Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1503/2021 28.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı X3 nümayəndəsi və vəkili Əliyev Natiq İltifat oğlunun, Cavabdeh və nümayəndəsi və vəkili X12 iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı “uşağı ilə birlikdə evə köçmə” tələbinə dair mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən e t d i: İddiaçı X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşağı X19 ilə birlikdə Cavabdeh sahiblik və istifadəsində olan Bərdə rayon Mirzalıbəyli kəndində yerləşən 840 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X14 iddia tələbini belə əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsində cavabdeh X8 qarşı evə köçürülmə tələbinə iddia qaldırmışdır. Bərdə Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(021)-1219/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, uşağı X19 ilə birlikdə Bərdə rayonu, Mirzalıbəyli kəndində bələdiyyə mülkiyyətində olan 0.08 ha torpaq sahəsində yerləşən Cavabdeh tərəfindən tikilmiş evə köçürülmələri qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X15 tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 08.07.2019-cu il tarixli, 2(104)-2679/2019 saylı qətnaməsi ilə cavabdeh X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 14.03.2019-cu il tarixli, 2(021)-1219/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 08.07.2019-cu il tarixli, 2(104)- 2679/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilərkən aşağıdakı hallar əsas götürülmüşdür: işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən iddiaçının köçürülməsini tələb etdiyi ev öz başına tikili olmaqla, bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. İddiaçı iddia ərizəsində mübahisəli evin keçmiş qaynatası Cavabdeh tərəfindən inşa edildiyini iddia etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən də, araşdırma nəticəsində mübahisəli evin məhz Cavabdeh tərəfindən inşa edilməsi müəyyən edilməklə, qətnamənin nəticə hissəsində də, iddiaçı X4 uşağı X19 ilə birlikdə Bərdə rayonu, Mirzalıbəyli kəndində bələdiyyə mülkiyyətində olan 0.08 ha torpaq sahəsində yerləşən Cavabdeh tərəfindən tikilmiş evə köçürülməsi qət edilmişdir. Bundan başqa məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X16 isə mübahisəli evin onun tərəfindən inşa edildiyini iddia etmişdir. İddiaçının özü də, evin Cavabdeh məxsus olmasını qəbul etsə də, anlaşılmaz səbəbdən iddianı Cavabdeh qarşı deyil, onun oğlu X8 qarşı qaldırmışdır. Həmçinin, iş üzrə əldə edilmiş mütəxəssis rəyi ilə isə iddiaçının iddia etdiyi torpaq sahəsində hər hansı bir evin olmaması müəyyən edilmişdir ki, iddiaçı iddia predmetini dəyişməmiş, birinci instansiya məhkəməsi də, qeyd olunan halı nəzərə almadan iddia tələbindən kənara çıxaraq iddiaçının bələdiyyə mülkiyyətində olan 0.08 ha torpaq sahəsində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş evə köçürmüşdür. Halbuki, öz başına inşa edilmiş mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi, həmin evin faktiki sahibi və həmin evin ona məxsus olduğunu iddia edən şəxslər müəyyən edildiyi halda cavabehin əsl cavabdehlərlə əvəz edilməsi, həmçinin iddiaçının iddia etdiyi torpaq sahəsində fərdi yaşayış evinin mövcud olmadığı halda iddia predmetinin dəyişdirilməsi məsələləri birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilməmişdir. Hal-hazıradək Gəncə Apellyasiya Məhkəməsinin 08.07.2019-cu il tarixli, 2(104)-2679/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməyib və həmin qətnamə qanuni qüvvəsini almışdır. Yuxarıda qeyd etdiyi xüsusatlara əsasən iddia tələbinin predmetini və tərəfini dəyişərək yenidən Bərdə Rayon Məhkəməsində evə köçürülmə tələbinə iddia qaldırır. Belə ki, iş üzrə tərəf cavabdeh X15 deyil, Cavabdehdur. İddianın predmeti bələdiyyənin mülkiyyətində olan 0.08 ha torpaq sahəsi deyil, bələdiyyə mülkiyyətində olan 840 kv.m zəbt torpaq sahəsində yerləşən fərdi yaşayış evidir. İddia tələbinin təmin olunması üçün aşağıdakı qeyd edəcəyi halları işinə baxacaq möhtərəm hakimin diqqətinə çatdırmışdır: 06.06.2014-cü il tarixdə cavabdehin oğlu X15 ilə ailə həyatı quraraq, cavabdehin sahiblik və istifadəsində olan bələdiyyənin mülkiyyətində olan zəbt edilmiş 840 kv.m torpaq sahəsində yerləşən evə gəlin köçmüşdür. Bərdə Rayon Məhkəməsinin icraatında olmuş 2(021)-1219/2019 saylı mülki iş üzrə məhkəmə tərəflərin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanından DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisi Əkbər Ağayevin iştirakı ilə Bərdə rayonu Mirzalıbəyli kəndində mübahisə edilən əraziyə baxış keçirmiş, baxış zamanı müəyyən olunmuşdur ki, X5 **********34 reyestr nömrəli çıxarışla adma rəsmiləşdirilən 0.08 ha torpaq sahəsinin döngə nöqtələrinin kordinatları yerində təyin edildi. Döngə nöqtələrinin koordinatları yerində təyin edildikdə müəyyən olunmuşdur ki, X9 məxsus 0.08 ha torpaq sahəsinin şərq hissədə 1080.kv torpaq sahəsi və həmin sahədən sonra ara sərhəddi metal torla hasarlanmış ayrıca giriş darvazası olan hasar daxilində olan 840 kv.m torpaq sahəsi və üzərində yaşayış evi mövcuddur. X9 məxsus 0.08 ha torpaq sahəsindən sonra mövcud olan 1080 kv.m torpaq sahəsi və 840 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olan zəbt torpaq sahəsidir. Mübahisəli fərdi yaşayış evi bələdiyyə mülkiyyətinə aid olan 840 kv.m zəbt torpaq sahəsində yerləşir. Həyətə girişdə, giriş qapısından solda üstü örtülü çardağın (talvarın) qarşısında bir mərtəbəli ev yerləşir. Evin girişi seyf qapıdan ibarətdir. Seyf qapıdan içəri girəndə qapı pilləkənli dəhlizə açılır. Dəhlizdən sağ hissədə mətbəx, sol hissədə qonaq otağı, qarşı tərəfdə isə yan-yana yataq otağı yerləşir. İddiaçı və cavabdehin nümayəndəsi qarşı sol hissədə yerləşən yataq otağı, qonaq otağı və mətbəxədə yerləşən mebel və əşyaların iddiaçı X10 məxsus olduğunu etiraf etmişlər. Bərdə Rayon Məhkəməsinin icraatında olmuş 2(021)-1219/2019 saylı mülki iş üzrə üçüncü şəxs qismində izahat vermiş Bərdə rayonu, Mirzalıbəyli bələdiyyəsinin sədri X17 göstərmişdir ki, Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən fərdi yaşayış evi bələdiyyənin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş, iddiaçı həmin evə gəlin köçürülmüşdür. Mübahisəli ev mülkiyyət hüququ əsasında heç kimin adma qeydə alınmamışdır. Bərdə Rayon Məhkəməsinin icraatında olmuş 2(021)-1219/2019 saylı mülki iş üzrə şahid qismində dindirilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin nümayəndəsi X18 göstərmişdir ki, mübahisə edilən nümayəndəliyin Mirzalıbəyli kəndində inşa edilmiş ev 2010-cu ildə Məzahir müəllim tərəfindən tikilmiş və sonuncu həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Təsərrüfatbaşına kitabda bu barədə qeydiyyat yoxdur. Evin inşa edildiyi torpaq sahəsi bələdiyyəyə məxsusdur, ev qeyri-rəsmi olaraq inşa edilmişdir. İddiaçı 2015-ci ildən həmin evdə yaşamışdır. Yuxarıda qeyd etdiyi hallar bir daha mübahisəli fərdi yaşayış evinin Cavabdeh tərəfindən tikilməsini, həmin yaşayış evinin qanunsuz tikili olmasını və onun qeyd olunan mübahisəli yaşayış evinə gəlin köçməklə orada yaşamağını və cehiz əşyalarının da, hal-hazırda olmasını təsdiq edir. Buna görə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 nümayəndəsi və vəkili Əliyev Natiq İltifat oğlu iddia tələbini müdafiə edərək, bildirdi ki, əvvəlki iddia tələblərinin hazırki tələb ilə əlaqəsi yoxdur. Odur ki, iddi tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə əvvəllər müraciət etmiş, lakin iddia tələbləri təmin olunmamışdır. Bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri vardır. İcraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və nümayəndəsi və vəkili X21 bildirdi ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə əvvəllər müraciət etmiş, lakin iddia tələbləri təmin olunmamışdır. Bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır. İcraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, iddiaçı X4 hazırkı iddiası üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 14 mart 2019cu il tarixli 2(021)-1219/2019 saylı qətnaməsində görünür ki, iddiaçı X4 cavabdeh X8 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilərək, iddiaçı X4 uşağı X19 ilə birlikdə Bərdə rayonu Mirzalıbəyli kəndində bələdiyyə mülkiyyətində olan 0.08 ha torpaq sahəsində yerləşən Cavabdeh tərəfindən tikilmiş evə köçürülməsi qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)2679\2019 saylı 08.07.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)1219\2019 saylı 14.03.2019-cu il tarixli qətnaməsindən cavabdeh X15 tərəfindən veriilmiş apellyasiya şikayəti təmin olunaraq Bərdə rayon Məhkəməsinin 2(021)1219\2019 saylı 14.03.2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul olunaraq iddia tələbi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli 2(021)-336/2020 saylı qətnaməsində görünür ki, İddiaçı cavabdehlər Cavabdeh, X6, X8, X9 və Bərdə rayon Mirzalıbəyli Bələdiyyəsinə qarşı “çıxarışın etibarsız hesab olunması və evə köçmə” tələbinə dair iddiası təmin olunmamışdır. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)404\2021 saylı 22.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-336/2020 saylı 06 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən veriilmiş apellyasiya şikayəti təmin olunmamış, Bərdə rayon Məhkəməsinin 2(021)-336/2020 saylı 06 fevral 2020-ci il tarixli qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh, X6, X8, X9 qarşı evə köçürülməsi tələbinə, həmçinin cavabdehlər Cavabdeh, X6, X8, X9, Bərdə rayon Mirzalıbəyli Bələdiyyəsinə və üçüncü şəxslər 3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə rayon Əyricə kənd icra nümayəndəliyinə qarşıçıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)404\2021 saylı 22.02.2021-ci il tarixli qərardadından görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-336/2020 saylı 06 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən veriilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bərdə rayon Məhkəməsinin 2(021)-336/2020 saylı 06 fevral 2020-ci il tarixli qətnaməsi İddiaçı qızının cavabdehlər X8 və Bərdə rayon Mirzalıbəyli Bələdiyyəsinə qarşı azyaşlı uşağı ilə birlikdə Bərdə rayon Mirzalıbəyli kəndində bələdiyyə mülkiyyətində olan 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayəş evinə köçürülməsi tələbinə dair iddiası iddianın təmin olunmaması hissəsində ləğv olunmuş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə İnzibati Məhkəməsinin 2(114)883/2020 saylı 29.09.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayonu Mirzalıbəyli bələdiyyəsinin 09.10.2019-cu ul tarixli 10 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, lakin iddia tələbi təmin olunmamışdır. İş üzrə Cavabdeh və vəkili və nümayəndəsi iddia tələbinə etraz edərək göstərmişlər ki, X1 rayon məhkəməsində “mənzilə köçürmə tələbinə dair” iddia qaldırıb “uşağı Rasim Tahir oğlu ilə birlikdə onun sahiblik və istifadəsində olan Bərdə rayonunun Mirzalıbəyli kəndində yerləşən 840 kv.m zəbt olaraq torpaq sahəsində yerləşən fərdi yaşayış evimə köçürülüməklərinə dair” qətnamə qəbul edilməsinə dair iddia qaldırmışdır. Bu iddiaya etiraz edərək, hesab edir ki, iddia tələbi əsaslı olmadığından məhkəmə tərəfindən təmin olunmamalıdır. İddiaçı iddia tələbini müdafiə etmək məqsədi ilə iddia ərizəsinin mətnində istinad etdiyi Bərdə rayon məhkəməsinin 14.03.2019-cu tarixli 2(021)-1219/2019 saylı və Gəncə apellyasiya məhkəməsinin 08.07.2019-cu il tarixli 2(104)- 2679/2019 saylı qətnamələrlə və məhkəməyə təqdim etmədiyi və iddia ərizəsinin mətnində əks etdirmədiyi Gəncə İnzibati Məhkəməsinin 2- 1(114)-883/2020 saylı 29.09.2020-ci il tarixli Qərarı və Bərdə rayon məhkəməsinin 06 fevral 2020-ci il tarixli 2(021)-336/2020 saylı, Gəncə Apellyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(104)-404/2021 saylı qətnamələri, həmçinin Gəncə Apellyasiya Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(104)-404/2021 saylı qərardadı ilə təsdiq olunmayan, yalnız öz fərziyələrinin həyata keçməsinin reallaşdırılması üçün məhkəməni çaşdırmaq məqsədi ilə hallara istinad etmişdir və yanlışlıqlara yol vermişdir. Hesab edirlər ki, iddia ərizəsində göstərilən xüsasatlar tərəflərindən təqdim olunmuş sübutlara, qeyd edilmiş hallara və qanun normalarına əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı X14 cavabdeh X8 qarşı iddia ərizəsi ilə Bərdə rayon Məhkəməsinə müraciət edərək, azyaşlı uşağı ilə birlikdə Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsində olan fərdi yaşayış evinə köçürülməsinə xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli 2(021)- 1219/2019 saylı qətnaməsi ilə iddiası təmin edilərək, iddiaçı X4 uşağı X19 ilə birlikdə Bərdə rayonu Mirzalıbəyli kəndində bələdiyyə mülkiyyətində olan 0.08 ha torpaq sahəsində yerləşən Cavabdeh tərəfindən tikilmiş evə köçürülməsi qət olunmuş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)2679\2019 saylı 08.07.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikay\ti təmin edilərək, Bərdə rayon Məhkəməsinin 2(021)1219\2019 saylı 14.03.2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul olunaraq iddia tələbi təmin olunmamış, daha sonra İddiaçı cavabdehlər Cavabdeh oğluna, X6, X8, X9 və Bərdə rayon Mirzalıbəyli Bələdiyyəsinə, 3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə rayon Əyricə kənd icra nümayəndəliyinə qarşı “çıxarışın etibarsız hesab olunması, evə köçmə və evdən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bərdə rayon Məhkəməsinə müraciət edərək, azyaşlı uşağı X19 ilə birlikdə Bərdə rayon Mirzalıbəyli kəndində bələdiyyə mülkiyyətində olan 0.08 ha torpaq sahəsində yerləşən cavabdehlər Cavabdeh oğlunun, X2 və X7 istifadəsində olan evə köçürülməsini və X5 adına olan çıxarışın etibarsız hesab olunmasını xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli 2(021)-336/2020 saylı qətnaməsi ilə iddiası təmin olunmamış, həmin qətnamədən iddiaşı tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)404\2021 saylı 22.02.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bərdə rayon Məhkəməsinin 2(021)- 336/2020 saylı 06 fevral 2020-ci il tarixli qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh, X6, X8, X9 qarşı evə köçürülməsi tələbinə, həmçinin cavabdehlər Cavabdeh, X6, X8, X9, Bərdə rayon Mirzalıbəyli Bələdiyyəsinə və üçüncü şəxslər 3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və Bərdə rayon Əyricə kənd icra nümayəndəliyinə qarşıçıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmış, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)404\2021 saylı 22.02.2021-ci il tarixli qərardadı ilə Bərdə rayon Məhkəməsinin 2(021)-336/2020 saylı 06 fevral 2020-ci il tarixli qətnaməsi İddiaçı qızının cavabdehlər X8 və Bərdə rayon Mirzalıbəyli Bələdiyyəsinə qarşı azyaşlı uşağı ilə birlikdə Bərdə rayon Mirzalıbəyli kəndində bələdiyyə mülkiyyətində olan 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayəş evinə köçürülməsi tələbinə dair iddiası iddianın təmin olunmaması hissəsində ləğv olunmuş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İddiçı hazırkı iddia tələbində Cavabdeh qarşı Bərdə rayon Mirzalıbəyli kəndində yerləşən 840 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi, əvvəllər və hazırda mübahisələndirdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahələri fərqli torpaq sahələri kimi qeyd olunsa da mübahisələndirdiyi fərdi yaşayış evi eynidir. Həmçinin əvvəllər də eyni predmet üzrə hazırki Cavabdeh qismində cəlb olunmuşdur. Beləliklə müəyyən olunur ki, iddiaçı qeyd olunan eyni iddia predmeti, eyni tərəf və əsaslar üzrə əvvəllər məhkəmə orqanlarına müraciət etmiş və iddia tələblərinin təmin olunmamasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X3 Cavabdeh qarşı “uşağı ilə birlikdə evə köçmə” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: İddiaçı X3 Cavabdeh qarşı “uşağı ilə birlikdə evə köçmə” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-1503/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1503/2021
28.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver