Məhkəmə qərarları › İş №2(021)-1552/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1552/2022

03.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1552/2022 03.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X4 iclas kаtibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı “Miras paylarının naturada ayrılması və evdən çıxarılma” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras qalmış Bərdə rayonu Şərəfli kədində yerləşən fərdi yaşayış evindən qardaşı Cavabdeh miras payının naturada ayrılması və Cavabdeh 1000 manat kompensasiya verməklə vəsiyyətnamə ilə ona məxsus olan 16 dekabr 2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarış əsasında olan ünvan 1ində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində ünvan 1ində 0.23 ha torpaq sahəsi üzərində ümumi sahəsi 88.7 kv.m olan fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evinə 16 dekabr 2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarış almışdır. ünvan 1ində yerləşən fərdi yaşayış evi ona atası X10 tərəfindən vəsiyyətnamə ilə verilmişdir. X15 31 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Mərhum atası vəfat etməmişdən öncə X1 21 oktyabr 2017-ci il tarixdə Bərdə regional Asan xidmət Mərkəzinin notariat ofisində ölən günədək ona məxsus olan daşınar və daşınmaz əmlakını, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və digər daşınmaz əmlakları onun adına vəsiyyət etmişdir. Atası vəfat etdikdən sonra onun miras əmlakları olan pay torpağını, yaşayış evini, həyatyanı sahəsini, yaşayış evinin içərisində yerləşən əşyaları faktiki olaraq o qəbul etmişdir. Lakin hazırki iş üzrə cavabdeh qardaşı Cavabdeh atasının vəfat etdiyi gündən 2 ay sonra onun xəbəri olmadan vəsiyyətnamə ilə ona verilmiş olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qapısını qıraraq hənıin evdə yaşamağa başlamışdır . Dəfələrlə çıxmasını bildirsədə heç bir nəticəsi olmamşdır və çxmaqdan imtina etmişdir. Atası sağlığında qardaşına onların torpaq sahəsinin yanında torpaq alıb vermişdir, lakin qardaşı Cavabdeh uzun zamandır ki, ayrı təsərrüfatdır və ailə üzvləri ilə birlikdə Bərdə rayon Xanərəb kəndində yaşayır. 15 ildirki, onlar evdən çıxıb getmişlər və davamlı yaşamaq üçün həmin evə gəlməmişlər. Atasının yas mərasimini də o vermiş və yasın bütün xərclərini , qəbirüstünün xərclərini o çəkmişdir. Qardaşı isə atasının yas mərasiminə sadəcə bir-iki dəfə gəlmişdir. Qardaşı atasının ona vəsiyyətnamə verdiyini bilmişdir və həmin evi adına rəsmiləşdirir, bunun üçündə qardaşı həmin evdə yaşaması üçün atasının vəfat etdiyi gündən 2 ay sonra həmin evdə yaşamağa başlıyıb. O, qardaşının onun evində yaşamasını istəmir. Bunun üçündə cavabdeh qardaşı Cavabdeh ünvan 1ində yerləşən fərdi yaşayış evindən miras paydan naturada tanınmasını və onun payına düşən hissədə qardaşı Cavabdeh və ailə üzvlərinə 1000 manat kompensasiya verməklə vəsiyyətnamə ilə ona məxsus olan və 16 dekabr 2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış Çıxarış əsasında olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasını istəyir. Bundan başqa qardaşı Cavabdeh atası vəfat etdikdən sonra ona qarşı qərəzli olaraq kobud şəkildə davranmış və onu hər kəsin içərisində döymüşdür. Bununla bağlı isə o Bərdə rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, bununla bağlı polis tərəfindən materiallar toplanaraq baxılması üçün məhkəməyə göndərilmiş və şikayəti əsasında cavabdeh barəsində Bərdə rayon Məhkəməsinin hökmü ilə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh dəfələrlə evdə səbəbsiz yerə dava salmış, onu küçə söyüşləri ilə söyüb təhqir etmişdir. Vəfat etmiş atasının, anasının goruna söymüş, başdaşlarını sındıracağı ilə hədə qorxu gəlmişdir. 28 oktyabr tarixindən sonuncu dava zamanı isə giriş qapısını sındırıb, şüşələrini qırmışdır. Bu barədə 102 xidmətinə və rayon polis şöbəsinə məlumat vermişdir. Hal-hazırda göstərdiyi əsaslara görə cavabehlə bir evdə yaşaya bilmədiyi üçün iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh müvafiq qaydada məlumat verilmişdir. Buna baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçı və vəkilini dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki İddiaçı xx.xx.1963-cü ildə Bərdə rayonu Şərəfli kəndində doğulmuş, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 2, ev 15, mənzil 612-də qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bərdə rayonu, Şərəfli kəndində yerləşən 88,70 kv.metrdən ibarət fərdi yaşayış evinin 11/12 hissəsi, 0, 23 ha torpaq sahəsinin 35/36 hissəsi İddiaçı, fərdi yaşayış evinin 1/12 hissəsi və torpaq sahəsinin 1/36 hissəsi X6 adına olmaqla İddiaçı adına xx.xx.2022-ci il tarixdə **********92 qeydiyyat nömrəsi ilə qeydiyyat aparılmışdır. Bərdə Regional “Asan-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 11 aprel 2022-ci il tarixli, 736 nömrəli məktubdan görünür ki, 31 dekabr 2021-ci il tarixdə vəfat etmiş X6 vəfatından sonra irs qalmış ümumi əmlakın ½ hissəsinə dair Bərdə regional “ASAN- Xidmət” Mərkəzinin notariat ofisinə müraciət etmiş vərəsəsi Cavabdeh məcburi paya dair qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verilmişdir. 21 oktyabr 2017-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Gəncəli Hacıyev ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını İddiaçı vəsiyyət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bərdə rayonu, Şərəfli kəndində yerləşən 88,70 kv.metrdən ibarət fərdi yaşayış evinin 1/12 hissəsi, 0, 23 ha torpaq sahəsinin 1/36 hissəsi X7, torpaq sahəsinin 24/36 hissəsi X3, fərdi yaşayış evinin 11/12 hissəsi və torpaq sahəsinin 11/33 hissəsi İddiaçı adına olmaqla İddiaçı adına xx.xx.2021-ci il tarixdə **********92-10301 qeydiyyat nömrəsi ilə qeydiyyat aparılmışdır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xanərəb kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ810715 nömrəli 27 sentyabr 2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 22 sentyabr 2016-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 sentyabr 2016-cı il tarixdə 09 nömrə ilə qeyd edilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ-İİ 152569 nömrəli, 18 may 2021ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 31 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 may 2021-ci il tarixdə 503 nömrə ilə qeyd edilmişdir. İş materillarında olan Bərdə rayon X13 Bölməsinin təhqiqatçısı, polis mayoru X9 07 noyabr 2021-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edrək qardaşı Qurbaninin içki qəbul edərək onu öldürməklə hədələməsi və evində olan əşyaları sındırması barədə məlumat vermişdir. İddiaçı müraciətində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Bərdə rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 1(021) 90/2021 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bərdə Regional “Asan-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 11 aprel 2022-ci il tarixli, 736 nömrəli məktubdan görünür ki, 31 dekabr 2020-ci il tarixdə vəfat etmiş X6 vəfatından sonra irs qalmış ümumi əmlakın 6/1 hissəsinə dair Bərdə regional “ASAN- Xidmət” Mərkəzinin notariat ofisinə müraciət etmiş vərəsəsi Cavabdeh məcburi paya dair qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verilmişdir. İşə əlavə edilmiş 10 yanvar 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi Cavabdeh miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnaməyə əsasən verilən əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X8 verilmiş **********92-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestindən çıxarışa əsasən Bərdə rayonu Şərəfli kəndində yerləşən ümumi sahəsi 88,7 kv. metr,yaşayış sahəsi 51,2 kv. metr yardımçı sahəsi 37,5 kv.metr , 2 otaqlı fərdi yaşayış evindən və ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X8 verilmiş **********92-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestindən çıxarışa əsasən Bərdə rayonu Şərəfli kəndində yerləşən ümumi sahəsi 0, 23 ha olan torpaq sahəsinin X8 məxsus olan hissəsindən ibarətdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021) 1552/2022 nömrəli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli, 10/4539 nömrəli ekspert rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən fərdi yaşayış evi 1/6 hissəs, torpaq sahəsi 1/36 hissə X6 və fərdi yaşayış evi 5/6 hissə, torpaq sahəsi 35/36 hissə İddiaçı mülkiyyətində olan Bərdə rayonu Şərəfli kəndində yerləşən yaşayış evinin və 0,23 ha torpaq sahəsinin paylarına münasib olaraq təcrid şəkildə naturada bölünməsinin İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1.,2.2, 2,4və 2,9 bəndlərində göstərilən və məhkəmə tikinti texniki eksertizasının həlli metodalarında “ yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasında göstərilənlərə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras qalmış Bərdə rayonu Şərəfli kədində yerləşən fərdi yaşayış evindən qardaşı Cavabdeh miras payının naturada ayrılması və Cavabdeh 1000 manat kompensasiya verməklə vəsiyyətnamə ilə ona məxsus olan 16 dekabr 2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarış əsasında olan ünvan 1ində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli, 10/4539 nömrəli ekspert rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən fərdi yaşayış evi 1/6 hissəs, torpaq sahəsi 1/36 hissə X6, və fərdi yaşayış evi 5/6 hissə, torpaq sahəsi 35/36 hissə İddiaçıın mülkiyyətində olan Bərdə rayonu Şərəfli kəndində yerləşən yaşayış evinin və 0,23 ha torpaq səhasənin paylarına münasib olaraq təcrid şəkildə naturada bölünməsinin İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1.,2.2, 2,4və 2,9 bəndlərində göstərilən və məhkəmə tikinti texniki eksertizasının həlli metodalarında “ yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasında göstərilənlərə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiyanın) 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Məhkəmə miras qalmış əmlakın naturada bölünməsinin mümkünlüyü məsələsi ilə bağlı qeyd edir ki, həmin mübahisənin həll olunması məqsədi ilə iş üzrə tikinti –texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli, 10/4539 nömrəli ekspert rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən fərdi yaşayış evi 1/6 hissəs, torpaq sahəsi 1/36 hissə X6, və fərdi yaşayış evi 5/6 hissə, torpaq sahəsi 35/36 hissə İddiaçıın mülkiyyətində olan Bərdə rayonu Şərəfli kəndində yerləşən yaşayış evinin və 0,23 ha torpaq səhasənin paylarına münasib olaraq təcrid şəkildə naturada bölünməsinin İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1.,2.2, 2,4və 2,9 bəndlərində göstərilən və məhkəmə tikinti texniki eksertizasının həlli metodalarında “yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasında göstərilənlərə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müyyən edilmişdir. Göründüyü kimi, iddiaçı və cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi mümkün deyil. Məhkəmə iddia tələbinin kompensasiya ödənilməklə evdən çıxarılması hissəsində qeyd edir ki, həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.4-cü maddəsində göstərilir ki, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. MM-in 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. MM-in 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Göründüyü kimi mülki qanunvericiliyin tələbinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə yalnız onun öz razılığı ilə yol verilir. Bununla bağlı paylı mülkiyyətçi olan hazırki iş üzrə cavabdehin razılığı iş materiallarında mövcud deyil və ya məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Burada hər üç zəruri şərt birlikdə mövcud olmalıdır ki, paylı mülkiyyətçiyə kompensasiya ödənilməsi mümkün olsun, bu şərtlərə daxildir: mülkiyyətçinin pay cüzi olmalı, real surətdə ayrıla bilməməli və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmamalıdır ki, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoysun hansı ki hazırki işdə iddiaçı bu kompensasiyanı cavabdehə təklif edir. Göründüyü kimi, ilk 2 şərt bu işdə mövcud olsa da 3-cü şərt, yəni cavabdehin ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyinin olmaması iş materialları ilə sübuta yetirilmir. Həmçinin, konstitusiya və mülki qanunvericiliyin tələbinə əsasən cavabdehə kompensasiya ödənilməsi üçün ilk növbədə əmlakın real bazar qiyməti müəyyən edilməli idi ki, hazırki işdə iddiaçı tərəfindən cavabdehin paylı mülkiyyətdə olan əmlakdakı payı 1000 manat dəyərində qiymətləndirilərək cavabdehə kompensasiya təklif edilmişdir, lakin bu məbləğ əsaslandırılmamış və iddiaçı tərəfindən heç bir mötəbər sübuta istinad edilməmişdir, həmçinin əmlakın qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyi təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən təklif edilən 1000 manat məbləğində kompensasiya ödənilməklə cavabdeh mübahisəli fərdi yaşayış evindən çıxarıla bilməz. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq "xxxx" ASC-nin Xətai Filialı, Kod 200071 VÖEN (bank) **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, Kadastr və Yerquruluşu Lahiyə-tədqiqat Mərkəzi, VÖEN **********, AZ23AİİB******************** nömrəli hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X2 Cavabdeh qarşı “Miras paylarının naturada ayrılması və evdən çıxarılma” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq "xxxx" ASC-nin Xətai Filialı, Kod 200071 VÖEN (bank) **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, Kadastr və Yerquruluşu Lahiyə-tədqiqat Mərkəzi, VÖEN **********, AZ23AİİB******************** nömrəli hesaba ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar