Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1515/2023 22.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evə köçmə və evdən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı evə köçmə və evdən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizə və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsinin verilməsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmuşdur. İddia ərizəsindən görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. Lakin iddiaçının məcburi köçkün olması barədə vəsiqə iddia ərizəsinə əlavə olunmamış, ərizəyə əlavə edilmiş arayışda məcburi köçkün olması qeyd olunsa da, həmin arayış Azərbaycan Respublikası Qaçqınlar və X1 Üzrə Dövlət Komitəsi tərəfindən verilməmiş, Ağdam rayon İHB-nin Birinci Dördyol qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-nin 150.1.2-ci maddəsinə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmalıdır. Həmin Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı evə köçmə və evdən istifadə hüququnun tanınması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 150-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı evə köçmə və evdən istifadə hüququnun tanınması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1515/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1515/2023
22.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver