Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1501/2024 16.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 iclas kаtibliyi ilə, Ərizəçi X2 maraqlı şəxs Cavabdehnə qarşı “doğum akt qeydinin bərpa edilməsi faktı” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X4 maraqlı şəxs Cavabdehnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 20 mart 1969-cu il tarixdə Bərdə rayonunda anadan olması, atası X6, anası X7 olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi və maraqlı şəxs Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri araşdırıb, ərizəçinin ərizəsinə qiymət verib belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Hazırki ərizəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı və ərizəçi müvafiq iddia ilə Cavabdeh rəsmi imtinasından yaşayış yeri üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət etməlidir. Belə ki, ərizəçiyə məxsus doğum akt qeydi mövcuddur. İş materiallarında olan 04 mart 2024-cü il tarixli arayışdan görünür ki, ərizəçi X2 doğum akt qeydləri kitabında xx.xx.1969-cu il tarixdə 33 nömrə ilə qeyd edilməklə AZ-İ № 169426 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Ərizəçi ərizəsində doğum şəhadətnaməsinin olduğunu, onun əsasında SSRİ pasportu aldığını, lakin doğum şəhadətnaməsi və pasportunu evlərində baş vermiş yanğın zamanı yandığını, bundan sonra şəxsiyyət vəsiqəsi ala bilmədiyini, hazırda yenidən doğum şəhadətnaməsi verilməsi üçün Cavabdehnə müraciət etdiyini, lakin Cavabdeh tərəfindən şəxsiyyət vəsiqəsi olmadığından ona yenidən doğum şəhadətnaməsi verilməsindən imtina edildiyini, doğum akt qeydinin bərpa olunması tələbi ilə məhkəməyə müraciət etməsi məsləhət görüldüyünü bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, doğum faktını müəyyən etməyə zərurət yoxdur. Məhkəmə bu halla bağlı ərizəçinin nəzərinə çatdırır ki, MPM-in 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təsdiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 9.1.-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. MPM-in 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-in 262.3-cü maddəsinə əsasən, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. MPM-in 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, ərizəçiyə inzibati orqan olan Cavabdeh hərəkət və ya hərəkətsizliyindən Gəncə İnzibati Məhkəməsinə müraciət etməli olması izah edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. İşdə olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən X1 rayon məhkəməsinə hazırkı iddia ərizəsi ilə müraciət edərkən 100 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. MPM-in 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-in 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. MPM-in 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 261, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi X2 maraqlı şəxs Cavabdehnə qarşı “doğum akt qeydinin bərpa edilməsi faktı” tələbinə dair ərizəsi üzrə icraata xitam verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardadın icrası rüsumun geri qaytarılması hissəsində Bərdə rayon Maliyyə Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-1501/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1501/2024
16.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver