdə rayon Tumaslı kəndində yerləşən zəbt etdiyi ümumi istifadədə olan torpaq sahəsindən çıxarılması və setkadan inşa olunmuş çəpərin onun vəsaiti hesabına sökülməsi hissəsində təmin olunmalıdır. Məhkəmə həmçinin iddia tələbinin cavabdeh Məhəmməd İsmayıl oğlunun Bərdə rayon Tumaslı kəndində yerləşən zəbt etdiyi ümumi istifadədə olan torpaq sahəsindən çıxarılması və cavabdeh Məhəmməd İsmayıl oğlu tərəfindən 0.015 ha torpaq sahəsinin üzərində inşa edilmiş tikilinin öz vəsaiti hesabına sökülməsi hissəsində aşağıdakıları qeyd edir. Yerli baxış zamanı müəyyən olundu ki, cavabdeh Məhəmməd İsmayıl oğlunun Bərdə rayon Tumaslı kəndində yerləşən ümumi istifadədə olan torpaq sahəsini zəbt etməyib. Həmin torpaq sahəsi üzərinə 2x3 metr ölçüdə mağazanın tikilmişdir ki, onada əsas Bərdə rayon Alpoud kolxozunun \AİM\ 1995-ci il üzrə 13 yanvar 01 saylı İclas Protokoluna ilə Tumaslı kənd sakini Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün həmin kəndin yuxarı hissəsində olan su artezianına yaxın, yolun kənarından əkinə yararsız hissədən 2x3 metr ölçüdə yer verilməsi olmuşdur. Həmin mübahisəli hala isə məhkəmə aşağıdakı hüquq normalaının tətbiqini zəruri bilir. Sovxoz və kolxozların islahatı haqqında Azərbaycan Rspublikasının 18 fevral 1995-ci il il tarixli Qanunu ilə müəyyən olunmuşdur ki, islahatın vəzifələri sovxoz və kolxozların kəndli (fermer) təsərrüfatlarına bölünməsindən, birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətli kənd-təsərrüfatı müəssisələrinə çevrilməsindən, sovxozların bazasında dövlət kənd təsərrüfatı müəssisələrinin yaradılmasından, şəxsi yardımçı təsərrüfatların inkişafından, yaradılmış təsərrüfatların kooperasiyası və xidmət sahələrinin təşkilindən ibarətdir. Həmçini həmin qanunun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası dövlət mülkiyyətində saxlanılan və bələdiyyə mülkiyyətinə verilən obyektlərin siyahısını müəyyənləşdirir. Həmçini həmin qanunun 11-ci maddəsinə əsasən Əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydalarını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası hazırlayır. Məhkəmə qeyd edir ki, 0,015 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətində olsa da orada inşa edilmiş 2x3 metr ölçüdə mağaza ayrılmış yerin bələdiyyənin mülkiyyətinə keçməsini təsdiq edən sübutları bələdiyyə məhkəməyə təqdim etmədi. Baxmayaraq ki, aqrar islahat başa çatmışdır. Odur ki, iddia tələbi cavabdeh Məhəmməd İsmayıl oğlunun 0.015 ha torpaq sahəsinin üzərində inşa edilmiş tikilinin öz vəsaiti hesabına sökülməsi hissəsində təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş materiallarında olan "xxxx" MMC-nin” rəyindən görünür ki, 150 manat mütəxəsis xərci vardır. Odur ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin olunduğundan 150 manat mütəxəssis xərci ondan tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Bərdə rayon Qarayusifli kənd Bələdiyyəsinin sədri İddiaçı cavabdehlər Məhəmməd İsmayıl oğlua və Cavabdeh2 Əjdər qızına Bərdə rayon Tumaslı kəndində yerləşən zəbt etdikləri ümumi istifadədə olan torpaq sahəsindən çıxarılmaları,cavabdeh Məhəmməd İsmayıl oğlu tərəfindən 0.015 ha torpaq sahəsinin üzərində inşa edilmiş tikilinin və Cavabdeh2 Əjdər qızı tərəfindən setkadan inşa olunmuş çəpərin onların vəsaiti hesabına sökülməsi tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh2 Əjdər qızı Bərdə rayon Tumaslı kəndində yerləşən zəbt etdiyi ümumi istifadədə olan torpaq sahəsindən çıxarılsın, və Cavabdeh2 Əjdər qızı tərəfindən setkadan inşa olunmuş çəpərin onun vəsaiti hesabına sökülsün. İddia tələbi qalan hissədə təmin olunmasın. 150 manat mütəxəssis xərci Cavabdeh2 Əjdər tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar