Məhkəmə qərarları › İş №2(021)-1514/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1514/2021

29.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1514/2021 29.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Məmizadə Əminə Etibar qızının doğum qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 14 may 2014-cü il tarixdə Bərdə rayonunda anadan olmuş X18 və 29 oktyabr 2016-cı il tarixdə Bərdə rayonunda anadan ollmuş Məmizadə Fatimə Hacı qızının doğum faktının müəyyən olunması, atası Salahov Hacı Əsgər oğlu, anası Məmizadə Əminə Etibar qızı olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qızı ərizəsini onunla əsaslandırmışdır ki, X31 oğlu ilə 07 iyul 2013-cü ildə faktiki nikah münasibətinə daxil olmuşlar, birgə yaşadıqları dövrdə iki övladları anadan olmuşdur. Lakin başa düşməməzlikdən, İmkansızlıdan, uşaaq tibb müəssisəsində doğulmasına baaxmayaraq doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda övladlarına doğum haqqında şəhadətnamə almaq istəyirlər, övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müracitə etsələr də, orda məhkəməyə müraciət etmələrini bildiriblər. Məhkəmə iclasında ərizəçi Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X24 bildirmidir ki, Ərizəçi Etibar qızı arvadıdır, 07 iyul 2013-cü ildə faktiki nikah münasibətinə daxil olmuşlar, birgə yaşadıqları dövrdə iki övladları anadan olmuşdur. Lakin başa düşməməzlikdən, imkansızlıdan, uşaq tibb müəssisəsində doğulmasına baxmayaraq doğum haqqında şəhadətnamə ala bilməmişlər. Halhazırda övladlarına doğum haqqında şəhadətnamə almaq istəyirlər, övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müracitə etsələr də, orda məhkəməyə müraciət etmələrini bildiriblər. Məhkəmə iclasında X4 şahid X31 oğlunun izahaına uyğun izahat verdil. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarınada olan AA ******* nörməli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, Ərizəçi Etibar qızı xx xxxxxx 1995-ci ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayon İcra hakimiyyəti başçısının Hüseynalılar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 169 nömrəli, 01 aprel 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Etibar qızı Bərdə rayonu Hacılar kəndində yaşayır. İş materiallarında olan X15 Publik hüquqi şəxsi tərəfindən verilmiş məktubundan müəyyən olunur ki, Ərizəçi Etibar qızın ın deməsinə görə Ərizəçi və Salahov Hacı Əsgər oğlu ilə birgə yaşayış dövründə 14 may 2014-cü il tarixdə anadan olmuş Məmizadə ----- Hacı oğlu və 29 oktyabr 2016-cı il tarixdə anadan olmuş Məmizadə Fatimə Hacı qızı Bərdə RMXnın Uşaq Poliklibikasında qeydiyyata götürülmüşdür, uşaqlar həkim prediatr tərəfindən müayinə olundu və sağlam olması təsdiq olundu. İş materiallarında olan X26 tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli 200-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, ona faktın müəyyən olunması üçün məhkəməyə mürciət etməsi məsləhət körülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X10 doğum aktı qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamələrin bərpası üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi Etibar qızının 14 may 2014-cü il tarixdə oğlan, 29 oktyabr 2016-cı il tarixdə qız övladının doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında X24, ana qrafasında Ərizəçi qeyd olunsun. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 900, Bərdə şəhəri, Tel: (02020) 5-27-22 Faks: (02020) 5-20-52 Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan «29» aprel 2021-ci il № 2(021)-1514/2021 Ərizəçi qızına Bərdə rayonu, Hacılar kəndi Bərdə Rayon Qeydiyyat Şöbəsinə Bərdə şəhəri, Koroğlu küçəsi 4/7 Bərdə Rayon Məhkəməsinin 2(021)-1514/2021 saylı 29 aprel 2021-ci il tarixli qətnaməsi məlumat üçün sizə göndərilir. Qoşma: Qətnamənin surəti “ 03” vərəqə. Hakim Elsun Əhmədov İş № 2 (021)-1514/2021 Məhkəmə baxış iclasının Protokolu 29 aprel 2021-ci il Bərdə şəhəri Bərdə Rayon Məhkəməsi Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə baxış iclası saat 10:25-də başlandı. Sədrlik edən, məruzə etmək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi Orxan Bayramov: Hörmətli məhkəmə, məhkəmə iclasına ərizəçi Ərizəçi qızı, X12 və X16 gəlmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış maraqlı şəxs Bərdə Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi gəlməmişdir. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 181-ci maddəsinə əsasən şahidlərin müşayiət altında şahidlər üçün otağa aparılması, bir-biri və digər şəxslərlə ünsiyyətdə olmasının qarşısının alınması, şahidlər üçün ayrılmış otaqda ləyaqətli şəraitin yaradılması barədə göstərişlər verir. Sədrlik edən, məhkəmə iclasının maraqlı tərəfin iştirakı olmadan keçirilməsi barədə ərizəçinin fikrini soruşur. Sədrlik edənin sualına cavab olaraq ərizəçi məhkəmə iclasının maraqlı tərəfin iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə yerində müşavirə edərək Qərara alır: Maraqlı tərəf məhkəmə iclasına gəlmədiyindən məhkəmə iclası onun iştirakı olmadan keçirilsin. Sədrlik edən, məhkəmə tərkibini elan edərək göstərir ki, sədrlik edir hakimi Elsun Əhmədov, məhkəmə iclas katibi Orxan Bayramovdur. Sədrlik edən, ərizəçinin sədrlik edən hakimə və məhkəmə iclas katibinə etirazının olubolmadığını soruşdu. Sədrlik edənin sualına cavab olaraq, ərizəçinin sədrlik edənə və məhkəmə iclas katibinə etirazı olmadpğını bildirdi. Sədrlik edən ərizəçinin şəxsiyyətini müəyyən edir. Ərizəçi xx xxxxxx 1995-ci ildə doğulmuş, işləməyən, Bərdə rayonu, Hacılar kəndində yaşayır. Sədrlik edən ərizəçiyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 47-ci maddəsin dənəzərdə tutulan hüquq və vəzifələrini, o cümlədən müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəmədə iştirak etmək hüquqlarını izah edir. Ərizəçi Hüquqlarım mənə aydındır, nümayəndənin iştirakına ehtiyacım yoxdur. Sədrlik edən ərizəçiyə tələbin mahiyyəti barədə izahat vermək üçün məhkəmə iclas zalındakı kürsüyə dəvət edir. Ərizəçi izahatı: Möhtərəm hakim, ərizəmi müdafiə edirəm. X24 ilə 07 iyul 2013-cü il tarixdə qeyri-rəsmi ailə qurub evlənmişik, birgə yaşadığımız iki övladımız anadan olmuşdur. Lakin başa düşməməzlikdən, İmkansızlıdan, uşaqlar tibb müəssisəsində doğulsalar da uşaqlara doğum haqqında şəhadətnamə ala bilməmişik. Hal-hazırda övladlarımıza doğum haqqında şəhadətnamə almaq istəyirik, övladlarımıza doğum haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müracitə etsək də, orda məhkəməyə müraciət etməyimizi bildirdilər. Bu faktı mənim şahidləri təsdiq edə bilər. Sədrlik edənin sualına cavab Məmizadə Əminə Etibar qızı: - Möhtərəm hakim, iş üzrə şahidlərim var. Suallar olmadı. Sədrlik edən məhkəmə iclas zalına şahid Salahov Hacı Əsgər oğlunu dəvət edir. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 182-ci maddəsinə əsasən şahid X3 edən hakimə və məhkəmə iclas katibinə etirazının olub-olmadığını soruşdu. Sədrlik edənin sualına cavab olaraq, şahid X7 edənə və məhkəmə iclas katibinə etirazı olmadığını bildirdi. Sədrlik edən şahidin şəxsiyyətini müəyyən edir Şahid X24 09 fevral 1993-cü ildə Bərdə rayonunda doğulmuş, evli, Bərdə rayonu, Hacılar kəndində yaşayır. Sədrlik edən şahidə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 47-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini, o cümlədən müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəmədə iştirak etmək hüquqlarını izah edir. X12: Hüquqlarım mənə aydındır, nümayəndənin iştirakına ehtiyacım yoxdur. Sədrlik edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 194.1-ci maddəsinə əsasən ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə şahidi məsuliyyəti barədə ona xəbərdarlıq edərək ondan yazılı iltizam alır. Sədrlik edən şahid X21 tələbin mahiyyəti barədə izahat vermək üçün məhkəmə iclas zalındakı kürsüyə dəvət edir. Şahid X17 izahatı: Möhtərəm hakim, ərizəçi Məmizadə Əminə Etibar qızı arvadımdır, 07 iyul 2013-cü il tarixdə qeyri-rəsmi ailə qurub evlənmişik, birgə yaşadığımız dövrdə iki övladımız anadan olmuşdur. Lakin başa düşməməzlikdən doğum haqqında şəhadətnamə ala bilməmişik, indi isə doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmidik, orada isə məhkəməyə mürqciət etməyimizi bildirirdilər. Faktin müəyyən olunması, uşağa doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Sədrlik edənin sualına cavab X24: - Möhtərəm hakim, uşağa bilməməzlikdən doğum haqqında şəhadətnamə almamışıq. Suallar olmadı. Sədrlik edən məhkəmə iclas zalına şahid X23 qıznı dəvət edir. Sədrlik edən, şahid X1 edən hakimə və məhkəmə iclas katibinə etirazının olub-olmadığını soruşdu. Sədrlik edənin sualına cavab olaraq, şahidin sədrlik edənə və məhkəmə iclas katibinə etirazı olmadığını bildirdi. Sədrlik edən şahidin şəxsiyyətini müəyyən edir Şahid X14 18 iyul 1958-ci ildə Ağdam rayonunda doğulmuş, Bərdə rayonu, Hacılar kəndində yaşayır. Sədrlik edən şahidə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 47-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini, o cümlədən müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəmədə iştirak etmək hüquqlarını izah edir. X4: Hüquqlarım mənə aydındır, nümayəndənin iştirakına ehtiyacım yoxdur. Sədrlik edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 194.1-ci maddəsinə əsasən ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə şahidi məsuliyyəti barədə ona xəbərdarlıq edərək ondan yazılı iltizam alır. Sədrlik edən şahidə tələbin mahiyyəti barədə izahat vermək üçün məhkəmə iclas zalındakı kürsüyə dəvət edir. Şahid X9 izahatı: Möhtərəm hakim, ərizəçi Ərizəçi qızı mənim gəlinimdir, oğlum X17 arvadıdır, onların iki uşağı var, uşaq tibb müəssisəsində doğulub, başa düşmədiyimizdən bilmədiyimizdən doğum haqqında şəhadətnamə almamışıq, indi isə Qeydiyyat Şöbəsi şəhadətnamə almaq üçn Qeydiyyat Şöbəsinə müraciət ediblər, lakin orda şəhadətnamə verməkdən imtina edirlər. Sədrlik edənin sualına cavab şahid X14: - Möhtərəm hakim, uşağa doğum haqqında şəhadətnamə almaq istəyirələr, lakin Qeydiyyat Şöbəsində məhkəməyə müraciət etmələrini deyiblər. - Birgə nikahlarından iki uşaqları var. Suallar olmadı. Sədrlik edən işdə olan sənədləri oxuyub elan edir. Elan olunmuş sənədlərə dair tərəflərin etirazı və əlavəsi olmadı. Sədrlik edən işə mahiyyəti üzrə baxılmasının qurtarması və məhkəmə tədqiqinə dair əlavəsi olub-olmamasını təflərdən soruşur. Sədrlik edənin sualına cavab olaraq tərəflərin məhkəmə tədqiqinə əlavəsi olmadı və tamamlanmasını xahiş etdilər. Məhkəmə yerində müşavirə edərək Qərara alır: Məhkəmə tədqiqi tamamlansın, məhkəmə çıxışları başlanılsın. Sədrlik edən çıxış üçün təfələrə söz verir. Ərizəçi Etibar qızı: Möhtərəm hakim, ərizəmin edilməsini xahiş edirəm. Sədrlik edən müşavirə otağına gedir, müşavirə otağından qayıdaraq qətnaməni oxuyub elan edir. Qətnamənin məzmununu, şikayət vermək, müddəti və qaydasını, habelə tərəflərin iclas protokolu ilə tanış olub qeydlər vermək hüququnun olmasını izah edir. Sədrlik edən saat 10:45-də məhkəmə iclasını bağlı elan edir. Protokol 29 aprel 2021-ci il tarixdə tərtib olundu. Sədrlik edən Elsun Əhmədov Məhkəmə iclas katibi Orxan Bayramov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 900, Bərdə şəhəri, Tel: (02020) 5-27-22 Faks: (02020) 5-20-52 Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan « » may 2021-ci il № 2(021)-1514/2021 Bərdə Rayon Qeydiyyat Şöbəsinə Bərdə şəhəri, Koroğlu küçəsi 4/7 Bərdə Rayon Məhkəməsinin 2(021)-1514/2021 saylı 29 aprel 2021-ci il tarixli qətnaməsi icra edilməsi üçün sizə göndərilir. Qoşma: Qətnamənin surəti “ 03” vərəqə. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar