Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1504/2022 31.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, X36 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X1 miras qalmış Bərdə rayonu Nazırlı kəndində 0,16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və həmin kənddə yerləşən 0,68 ha pay torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1ində 0,16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpağın mülkiyyətə verilməsinə dair JN-115A, KOD 61017018 nömrəli şəhdaətnamə əsasında və həmin kənddə yerləşən 0,68 ha pay torpaq sahəsi torpağa mülkiyyətə hüququna dair JN-**43 KOD 61017018 nömrəli dövlət aktı əsasında mərhumə X4nın mülkiyyətində olmuşdur. X4 02 iyun 2017-ci ildə vəfat etmişdir. Anası vəfat edənə kimi onunla birgə yaşamışdır. X38 vəfat etdikdən sonra həmin əmlakları miras əmlak kimi o, qəbul etmişdir. O, faktiki olaraq təsərrüfatı idarə edir, torpağı əkib-becərməklə, sözügedən mirasları bütünlüklə idarə etmişdir, lakin qanunla müəyyən edilmiş qaydada öz adına sənədləşdirmişdir. Ailə üzvlərindən olan digər qardaşları Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 həmin miras əmlakları miras əmlak kimi onun qəbul etdiyini təsdiq edə bilərlər. Həmin miras əmlaklarla bağlı aralarında heç bir mübahisə yoxdur. Hazırda Maraqlı şəxs2 və Maraqlı şəxs3 Bakı şəhərində yaşayırlar. X1 miras qalmış həmin torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 29 mart 2022-ci il tarixdə ərizə ilə Bərdə Regional “Asan Xidmət” notariat ofisinə müraciət etmişdir. Bərdə Regional “Asan Xidmət” notariat ofisi tərəfindən ona imtina verilərək bildirilmişdir ki, miras əmlakın qəbulu ilə bağlı məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxslər, Maraqlı şəxs1, Maraqlı şəxs2, X36 Xidmət Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan JN **43 KOD 61017018 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 nömrəli qəqrına əsasən ünvan 1 sakini X11 mülkiyyətinə ünvan 1ində 0.68 ha kənd təsərrüfat məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs3 xx xxxx 1965-ci ildə ünvan 1ində doğulmuşdur, Bərdə rayonu, Kafarlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs2 xx xxx 1960-cı ildə doğulmuşdur. İş materiallarında olan AZ-İ 249308 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 və Maraqlı şəxs3 arasında olan nikah 12 iyul 2**5-ci ildə pozulmuşdur. İş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən oğlunun ki, X12 xx xxxx 1965-ci ildə doğulmuşdur, atası X23, X4dır. İş materiallarında olan İ-İE 911210 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs2 5 may 1960-cı ildə doğulmuşdur, atası X23, X4dır. İş materiallarında olan AZ-273380 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1962-ci ildə doğulmuşdur, atası X23, X4dır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1962-ci ildə Bərdə rayonu, Nəzirli kəndində doğulmuşdur, Bərdə rayonu, Nəzirli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 866617 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 08 may 2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs1 xx xxxxxx 1957-ci ildə Bərdə rayonu, Nəzirli kəndində doğulmuşdur, Bərdə rayonu, Nəzirli kəndində qeydiyyatdadır. İş materiallarında olan ünvan 1 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 109 nömrəli, 30 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi ünvan 1ində yaşayır. İş materiallarında olan ünvan 1 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş110 nömrəli, 30 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X25 08 may 2017-ci il tarixdə ünvan 1ində vəfat etmişdir, vəfatından sonra məhrumun vərəsələr - oğlu Maraqlı şəxs1, oğlu Maraqlı şəxs2, Ərizəçi, Maraqlı şəxs3 qalmışdır, mərhum X7 ünvan 1ində miras qalan təsərrüfatı hal-hazırda oğlu Ərizəçi idarə edir. İş materiallaınrda olan JN 115A, KOD 61017018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 14 saylı qərarı ilə ünvan 1 sakini X11 mülkiyyətinə 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ-İ 143640 nömrəli arayışdan müəyyən olunur ki, X24 29 oktyabr 1996-cı ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Nazırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 247 nömrəli, 06 iyun 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, 31 iyul 1989-cu ildə vəfat etmiş X23 və 08 may 2017-ci ildə ünvan 1inə X11 vəfatından sonra vəfat edən övladı X24, hal-hazırda yaşan övladları, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Ərizəçi qalmışdır, X23 və X7 qalan mirası hal-hazırda Ərizəçi idarə edir. İş materiallarında olan Maraqlı şəxs2 və Maraqlı şəxs3 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, anaları X7 miras qalmış əmlakı faktiki olaraq Ərizəçi qəbul edərək, idarə edir, ərizənin təmin olunmasına etiraz etmirlər, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş edirlər. İş materiallarında olan X36 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 610/2022 saylı, 29 mart 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. İş materiallarında olan Maraqlı şəxs2 tərəfindən verilmiş, ərizədə göstərilmişdir ki, anaları X7 miras qalmış əmlakı faktiki olaraq Ərizəçi qəbul edərək, idarə edir, ərizənin təmin olunmasına etiraz etmir, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir. İş materiallarında olan X8, X13, X18 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, miras əmlakdan onlara düşən paydan Ərizəçi xeyrinə imtina edirlər. İş materiaallarında olan Vİ-JQ 360254 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 02 aprel 1979-cu ildə doğulmuşdur, atası X24, anası X2r. İş materiallarında olan X10 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, atası X6 miras qalmış əmlakdan ona düşən paydan Ərizəçi xeyrinə imtina edir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 15 mart 1980-ci ildə doğulmuşdur, atası X19 anası X2r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 01 avqust 1981-ci ildə doğulmuşdur, atası X24, anası X3r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X18 12 avqust 1986-cı ildə doğulmuşdur, atası X24, anası X3r. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, mərhum X20 ünvan 1ində 0.68 ha pay torpaq sahəsi və 0.16 ha torpaq sahəsi verilmişdir. X25 02 iyun 2017-ci il tarixdə vəfat etmiş, ondan miras qalmış əmlakı faktiki olaraq Ərizəçi qəbul edərək idarə etmişdir. Buna görə də Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən X7 miras qalmış ünvan 1i ünvanında yerləşən 0.68 ha pay torpaq sahəsi və 0.16 ha torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1504/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1504/2022
31.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver