Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1494/2022 08.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “cavabdehin 20 avqust 2021-ci il tarixli qanunsuz qərarın ləğv edilməsini və 0.25 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçisi olan anaları X4 mülkiyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY YƏ N E TD İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, müvafiq icra hakimiyyəti orqanı orqanı tərəfindən 1958-ci ildə analarının qanuni istifadəsinə verilmiş dövlətin müstəsna mülkiyyətində olan 0.25 ha həyətyanı torpaq sahəsini qanuni istifadəsinə və ya icarəsinə həmin torpaq sahəsinin verilməsini təsdiq edən sənədi olmayan analarının fərdi evinin gəlini olmuş kirayəçi Muradova (Əliyeva) Nüşabə İsi qızının mülkiyyətinə verilməsi haqqında cavabdehin 20 avqust 2021-ci il tarixli qanunsuz qərarın ləğv edilməsini və həmin 0.25 ha həyətyanı torpaq sahəsinin X28 Əliyevin 24 dekabr 1999cu il tarixli 237 nömrəli Fərmanınin 4-cü bəndində göstərilmiş həmin evin mülkiyyətçisi olan anaları X4 mülkiyyətinə qaytarılması öhdəliyini cavabdeh qismində göstərdikləri DƏDRXnin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, 1996-cı ildə qəbul edilmiş "Torpaq İslahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuni istifadədə olan yaşayış evləri mülkiyyətçilərinin qanuni istifadələrinə verilmiş dövlətin müstəsna mülkiyyətində olan həyətyanı torpaq sahələrini əvəzsiz olaraq həmin evlərin mülkiyyətçilərinin xüsusi mülkiyyətinə vermişdir. Hörmətli Prezident cənab İlham Əliyevin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq etdiyi Siyahının 2.3-cü bəndinə əsasən 2001-ci il yanvarın 1-dək kəndlərdə inşa edilmiş yaşayış evlərinə və həyətyanı torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas sayılır. Tələb olunan ərizə, şəxsiyyət vəsiqəsi, özünün doğum haqqıda şəhadətnaməsi və anasının ölüm haqqıda şəhadətnaməsi əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Bərdə rayon Filialının 14 iyul 2021-ci il tarixdə İddiaçı1 verilmiş arxiv arayışında fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi ilə bağlı 1986-1990-cı illər üzrə Bərdə rayonunun Əyricə kəndinin XDS-nin icra hakimiyyəti tərəfindən təsərrüfatbaşına kitabda aparılan dövlət qeydiyyatı həmin evin mülkiyyətçisi olan anaları X6 münasibətdə icra olunmuşdur və həmin dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır və həmin hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. İddia ərizəsinə əlavə etdikləri Fərmandan da görünür ki, Azərbaycan Respublikasının Prezidenti X28 Əliyev 24 dekabr 1999-cu il tarixli 237 nömrəli Fərmanınin 4-cü bəndinə əsasən Qanuni istifadədə olan yaşayış evlərinin həyətyanı torpaq sahələri əvəzsiz olaraq həmin evlərin mülkiyyətçilərinə verilsin. 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə tapşırılsın ki, bu Fərmanın 4-cü bəndində göstərilmiş şəxslər üçün onların həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin rəsmiləşdirilməsini təmin etsin. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı1 iddia ərəizəsinə uyğun izahat verərərk, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia ərəizəsinə uyğun izahat verərərk, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 03117304 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1948-ci il tarixdə Samux rayon Qarasaqqal kəndində anadan olmuşdur. Mingçevir şəhər M..P.Vaqif küçəsi ev 14, mənzil 5 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE № 08377331 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1956-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AZ-T №164848 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1948-ci il tarixdə anadan olmuşdur. X3, anası X7r. İş materiallarına əlavə olunmuş İE №142296 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1956-ci il tarixdə anadan olmuşdur. X3, anası X7r. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 187 saylı Arxiv Arayışından qeyd olunur ki, rayon Dövlət Arxivində 77 saylı fondda mühafizə edilən Bərdə rayonu Əyricə kənd XDS-nin Yeni əyricə kəndi üzrə 04 saylı Təsərrüfatbaşına kitabın 1986-1990-cı illər üzrə 229 saylı şəxsi hesabına əsasən vətəndaş, X4 ailə başçısı olduğu X9-qızı, Muradovă Nüşabə İsi qızı-gəlin, X17-nəvə, X18nəvəsi olduğu qeyd olunub. Təsərrüfatın şəxsi mülkiyyəti hesab olunan yaşayış evinin 1958-ci ildə tikildiyi, ümumi sahəsinin 40 kv.m, o cümlədən, yaşayış sahəsi 36 kv.m olduğu, həyətyanı torpaq sahəsinin 0,25 ha olduğu qeyd olunub. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 194 saylı Arxiv Arayışında qeyd olunur ki rayon Dövlət Arxivində 21 saylı fondda mühafizə edilən Bərdə rayonu sabiq Bakı kolxozunun 1977-ci il üzrə SSRİ Nazirlər Sovetinin xx.xx.1977-ci il tarixli 501 saylı Qərarına əsasən təsdiq edilmiş Qaytanlanmış Torpaq kitabına əsasən X6 Nazirlər Sovetinin 10 iyul 1981-ci il 301 saylı Qərarına qədər olan Bərdə rayonu Yeni əyricə kəndi üzrə sıra sayı 8-də adına olan həyətyanı torpaq sahəsinin 0,25 ha olduğu qeyd olunub. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş İddiaçı1 və İddiaçı2 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur ki, onlara məxsus evin qohumları Cavabdeh2 adına qanunsuz rəsmiləşdirilməsi və digər hüquqazidd əməllərə yol verilməsinə dair Daxili İşlər Nazirliyinə daxil olmuş birgə müraciətlərinə baxılmışdır. Müəyyən olmuşdur ki, “evinizin qardaşınızın övladı Afət Əsədova tərəfindən Nüşabədən satın alınaraq evdən çıxmağınızın tələb edilməsinə dair şikayətiniz üzrə Bərdə RPŞ-də araşdırma aparılıb tərəflər arasındakı münasibətlərin mülki xarakterli olmasına və toplanmış digər sübutlara istinad edilməklə əməldə cinayət tərkibi olmadığına görə 1 sentyabr 2021-ci ildə CPM-in 39.1.2. maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur”. İş materiallarına əlavə olunmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-314B KOD 61006018 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə Bərdə rayon Yeni Əyricə kənd sakinləri Cavabdeh2, X13, X10 və X11 mülkiyyətinə 0.09 ha torpaq sahəsi verilmişir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********09 olan Torpaq sahəsinin planı sənədindən görünür ki, Bərdə rayon Yeni Əyricə kəndində yerləşən 0.09 ha toraq sahəsin hüquq sahibi Cavabdeh2dır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********09, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Yeni Əyricə kəndində yerləşən 0.09 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh2, X13, X10 və X11 ümumi birgə xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2, X19, X17 və X18 ümumi birgə mülkiyyətlərində olan Bərdə rayon Yeni Əyricə kəndində yerləşən 0.09 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini 4500 manata X2. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********09, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Yeni Əyricə kəndində yerləşən 0.09 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X12 tam xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-314A KOD 61006018 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə Bərdə rayon Yeni Əyricə kənd sakinləri Cavabdeh2, X13, X10 və X11 mülkiyyətinə 0.16 ha torpaq sahəsi verilmişir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********08 olan Torpaq sahəsinin planı sənədindən görünür ki, Bərdə rayon Yeni Əyricə kəndində yerləşən 0.16 ha toraq sahəsin hüquq sahibi Cavabdeh2dır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********08, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Yeni Əyricə kəndində yerləşən 0.16 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh2, X13, X10 və X11 ümumi birgə xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2, X19, X17 və X18 ümumi birgə mülkiyyətlərində olan Bərdə rayon Yeni Əyricə kəndində yerləşən 0.16 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini 7000 manata X1. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********08, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Yeni Əyricə kəndində yerləşən 0.16 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X5 tam xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iddia tələbi ilə bağlı ilk olaraq qeyd edir ki, iddiaçının iddia tələbinin mahiyyəti düzgün deyil, məhkəmə tərəfindən iddiaçılardan iddia tələbinə dəqiqləşdirilmə verilməsi üçün təklif olunmasına baxmayaraq, iddiaçılar iddia tələbinə dəqiqləşdirmə verməmək üçün israr etmişdirlər. Məhkəmə qeyd edir ki, iddia tələbininin müvafiq icra hakimiyyəti orqanı orqanı tərəfindən 1958-ci ildə analarının qanuni istifadəsinə verilmiş dövlətin müstəsna mülkiyyətində olan 0.25 ha həyətyanı torpaq sahəsinin Muradova (Əliyeva) Nüşabə İsi qızının mülkiyyətinə verilməsi haqqında cavabdeh DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin 20 avqust 2021-ci il tarixli qanunsuz qərarının ləğv edilməsini tələbi bu hissədə təmin oluna bilməz. Belə ki, cavabdeh DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin belə bir qərarı yoxdur. Həmin tarixdə Muradova (Əliyeva) Nüşabə İsi qızı və digər şəxslər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı iddia tələbində 0.25 ha həyətyanı torpaq sahəsinin X28 Əliyevin 24 dekabr 1999-cu il tarixli 237 nömrəli Fərmanının 4-cü bəndində göstərilmiş həmin evin mülkiyyətçisi olan anaları X4 mülkiyyətinə qaytarılması öhdəliyini cavabdeh qismində göstərdikləri DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində də təmin oluna bilməz. Belə ki, iddiaçıların anaları X15 vəfat etmişdir. Əmlakın ölmüş şəxsin mülkiyyətinə qaytarılması tələbi düzgün tələb deyildir. Həmin torpaq sahələri Cavabdeh2, X13, X10 və X11 ümumi birgə mülkiyyətlərində olmuş və tərəflərindən 20 avqust 2021-ci il tarixdə digər şəxslərə satılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı). Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilməlidir. . Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “cavabdehin 20 avqust 2021-ci il tarixli qanunsuz qərarın ləğv edilməsini və 0.25 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçisi olan anaları X4 mülkiyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1494/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1494/2022
08.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver