Məhkəmə qərarları › İş №2(021)-154/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-154/2023

14.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-154/2023 14.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İldırım qızına qarşı “mülkiyətindən cavabdehlərin çıxarılmasına və mərhum atasına verilən 1⁄2 hissənin xx.xx.2010-cu il tarixli vərəsə şəhadətnaməsi ilə ona düşən hissəsinin bölünərək onun mülkiyətimə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY YƏ N E TD İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İldırım qızına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum atası X18 ilə onu mülkiyətinə Daşınmaz Əmlakın Reyster nöməri **********27-10301 saylı verilən çıxarışda olan mülkiyətindən cavabdehlərin çıxarılmasına mərhum atasına verilən 1⁄2 hissənin xx.xx.2000-ci il tarixli Nazirlər Kabinetinin 148 saylı qərarı ilə xx.xx.2010-cu il tarixli vərəsə şəhadətnaməsi ilə ona düşən hissəsinin bölünərək onun mülkiyətimə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavadehlər ona məxsus evdən çıxmırlar. Belə ki, mərhum anası ona vərəsəlik vermiş, mübahisəli evin 1/2 hissəsi onun mülkiyətinə verilərək DƏDRX-də **********27-10301 saylı qeydiyat çıxarışı verilib. Həmin çıxarışda 1/2 hissəsi mərhum atasının adına qeyd olunub. Mərhum atasından qalan evin o da vərəsəsidir. Ona görə də hesab edir ki, sözügedən ev ünvan 1 ünvanda yerləşir, onun həmin evin 1⁄2 hissəsi mülkiyətindədir. Digər hissə isə mərhum atası X9 xx.xx.2010-cu il tarixdə verilən vərəsəlik şəhadətnaməsi ilə öz vərəsəlik payları var idi. Cavabdehlər mübahisəli evin sənədləşdirilməsinə imkan vermirlər. Belə ki, o, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X24 Reyster Xidmətinin 7 saylı Bərdə ərazi idarəsinə müraicat etmişdir ki, sözügedən evin atasına düşən hissəsindən vərəsəlik şəhadətnaməsində göstərilən formada ona düşən hissəsi onun mülkiyətinə verilməsi üçün sənədləşmə və layihələşmə aparılsın. Lakin cavabdehlər mütəxəsisləri evə baxış üçün buraxmadıqlarından onun xx.xx.2002 ci ildə ərizəsindən imtina etmək barədə bildiriş vermişdirlər. Mərhum anasından qalan ev onun mülkiyətinə verildiyi üçün mərhum atasının da vərəsəsi kimi ona düşən payın tanınaraq mülkiyət hüququ verilməsinə və cavadehlərin onun mülkiyətindən və atasından ona vərəsə kimi düşən hissədən çıxarılaraq onun mərhum atasından qalan vərəsə kimi ona düşən hissə ona alınıb verilərək cavabdehlər onun ümumi mülkiyətindən çıxarılmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Lakin məhkəmənin axrıncı iclasına o gəlməmişdir. Məhkəmə iclasında Cavabdeh1 məkhəməyə ərizə verərək iddiaçı məhkəmə iclasına gəlməsə də, işə mahiyyəti üzrə baxıb qərar qəbul etməsini xahiş etdi. Bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(104)09/2010 nömrəli qətnaməsi ünvan 2 ünvanda yerləşən mülkün «A» yaşayış evi ilə B. yaşayış evinin qiyməti arasındakı fərq hesabına yaranan 8348 manat pay tənasübsüzlüyü X10 alınaraq X13 ödənilməsi qət olunmuşdur. X14 varisi İddiaçıdır. X9 varisi isə hazırkı iş üzrə cavabdehlərdən biri olan oğlu Cavabdeh2dur. 8348 manat isə vərəsə olaraq İddiaçı ödəməyərək qətnaməni icra etməmişdir. Həmçinin məhkəmə qətnaməsi ilə onun mənzildən yaşamaq hüququ tanınmışdır. O, iddia tələbinin rədd olunmasını xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İldırım qızı məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə ünvan 3 ünvanında qeyiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 7269 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Gəncə küçəsi ev 81 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən göünür ki, 21 aprel 2010-cu ildə vəfat etmiş X9 vərəsələri: Bərdə şəhəri, Gəncə küçəsi ev 81-də qeydiyyatda olan qızı: İddiaçı, Bərdə rayonu Gərənə kəndində qeydiyyatda olan qızı X4r. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikas ƏMDKY DƏDRX Bərdə Ərazi İdarəsinin 25 avqust 2010-cu il tarixli 5194 saylı müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayışına əsasən Bərdə şəhəri, Gəncə küçəsində 81 nömrəli ünvanda 0:03 ha torpaq sahəsində yerləşən, 1971-ci ildə tikilmiş, 1 (bir) otaqlı, 61.7 kv.m ümumi, 31.1 kv.m yaşayış, 30.6 kv.m köməkçi sahəsi olan A/yaşayış evinin, 1961-ci ildə tikilmiş, 1 (bir) otaqlı, 29 kv.m ümumi, 16.8 kv.m yaşayış, 12.2 kv.m köməkçi sahəsi olan B/yaşayış evinin, 1980-ci ildə tikilmiş, 8 kv.m ümumi sahəsi olan hamamın, 1 kv.m ümumi sahəsi olan ayaqyolunun va 10 kv.m ümumi sahəsi olan darvazanın 2/6 hissəsindən ibarətdir. Həmin əmlakın 4/6 hissəsinə vərəsəlik hüququ haqqında şahadətnamə verilib. (Vərəsəlik işinin nömrəsi V- 176/xx.xx.2010-cu il) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı adına verilmiş Seriya MA, №0047079, reyestr nömrəsi **********27-10301 olan Çıxarışdan görünür ki, Bərdə şəhəri Gəncə küçəsi 81 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən 1 (bir) otaqlı, 61.7 kv.m ümumi, 31.1 kv.m yaşayış, 30.6 kv.m köməkçi sahəsi olan A/yaşayış evi, 1 (bir) otaqlı, 29 kv.m ümumi, 16.8 kv.m yaşayış, 12.2 kv.m köməkçi sahəsi olan B/yaşayış evi, 10.6 kv.m umumi sahəsi olan hamam, 1 kv.m ümumi sahəsi olan ayaqyolu və darvaza X9 (1/2 hissə) və İddiaçı (1/2 hissə) paylı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X14 adına verilmiş Seriya MA, №0046813, reyestr nömrəsi **********27-10301 olan Çıxarışdan görünür ki, Bərdə şəhəri Gəncə küçəsi 81 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən 1 (bir) otaqlı, 61.7 kv.m ümumi, 31.1 kv.m yaşayış, 30.6 kv.m köməkçi sahəsi olan A/yaşayış evi, 1 (bir) otaqlı, 29 kv.m ümumi, 16.8 kv.m yaşayış, 12.2 kv.m köməkçi sahəsi olan B/yaşayış evi, 10.6 kv.m umumi sahəsi olan hamam, 1 kv.m ümumi sahəsi olan ayaqyolu və darvaza X9 (1/2 hissə) və X14 (1/2 hissə) paylı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayışdan qeyd olunur ki, Bərdə şəhəri, Gəncə küçəsi ünvanında yerləşən 81 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş AZ-İ №409340 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş AG-JQ №397321 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1961-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X18, ana qrafasında ana adı X3 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş XV-JQ №379701 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X17, ana qrafasında ana adı Cavabdeh1 kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş 01 avqust 1961-ci ildə doğulmuş, Bərdə şəhəri, Gəncə küçəsi ev 81-də yaşayan X19 tərəfindən ünvan 6 ünvanlanmış Ərizədən görünür ki, X19 21 aprel 2010-cu ildə vəfat etmiş atası X15 vəfatından sonra qalmış və Bərdə şəhəri, Gəncə küçəsində yerləşən 81 nömrəli yaşayış evindən vərəsəlik qaydasında ona çatası paydan vəsiyyətnamə üzrə vərəsəsi oğlu Cavabdeh2 xeyrinə imtina etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli Vəsiyyətnamənin surətindən görünür ki, X18 ölən günədək ona məxsus olan Əmlakını, o cümlədən, ünvan 7 ünvanda yerləşən yaşayış evini Bərdə şəhəri Gəncə küçəsi ev 81-də yaşayan oğul nəvəsı – Cavabdeh2 vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2010-cu il tarixli Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon 1 saylı dövlət notariat kontoru tərəfindən "25" fevral 2007-ci ildə təsdiq edilən və reyestrdə 2V-19 No-ilə qeyd olunan vəsiyyətnaməyə əsasən -"21" aprel 2010-cu ildə vəfat etmiş X9 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi: Bərdə şəhəri, Gəncə küçəsi, ev 81-də yaşayan nəvəsi - Cavabdeh2dur. Şəhadətnamə verilən miras emlak: Azərbaycan Respublikası ƏMDKY DƏDRX Bərdə r-nu Ərazi İdarəsinin 25 avqust 2010-cu il, 5194 saylı arayışına və 17 08 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********27-10301 reyestr nömrəsindən çıxarışına əsasən Bərdə şəhəri, Gəncə küçəsində 81 nömrəli ünvanda 0,03 ha torpaq sahəsində yerləşən, 1971-ci ildə tikilmiş, 1 (bir) otaqlı, 61,7 kv.m ümumi, 31,1 kv.m yaşayış, 30,6 kv.m köməkçi sahəsi olan A/yaşayış evinin, 1961-ci ildə tikilmiş, 1 (bir) otaqlı, 29 kv.m ümumi, 16,8 kv.m yaşayış, 12,2 kv.m köməkçi sahəsi olan B/yaşayış evinin, 1980-ci ildə tikilmiş, 8 kv.m ümumi sahəsi olan hamamın, 1 kv.m ümumi sahəsi olan ayaqyolunun və 10 kv.m ümumi sahəsi olan darvazanın 4/6 hissəsindən ibarətdir. Göstərilən miras əmlakın 2/6 hissəsi açıq buraxılır. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən ünvan 6 verilmiş xx.xx.2010-cu il tarixli Ərizədən görünür ki, İddiaçı 21 aprel 2010-cu ildə vəfat etmiş atası X9 vəfatından sonra qalmış və Bərdə şəhəri Gəncə küçəsində yerləşən 81 nömrəli fərdi yaşayış evindən vərəsəlik qaydasında ona çatası payı qəbul etdiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş X16 tərəfindən ünvan 6 verilmiş xx.xx.2010-cu il tarixli Ərizədən görünür ki, X16 21 aprel 2010-cu ildə vəfat etmiş atası X9 vəfatından sonra qalmış və Bərdə şəhəri Gəncə küçəsində yerləşən 81 nömrəli fərdi yaşayış evindən vərəsəlik qaydasında ona çatası payı qəbul etdiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixli Bağışlama Müqavilənin surətindən görünür ki, X22 Azərbaycan Respublikası ƏMDKY DƏDRX Bərdə Ərazi İdarəsinin 17 mart 2010-cu il, 1735 saylı arayışına və xx.xx.2010-cu il, ********** qeydiyyat nömrəli, **********27-10301 reyestr nömrəsindən çıxarışına əsasən ona məxsus olan, ünvan 9 ünvanda 0,03 ha torpaq sahəsində yerləşən, 1971-ci ildə tikilmiş,1 (bir) otaqlı, ümumi sahəsi 61.7 kv.m,yaşayış sahəsi 31,1 kv.m olan A/yaşayış evinin və 1961-ci ildə tikilmiş, 1 (bir) otaqlı,ümumi sahəsi 29 kv.m, yaşayış sahəsi 16,8 kv.m olan B/yaşayış evinin, 980-ci ildə tikilmiş, ümumi sahəsi 8 kv.m olan hamamın, ümumi sahəsi 1 kv.m olan ayaqyolunun və ümumi sahəsi 10 kv.m olan darvazanın ona məxsus olan hissəsini qızı- İddiaçı bağışlamışdır. İş materiallarına əlavə edilmiş Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Fərdi yaşayış evinin Texniki Pasportun surətindən görünür ki, Bərdə şəhəri Gəncə küçəsi ev 81 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti kimi X18 və İddiaçı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 2-654/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı atası X5 miras qalacaq əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2(104)255/(05-42) nömrəli qətnaməsindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2- 654/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti qismən təmin olunaraq, Bərdə rayon Məhkəməsinin 2- 654/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin olunmamışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 2-621/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X14 cavabdeh X18 ilə birgə nikah dövründə əldə etdikləri Bərdə şəhəri Gəncə küçəsi 81 sayda yerləşən ümumi sahəsi 93-1 kv, yaşayış sahəsi 48,6 kv.m, köməkçi sahəsi 44,5 kv olan iki otaqlı evin və aşağıda adları qeyd edilən 70 adda Böyük şifer 100 ədəd-520 manat, Pol taxtası 240 manat, Seyvana qoymaq üçün sütunlar 10 ədəd-200 manat,Xalça 1 ədəd 3x2-60 manat, Daroşka 2 ədəd- 40 manat, Palaz 3 ədəd-40 manat, Böyük döşək 6 ədəd-120 manat, Yorğan 6 aded-80 manat, Yastıq 6 aded- 60manat,uzun döşəkcə 4 ədəd-30 manat, Yun adyal 2 ədəd-20 manat,Çarpayı örtüyü 4 ədəd-12 manat,Naxışlı çexol 1 dəst-16 manat, Təzə çexol 3 ədəd- 18 manat,Təzə prostina 8 ədəd-16 manat, Təzə yastıq üzü 6 ədəd-3,60 manat, Güllü ağ 20 metr-12 manat, Məhrəba 6 ədəd-6 manat, Çay dəsmalı 6 ədəd-3,60 manat, Təzə ağ 10 metr-6 manat, Yaşıl irək 3ədəd-3 manat, stul 6 ǝded-60 manat,Şifoner 1 ədəd- 60 manat,Soyuducu 1 eded-120 manat, Televizor 1 ədəd-60 manat,stol 2 aded-60 manat, Balaca qaz balonu 2 ədəd-14 manat, Çarpayı 4 ədəd-80 manat Samavar 2 ədəd-20 manat,Çaydan 2 ədəd-12 manat,Aliminium böyük teşt 2 ədəd-16 manat, Su betonu 40 letrlik-40 manat,Böyük tuj ləyən 1 ədəd-6 manat, aliminium ləyən 2 ədəd-10 manat, Böyük tiyan 1 ədəd-20 manat,Aliminium qazan 6 ədəd-30 manat, Balon / 1 tuj,1 aliminium/ 2 eded-10 manat,Tuj qazan 8litrlik-10 manat, 1 eded aliminium qazan 40-lik 1 ədəd- 30 manat,Göy tuj qazan 40-lik-30 manat,Aliminium qazan 10-lik-10 manat,dəmir vedrə 2 ədəd-6 manat, Nazik stəkan 90 ədəd-20 manat, Padnos 2 ədəd-4 manat, stekan armudu 30 eded-6 manat,şüşə qənd qabı 30 ədəd-24 manat,duz qabı 30 ədəd-4 manat, Nəlbəki 90 ədəd-18 manat.armudu stəkan nəlbəkisi 30 ədəd-6 manat,Aş boşqabı 70 ədəd-28 manat,Souz boşqabı 50 ədəd-20 manat, dolma boşqabı 50 ədəd-15 manat,Kasa 50 eded- 15 manat, Şoraba boşqabı 50 ədəd-10 manat, Tərəzi 1 ədəd-20 manat, Gümüş böyük qaşıq 50 ədəd-20 manat, çəngəl 30 eded-12manat,çay qaşığı 12 eded-2 manat, Böyük qazan qaçığı gümüş 1 ədəd-2 manat,miss kefkir 1 ədəd-4 manat,qrafin 1 eded-2 manat,meyvə vazı 2 ədəd-2 manat,tuj padnos 6 ədəd-12 manat,böyük meyvə vazı 6 ədəd- 10 manat, 20 littlik kanistr 2 ədəd 10 manat,irili-xırdalı şüşə balon 50 ədəd-10 manat,şiş 6 eded- 3 manat, Duxovka / 1 qırmızı,1 düzəltmə/ -36 manat, Dördayaq,oxlov 1 ədəd-4 manat, tuj çaynik 2 litrlik- 4 manat əşyaların ikidə bir hissəsinə iddiaçı X14 mülkiyyət hüququnun tanınması qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 2-282/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 iki uşağı ilə birlikdə ünvan 1 ünvanda yerləşən X9 adına olan evin sahəsi 24 kv.m olan otağında yaşayış hüququnun, həmçinin həmin otağın qarşısındakı hissədən və yardımçı binalardan istifadə hüququnun verilməsi qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 2(021)14/2009 nömrəli xx.xx.2009-cu il tarixli qərardadından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2007ci il tarixli 2-282 saylı qətnaməsinin qət hissəsində olan yanlışlıq və səhvlər düzələrək "Cavabdeh1 2 uşağı ilə birlikdə ünvan 1 ünvanda yerləşən X9 adına olan 2 otaqlı evin 31.10 kv.m sahəsi olan otağına yaşayış hüququ həmçinin həmin otağın qarşısındakı hissədən və yardımcı binalardan istifadə verilsin” sözlərinin qeyd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2(104)381/(05-63) nömrəli qətnaməsindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-282 saylı qətnaməsindən narazı qalan cavabdeh X22 və işdə iştirak etməyə cəlb edilməmiş İddiaçı apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti təmin edilməmiş, Bərdə rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2007-ci il tarixli 2-282 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2008-ci il tarixli 2(102)564/08 nömrəli Qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsindən cavabdeh X22 və 3-cü şəxs İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, lakin kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 2-670/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, Quliyeva Gülayǝ Elman qızının cavabdeh X9 mülkiyyətində olan ünvan 10 ünvanda yerləşən yaşayış sahəsi 48.6 kv\m olan, köməkçi sahəsi 44.5 kv\m olan, ümumi sahəsi 44.5 kvm olan 2 otaqlı yaşayış evinin 33.3 kvm sahəsi olan otağında yaşayış hüququnun tanınması və onun həmin otağa köçürülməsi qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(104)471/2009 nömrəli qətnaməsindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsindən cavabdeh-iddiaçı X18 tərəfindən apellyasiya şikayəti verilmiş, lakin apellyasiya şikayəti təmin olunmamış, Bərdə Rayon Məhkəməsinin bu iş üzrə 2-670/2007 saylı 29 avqust 2007-ci il tarixli qətnaməsinin Quliyeva Gülayǝ Elman qızının cavabdeh X9 mülkiyyətində olan ünvan 10 ünvanda yerləşən 2 otaqlı yaşayış sahəsinin 33.3 kv.m sahəsi olan otağında yaşayış hüququnun tanınması və onun həmin otağa köçürülməsi hissəsində qismən ləğv edilmiş, cavabdeh-iddiaçı X9 qaşılıqlı iddiası təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2009-cu il tarixli 2(102)3183/2009 nömrəli Qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(104)471/2009 nömrəli qətnaməsindən cavabdeh X18 tərəfindən kassasiya şikayəti verilmiş, lakin kassasiya şikayəti təmin olunmamış və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(104)471/2009 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 2-35/2008 nömrəli xx.xx.2008-ci il tarixli qətnaməsindən görünür ki, ünvan 11 ünvanda yerləşən mülkün «A» yaşayış evi X14, «B» yaşayış evi isa X9 mülkiyyətinə verilmiş, ünvan 11 ünvanda yerləşən mülkün «A» yaşayış evi liǝ «B» uşayış evinin qiyməti arasındakı fərq hesabına yaranan 10584 (on min beş yüz səksən dörd) manat pay tanasübsüzlüyü Quliyeva Sayad-Alı qızından alınaraq X13 ödənilməsi, mülkün hayətyanı torpaq sahəsi, hamamı və ayaqyolusu tərəflərin birgə istifadəsində saxlanılması qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(104)09/2010 nömrəli qətnaməsindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2- 35/2008 nömrəli 11 iyul 2008-ci il tarixli qətnaməsindən iddiaçı X22 və cavabdeh X18 apellyasiya şikayəti vermiş, cavabdeh X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı X22 tərəfindən verilmiş apellyasiya şikayəti qismən edilərək, Berde rayon Məhkəməsinin bu iş üzrə 11 iyul 2008-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddiaçı X14 iddia tələbi aşağıdakı qaydada təmin edilmişdir: -ünvan 11 ünvanda yerləşən mülkün «A» yaşayış evi X14, «B» yaşayış evi isə X9 mülkiyyətinə verilsin. -ünvan 11 ünvanda yerləşən mülkün «A» yaşayış evinin qarşısında yerləşən hamamtualet tikilisi sökülərək, bu evdən qonşu sərhəd hasarına qədər olan məsafə 4,3 m müəyyən olunduğundan, tərəflərin torpaq sahəsindən ayrı- ayrılıqda istifadələri üçün həmin evin qarşısında eni 1,5 metr məsafədə sərhəd hasarı çəkilsin. «B» yaşayış evinin sərəncamında qalan 2,8 metr torpaq sahəsində küçəyə giriş-çıxış qapısı açılsın. -ünvan 2 ünvanda yerləşən mülkün «A» yaşayış evi ilə B. yaşayış evinin qiyməti arasındakı fərq hesabına yaranan 8348 manat pay tənasübsüzlüyü X10 alınaraq X13 ödənilsin. -Mülkün bölünməsi ilə bağlı yeni hama-tualetin tikilməsi, sanitar qurğularının çəkilməsi, söküntü işlərinin aparılması X14 və X9 hər birinə aid hissədə öz xərcləri hesabına, payların iki yerə ayrılması üçün hasarın çəkilməsi xərcləri isə X14 və X9 birgə vəsaitləri hesabına həyata keçirilsin. Payların naturada bölünməsi ilə bağlı işlərin görülməsi və pay tənasübsüzlüyü ilə bağlı pulun (kompensasiyanın) alınıb verilməsi eyni vaxtda icra edilsin. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2010-cu il tarixli 2(102)1734/10 nömrəli Qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(104)09/2010 nömrəli qətnaməsindən cavabdeh X18 və Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmiş, lakin kassasiya şikayəti təmin olunmamış və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(104)09/2010 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 25 dekabr 2013-cü il tarixli, 1284/12 saylı icra sənədinin qaytarılması haqqında qərardan görünür ki, tələbkarın- İddiaçı hərəkətsizliyi nəticəsində -8348 manat pulun ödənilməməsi səbəbindən icra edilməyən icra sənədi kimi geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin 17 may 2011-ci il tarixli 2- 205/2011 saylı qətnaməsindən görünür ki, Bərdə rayon İHB-nın Bərdə şəhər nümayəndəliyinin xx.xx.2010-cu il tarixli 864 saylı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazisi İdarəsinin xx.xx.2010-cu il tarixli 1735 saylı arayışlarının, Bərdə rayon 1 saylı natariat kontoru tərəfindən Reyestrdə qeyd edilmiş 30 mart 2010-cu il tarixli bagişlama müqaviləsinin etibarsız hesab olunmaqla ləğv olunması və həmin müqavilənin dövlət reyestrinin qeydiyyatından çıxarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(104)845/2011 nömrəli qətnaməsindən görünür ki, Tərtər Rayon Məhkəməsinin 17 may 2011-ci il tarixli 2-205 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti təmin olunaraq İş üzrə Tərtər Rayon Məhkəməsinin 17 may 2011-ci il tarixli 2-205 saylı qətnaməsi ləğv edilmiş, iddiaçılar X11, Cavabdeh2. Cavabdeh1ı qızının və X6 cavabdehlər İddiaçı, Bərdə rayon İHB- nin Bərdə şəhəri üzrə nümayəndəliyə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsinə və Bərdə rayon 1 saylı notariat kontoruna qarşı Bərdə rayon İHB-nin Bərdə şəhər nümayəndəliyinin xx.xx.2010-cu il tarixli 864 saylı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli 1735 saylı arayşıların, həmçinin Bərdə rayon 1 saylı notariat kontoru tərəfindən Reyestrdə qeyd edilmiş 30 mart 2010-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunmaqla ləğv edilməsi və həmin müqavilənin dövlət reyestri qeydiyyatından çıxarılmasına dair iddiaları təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(102)748/12 nömrəli Qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(104)845/2011 nömrəli qətnaməsindən iddiaçılar X19, Cavabdeh2, Cavabdeh1ı qızı və X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(104)845/2011 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 2-153/2011 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 və X11 cavabdehlər İddiaçı və X7 qarşı ləyaqətsiz vərəsə hesab edilmələrinə və onların mərhum ataları X5 miras qalmış əmlaka vərəsəlik hüququndan məhrum edilmələrinə dair tələbləri əsassız olduğundan təmin olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(102)463/2012 nömrəli Qərarından görünür ki, Bərdə rayon Məhkəməsinin 2-153/2011 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(104)754/2011 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, həmin qətnamədən kassasiya şikayəti verilmiş, lakin şikayət təmin olunmamış və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(104)754/2011 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 2-150/2011 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, Quliyeva Gülayǝ Elman qızının və X2 mərhum ataları X5 miras qalmış ünvan 1 ünvada 0,03 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1⁄2 hissəsinin 1/6 hissəsinə mirasdan məcburi pay hüquqlarının müəyyən edilməsi, bu qətnamənin mərhum X5 miras qalmış ünvan 1 ünvada 0,03 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1⁄2 hissəsinin 1/6 hissəsi Quliyeva Gülayǝ Elman qızının və 1/6 hissəsi X2 adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bərdə Ərazi İdarəsində qeydə alınması üçün əsas olması qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(104)1252/2013 nömrəli qətnaməsindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 03 iyul 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı tutmanın miras əmlakdan məcburi paya yönəldilməsi, qalıq borc məbləğin ödənilməsi ilə yaşayış sahəsinə köçürülmə tələbinə dair ilkin iddianın, Cavabdeh2 və onun nümayəndəsi X12 cavabdehlər İddiaçı və X7 qarşı ilkin iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi, ünvan 12 ünvanda yerləşən evlə bağlı mərhum X13 aid müəyyən edilmiş 17500 manatdan cavabdehlər İddiaçı və X7, hər birinə 2917 manat macburi pay düşdüyü, 3-cü şəxs X19 isə 2917 manat məbləğində olan öz məcburi payını iddiaçıya bağışladığına görə payına 11667 manat düşdüyü üçün İddiaçını mülkiyyət hüququndakı payına tənasübsüzlüyü aradan qaldırmaq məqsədi ilə cabdehlər İddiaçı və X1 11667 manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmiş, qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin bu iş üzrə 03 iyul 2013-cü il tarixli qətnaməsi qismən cavabdeh İddiaçı mənzilə köçürülməsi hissəsində ləğv edilmiş, İddiaçı mülkiyyətində olan Bərdə şəhəri, Gəncə küçəsi, 81 nömrəli fərdi yaşayış evinin 1/2 hissəsinə köçürülməsi qət olunmuşdur. Bərdə Rayon Məhkəməsinin 03 iyul 2013-cü il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş yerli baxış protokolundan görünür ki, ünvan 13 ünvanında yerləşən iki fərdi yaşayış evi vardır. Onlardan biri kiçik həcimli olmaqla köhnə tikilidir və yaşayış yoxdur. Digər ev isə restavrasiya olunmuş və cavabdehlər faktiki olaraq yaşayırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1516 nömrəli Ekspert rəyindən ki, ünvan 14 ünvanında yerləşən A və B fərdi yaşayış evlərinin tərəflər arasında 1/6 paylara uyğun olaraq təcrid mənzillər şəklində bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-11, 2.1 2.2 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərdən Cavabdeh1 İddiaçı mərhum qardaşı arvadı və Cavabdeh2 mərhum qardaşının oğludur. Digər Cavabdeh3 İldırım qızı isə Cavabdeh2 arvadıdır. Cavabdehlər faktiki olaraq mübahisəli evdə yaşayırlar. Cavabdehlərdən Cavabdeh1 həmin evdə istifadə və köçmə hüququ məhkəmə qətnamələri ilə tanınmışdır. Digər cavadeh Cavabdeh2 isə həmin evə vərəsəlik hüququ üzrə payı vardır və həyat yoldaş digər Cavabdeh3 İldırım qızı ilə birgə həmin evdə yaşayırlar. Həmçinin müəyyən edildi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(104)09/2010 nömrəli qətnaməsi ünvan 2 ünvanda yerləşən mülkün «A» yaşayış evi ilə B. yaşayış evinin qiyməti arasındakı fərq hesabına yaranan 8348 manat pay tənasübsüzlüyü X10 alınaraq X13 ödənilməsi qət olunmuşdur. İddiaçı X14 varisidir. Məhkəmə qətnaməsi 25 dekabr 2013-cü il tarixli, 1284/12 saylı icra sənədinin qaytarılması haqqında qərarla tələbkarın- İddiaçı hərəkətsizliyi nəticəsində icra edilməyən icra sənədi kimi geri qaytarılmışdır. X9 varisi isə hazırkı iş üzrə cavabdehlərdən biri olan oğlu Cavabdeh2dur. Məhkəmə iddia tələbinin cavabdehlərin evdən çıxarılması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Cavabdeh1 həmin evdə istifadə və köçmə hüququ məhkəmə qətnamələri ilə tanınmışdır. Odur ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin oluna bilməz. Belə ki, həmin tələb Cavabdeh1 münasibətdə təmin olunacağı təqdirdə hüquqi müəyyənlik prinsipi pozulmuş olar. Hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər (Konstitusiya Məhkəməsi Plenumunun M.Həsənovanın şikayəti üzrə 2015-ci il 2 fevral tarixli Qərarı). Məhkəmə iddia tələbinin evdən çıxarma hissəsinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İldırım qızına münasibətdə qeyd edir ki, Cavabdeh2 həmin evin pay hissəsiə vərəsəlik hüququ üzrə mülkiyyətçidir. Cavabdeh3 İldırım qızı onun həyat yoldaşıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X8 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Odur ki, iddia tələbinin evdən çıxarma hissəsinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İldırım qızına münasibətdə də təmin oluna bilməz. Məhkəmə iddia tələbininn mərhum atasına verilən 1⁄2 hissənin xx.xx.2010-cu il tarixli vərəsəlik şəhadətnaməsi ilə ona düşən hissəsinin bölünərək onun mülkiyətimə verilməsi hissəsi ilə iş üzrə mütəxəsis rəyini əsas götürərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mütəxəsiss rəyində qeyd olunmuşdur ki, ünvan 14 ünvanında yerləşən A və B fərdi yaşayış evlərinin tərəflər arasında 1/6 paylara uyğun olaraq təcrid mənzillər şəklində bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-11, 2.1 2.2 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə həmçinin qeyd edir ki , xx.xx.2010-cu il tarixli vərəsəlik şəhadətnaməsinin mövcudluğu İddiaçı mülkiyyət hüququnun olmasını təsdiq edir. Lakin texniki cəhətdən bölünmə mümkün olmadığından həmin hissədə tələb təmin oluna bilməz. İş materiallarından müəyən olunur ki, İddiaçı evə köçmə tələbi təmin olunmuşdur. X21 Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(104)09/2010 nömrəli qətnaməsi ilə ünvan 2 ünvanda yerləşən mülkün «A» yaşayış evi ilə B. yaşayış evinin qiyməti arasındakı fərq hesabına yaranan 8348 manat pay tənasübsüzlüyü X10 alınaraq X13 ödənilməsi qət olunmuşdur. İddiaçı X14 varisidir. Məhkəmə qətnaməsi 25 dekabr 2013-cü il tarixli, 1284/12 saylı icra sənədinin qaytarılması haqqında qərarla tələbkarın- İddiaçı hərəkətsizliyi nəticəsində icra edilməyən icra sənədi kimi geri qaytarılmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-ci maddəsinə əsasən Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1276-ci maddəsinə əsasən Hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbləri təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İldırım qızına qarşı “mülkiyətindən cavabdehlərin çıxarılmasına və mərhum atasına verilən 1⁄2 hissənin vərəsəlik şəhadətnaməsi ilə ona düşən hissəsinin bölünərək onun mülkiyətimə verilməsi” tələbinə dair iddiası edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar