Məhkəmə qərarları › İş №2(021)-1548/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1548/2021

21.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1548/2021 21.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddaçı İddiaçı Məhəmməd qızının iştirakı ilə , İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmməd oğluna, Cavabdeh2, Hüseynova İradə Məmməd qızına, Bərdə regional “Asan-Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi, miras əmlaka qanun üzrə vərəsə kimi tanınmağıma, payların müəyyən edilərək qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 03 mart 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Məhəmməd qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Məhəmməd oğluna, Cavabdeh2, Hüseynova İradə Məmməd qızına, Bərdə regional “Asan-Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi, miras əmlaka qanun üzrə vərəsə kimi tanınmağıma, payların müəyyən edilərək qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İdddiaçı İddiaçı Məhəmməd qızı məhkəməyə ərizə verərək iddia tələbinə baxılmasını istəmədiyini, buna görə sənədlərin ona qaytarılmaqla mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.5, 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmməd oğluna, Cavabdeh2, Hüseynova İradə Məmməd qızına, Bərdə regional “Asan-Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi, miras əmlaka qanun üzrə vərəsə kimi tanınmağıma, payların müəyyən edilərək qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar