Məhkəmə qərarları › İş №2(021)-1517/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1517/2024

21.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1517/2024 21.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X18 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı (bundan sonra ərizəçi və ya İddiaçı) maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı “Mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və mirasın qəbul edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək **-BC-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 1988-ci il buraxılışlı, mühərrik nömrəli ******* olan, ban nömrəsi ******* olan VAZ-21063 minik markalı avtomobil üzrə mirası qəbul etmə müddətinin ötürülməmiş hesab edilməsi və mirası qəbul etmə faktının müəyyən edilərək vərəsəlik şəhadətnaməsinin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, atası X9, anası isə X8r. X17 30 yanvar 1998-ci ildə, anası Asya Əliyeva isə 01 yanvar 2014-cü il tarixdə vəfat etmişdir. Atası ilə anasının birgə nikahından 3(üç) övladı olmuşdur. İki nəfər bacısı olmuş, bacılarının hər iki vəfat etmişdir. X2 28 oktyabr 2009-cu il tarixdə, digər bacısı X5 isə 25 fevral 2011-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etməmişdən əvvəl onun xüsusi mülkiyyətində **-BC-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 1988-ci il buraxılışlı, mühərrik nömrəsi 0412078, ban nömrəsi ******* olan VAZ-21063 minik markalı avtomobili vardır. Qeyd etdiyi avtomobili anası vəfat edən günə qədər o istifadə etmişdir. Anası vəfat etdikdən sonra isə avtomobilin məhv olmaması üçün avtomobili istifadə etmək istəyir. İstifadə edilməsi üçün avtomobil rəsmi olaraq onun adına sənədləşdirilməlidir. Bununla bağlı Bərdə regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etdikdə isə onun adına sənədləşdirməkdən imtina etmişlər. Səbəb kimi onu göstərmişlər ki, mirası qəbul etmə müddəti ötürülmüşdür. Ona izah edilməmişdir ki, əvvəlcədən ərizə ilə notarusa müraciət edərək vərəsəlik şəhadətnaməsi almalıdır. Bu səbəbdən miras əmlakı qəbul etmə müddəti ötürülmüşdür. Ailə üzvlərindən heç bir şəxs avtomobili idarə etməyəcəkləri üçün avtomobili rəsmi olaraq adına sənədləşdirmək istəyir. Ailələrində ondan başqa heç bir şəxs qalmamışdır. Bacıları anasından qabaq vəfat etdikləri üçün anasının vərəsələri olmurlar. Atasının hazırkı vərəsəsi odur. Bunun üçündə avtomobil üzrə Mirası qəbul etmə müddətinin ötürülməmiş hesab edilməsini və vərəsəlik şəhadətnaməsinin verilməsini istəyir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Emil Həsənov məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak etməməsinin üzrlü hesab ediləərək qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AZE Seriya 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1962-ci ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri Nəsimi küçəsi ev 29-da qeydiyyatdadır. Bərdə Rayon VVAQ Bürosu tərəfindən verilmiş xx.xx.1962-ci il tarixli АЗ 266265 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi X9, “ana” qrafasında anası kimi X8r. Bərdə Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 02 fevral 1998-ci il tarixli, V-ЖГ 292001 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X9 30 yanvar 1998-ci ildə ölmüşdür. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09 yanvar 2014-cü il tarixli, AZ-İ 639659 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 01 yanvar 2014-cü ildə ölmüşdür. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli arayışdan görünür ki, X4 xx.xx.2009-cu ildə ölmüşdür. AA 095732 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-BC-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 1988-ci il buraxılışlı, mühərrik nömrəsi 0412078, ban nömrəsi ******* olan VAZ-21063 minik markalı avtomobil mülkiyyət hüququ əsasında X6 adına qeydiyyata alınmışdır. ƏN-İİ 344548 nömrəli Etibarnamədən görünür ki, X10 mülkiyyətində olan **-BC-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 1988-ci il buraxılışlı, mühərrik nömrəsi 0412078, ban nömrəsi ******* olan VAZ-21063 minik markalı avtomobili sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, onun üzərində sərancam verməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. 12 mart 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi İddiaçı məhkəməyə ərizə vermək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsümu ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X9 ilə X6 birgə nikahlarından İddiaçı, X4 və X7 adlı 3 uşaqları doğulmuşdur. VAZ-21063 minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X6 adına qeydiyyata alınmışdır. Süleyman Əliyev 30 yanvar 1998-ci ildə, Kifayət Əliyeva 28 oktyabr 2009-cu ildə, Asya Əliyeva 01 yanvar 2014-cü ildə, Zenfira Əliyeva isə 25 fevral 2011-ci ildə vəfat etmişlər. X1 miras qalmış VAZ-21063 minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ərizəçi tərəfindən faktiki idarə edilməklə qəbul edilməsi faktı mübahisəsizdir. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə əsasən, mirasın qəbul edilməsi faktını məhkəmə müəyyən edir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əizəçinin mirası qəbul etmə müddətinin ötürülməmiş hesab edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikasının MM-nin (köhnə redaksiyada): 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1273-1-ci maddəsinə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Göründüyü kimi, mirasın qəbulu ilə bağlı müddətlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin mirası qəbul etmə müddətinin ötürülməmiş hesab edilməsi tələbi ilə bağlı maneə aradan qalxdığından ərizə həmin hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizəçi İddiaçı X1 miras qalmış VAZ-21063 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili miras əmlak kimi qəbul etməsi faktı müəyyən olunmalıdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, ərizəçi İddiaçı öz tələbinin haqlı olmasını mötəbər sübutlarla qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə qismən təmin edilsin. X1 miras qalmış **-BC-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 1988-ci il buraxılışlı, mühərrik nömrəli ******* olan, ban nömrəsi ******* olan VAZ-21063 minik markalı avtomobilin ərizəçi İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar