Məhkəmə qərarları › İş №2(021)-1555/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1555/2022

09.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1555/2022 09.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh və üçüncü şəxs Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin və torpaq sahəsini boşaldılaraq banka təhvil verilməsi» tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh və maraqlı şəxs Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddia qaldıraraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında bağlanmış və Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisində notarial qaydada təstiq edilmiş 29 iyul 2020-ci il tarixli AN-İ No ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi; "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1rləşən fərdi yaşayış evi və ünvan 1rləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini belə əsaslandırmışdır ki, "Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında 29 iyul 2020-ci il tarixli, AN-İ No ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır və həmin müqavilə Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisində notarial qaydada təstiq edilmişdir. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinin nisyə alqı-satqı qaydasında 2**0 manat qiymətə, ünvan 1rləşən ümumi sahəsi 98.02 kv.m olan fərdi yaşayış evinin nisyə alqı-satqı qaydasında 25**0 manat qiymətə Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 3**0 (üç min) manat məbləğində vəsaiti satıcının-İddiaçı ASC-nin hesabına ödəyir, qalan 24**0 (iyirimi dörd min) manatı isə 29 iyul 2025-ci il tarixinədək hər ay 4** (dörd yüz) manat olmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 3**0 (üç min) manat məbləğində vəsait "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənildikdən sonra ünvan 1rləşən fərdi yasayış evi və ünvan 1rləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamışdır, müqavilənin icrası ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə lazimi ödənişlər edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında 29 iyul 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əsasən müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Həmçinin həmin müqavilənin digər şərtinə əsasən tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq məktubu 21 dekabr 2021-ci il tarixdə Cavabdeh göndərilmişdir. Lakin buna baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə lazimi ödəniş edilməmiş, ünvan 1rləşən fərdi yaşayış evi və ünvan 1rləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi boşaldılaraq Banka təhvil verilməmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında 0.08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.02 kv.m olan fərdi yaşayış evi "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin tam xüsusi mülkiyyətindədir. Mülki işə əlavə edilmiş İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin Notariat kontoruna ünvanladığı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışına əsasən "xxxx" ASC-nin (əvvəlki adı: "xxxx" İKB ASC) mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 98.2 kv.m olan fərdi yaşayış evinin (reyestr nömrəsi 61**13**0133-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il, RX seriyalı, ******* nömrəli Çıxarış) 27 **0 AZN olmaqla nisyə alqı-satqı müqaviləsi əsasında aşağıdakı şərtlərlə 60 ay müddətinə satılmasına etiraz etmirlər: İlkin ödəniş 3 **0 (üç min doqquz yüz otuz beş) AZN; Hər ay 4** (dörd yüz) AZN; Daşınmaz əmlakın alıcısı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyat hüququnu satıcı özündə saxlayır və mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alici alış qiymətinin ödənilməsini gecikdirərsə, satıcının müqaviləni lağv etmək hüququ vardır; Alqı-satqı müqaviləsi dövlət qeydiyyatına alındığı andan 5 (beş) iş gündən gec olmayaraq alqı-satqı predmetini tam dəyərində oğurlanma, məhv olma va riskindən Satıcını faydalanan şəxs kimi göstərməklə Alici öz hesabına sığortalamalıdır Sığorta müqaviləsinin məzmununu Saticinin yazılı razılığı olmadan Alıcı tərəfindən dəyişdirməmək və sığorta müqavilələrdən irəli gələn öhdəlikləri vaxtında icra etmək. Mülki işə əlavə edilmiş Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış və Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 29 iyul 2020-ci il tarixli, AN-İ No ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinin nisyə alqı-satqı qaydasında 2**0 manat qiymətə, ünvan 1rləşən ümumi sahəsi 98.02 kv.m olan fərdi yaşayış evinin nisyə alqı-satqı qaydasında 25**0 manat qiymətə Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 3**0 (üç min) manat məbləğində vəsaiti satıcının-İddiaçı ASC-nin hesabına ödəyir, qalan 24**0 (iyirimi dörd min) manatı isə 29 iyul 2025-ci il tarixinədək hər ay 4** (dörd yüz) manat olmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş Bərdə Regional «ASAN-Xidmət» mərkəzinin notariat ofisində 29 iyul 2020-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 42-13** reyestrli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.08 ha torpaq sahəsinin satılmasına dair Alici tərəfindən notariusun depozit hesabı vasitəsi ilə Satıcının hesabına köçürülmüş pul vəsaiti barədə ödəniş tapşırıqlarının təsdiq edilmiş kserosurətlərindən görünür ki, Satıcının hesabına köçürülmüş pul vəsaiti cəmi 52** manat olmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq göndərilmişdir. Mülki işə əlavə edilmiş ödəniş 11.03.202-ci il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 1** manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 29 iyul 2020-ci il tarixli, AN-İ No ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmışdır və həmin müqavilə Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisində notarial qaydada təstiq edilmişdir. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinin nisyə alqı-satqı qaydasında 2**0 manat qiymətə, ünvan 1rləşən ümumi sahəsi 98.02 kv.m olan fərdi yaşayış evinin nisyə alqı-satqı qaydasında Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 3**0 (üç min) manat məbləğində vəsaiti satıcının-İddiaçı ASC-nin hesabına ödəyir, qalan 24**0 (iyirimi dörd min) manatı isə 29 iyul 2025-ci il tarixinədək hər ay 4** (dörd yüz) manat olmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 3**0 (üç min) manat məbləğində vəsait "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənildikdən sonra ünvan 1rləşən fərdi yasayış evi və ünvan 1rləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamışdır, müqavilənin icrası ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə lazimi ödənişlər edilməmişdir. İş üzrə iddiaçı "xxxx" ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 6**.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 6**.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 6**.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 6**.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 6**.2-6**.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış və Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisində notarial qaydada təstiq edilmiş 29 iyul 2020-ci il tarixli AN-İ No ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1rləşən fərdi yaşayış evi və ünvan 1rləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 50 manat məbləğində rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış və Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisində notarial qaydada təstiq edilmiş 29 iyul 2020-ci il tarixli AN-İ No ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. İddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1rləşən fərdi yaşayış evi və ünvan 1rləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar