Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-155/2022 16.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Bərdə rayonu Əmirli kəndində yerləşən onlara məxsus kənd təsərrüfatı təyinatlı pay torpaqlarından çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Əmirli kəndində yaşayır. Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 iyul 2005-ci il tarixli 03 saylı qərarına əsasən ona və 12 nəfər ailə üzvlərinə JN:0420, KOD 61000108 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən 4,94 ha pay torpağı verilmişdir. Həmin torpaq sahəsini uzun illərdir ki, istifadə edirlər. Sonradan isə, yəni 2020-ci ildə həmkəndlisi X15 ona, X16 və X17 qarşı Bərdə Rayon Məhkəməsində torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia qaldırmışdır. İş üzrə məhkəmətorpaqşunaslır ekspertizası təyin olunmuş və ekspert rəyindən müəyyən olmuşdur ki, həmkəndlisi X9 torpaq sahəsinin 1.27 ha torpaq sahəsi zəbt olunmuşdur. Halbu ki, bundan nə onun, nə də ki ailə üzvlərinin bu günə kimi xəbəri olmamışdır. Bu səbədən Bərdə Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsinə əsasən Bərdə rayon Əmirli kəndində yerləşən həmkəndlisi X12 məxus torpaq sahəsinin onun tərəfindən 1,27 ha zəbt olunmuş hisssindən çıxarılması barədə qətnamə qəbul edilmişdir. Bu vaxta kimi həmin torpaq sahəsinin onların olduğunu zənn etmiş, halbuki, hazırda ona məlum olmuşdur ki, onların torpaq sahələrinin ölçülərkən, sürüşmələr baş vermiş, torpağın plan və ölçüsü, koordinatları düz gəlmir. Bütün qeyd olunanlardan belə bir nəticəyə və qənaətə gəlmişlər ki, onların 1.27 ha torpaq sahəsini hazırda Cavabdeh istifadə edir. Müraciət etmələrinə, tələb etmələrinə, dəfələrlə xahiş etmələrinə baxmayaraq cavabdeh həmin torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, idda tələbi qismən təmin edilməməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, idda tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-0420 KOD 61000108 saylı Dövlət aktı surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 iyul 2005-ci il tarixli 03 saylı qərarı ilə Bərdə rayonu Əmirli kəndində yerləşən 4,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı, X8, X4, X5, X2, X18, X10, X11, X6, X7, X13, X1 və X3 adına qeydə alınmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-98/2021 saylı 09 mart 2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X9 cavabdehlər İddiaçı, X16 və X17 qarşı torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X16 və X17 iddiaçı X9 mülkiyyətində olan torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətləri qanunsuz hesab edilməsi, cavabdeh İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən iddiaçı X9 mülkiyyətində olan, Bərdə rayonu Əmirli kəndində yerləşən 2,57 ha pay torpaq sahəsinin 1,27 ha hissəsindən, cavabdehlər X23 və X24 isə 673 kv.m hissəsindən çıxarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bərdə Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair mülki iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyindən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan 4,94 ha torpaq sahəsinin 0,26 ha hissəsindən Cavabdeh istifadə edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 4,94 ha torpaq sahəsinin 0,26 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunması məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyindən də müəyyən olunur ki, Bərdə rayonu Əmirli kəndində yerləşən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 4,94 ha torpaq sahəsinin 0,26 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X14 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməklə cavabdeh tərəfindən zəbt edilmiş 0,26 ha torpaq sahəsi mülkiyyətçiyə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 311 (üç yüz on bir) manat təşkil edir. Həmin məbləğdə pul Cavabdeh alınaraq X37 filialı, Kod:200372 VÖEN **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi, Hesab: AZ50AİİB********************, VÖEN ********** keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Xəlilov X20 mülkiyyət hüququna dair JN-0420 KOD 61000108 saylı Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, Bərdə rayonu Əmirli kəndində yerləşən 4,94 ha torpaq sahəsinin zəbt etdiyi 0,26 ha hissəsindən çıxarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 311 (üç yüz on bir) manat Cavabdeh alınaraq X37 filialı, Kod:200372 VÖEN **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi, Hesab: AZ50AİİB********************, VÖEN ********** keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-155/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-155/2022
16.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver