Məhkəmə qərarları › İş №2(021)-1501/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1501/2022

03.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1501/2022 03.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X1 iştirakı ilə , Ərizəçi maraqlı şəxslər Bərdə regional ASAN Xidmət mərkəzində notariat ofisinə, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 qarşı “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bərdə regional ASAN Xidmət mərkəzində notariat ofisinə, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 qarşı “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi nümayəndəsi və vəkili X2 məhkəməyə ərizə təqdim edərək, ərizənin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etdi. Maraqlı şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materialları və ərizəni nəzərdən keçirib, hesab edir ki, ərizə qaytarılmalıdır. MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1,261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. MPM-in 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. MPM-in 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Bərdə regional ASAN Xidmət mərkəzində notariat ofisinə, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 qarşı “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170-ci, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi maraqlı şəxs Bərdə regional ASAN Xidmət mərkəzində notariat ofisinə, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 qarşı “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar