Məhkəmə qərarları › İş №2(021)-156/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-156/2022

13.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-156/2022 13.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma və həmin torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bərdə rayonu Kətǝlparaq kəndində yerləşən 0.22 ha torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılmasına və həmin torpaq sahəsinin üzərində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarı ilə Bərdə rayonu Kətəlparaq kəndi ərazisində ümumilkdə 0.22 ha həyatyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0.2 ha hissəsindən artıq ərazi cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehdən dəfələrlə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxmasını tələb etməsinə baxmayaraq cavabdeh ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsindən çıxmır. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Bərdə rayon Kətəlparaq kəndində anadan olmuşdur. Bərdə rayon Kətəlparaq kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-442A KOD 61010018 saylı Şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-ci il tarixli 05 saylı qərarına əsasən Bərdə rayonu Kətəlparaq kənd sakinləri İddiaçı, X3, X1, X2 mülkiyyətinə 0.22 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki: iddiaçı və cavabdehin iştirakı ilə hər ikisinin naturada faktiki istifadə etdikləri həyətyanı torpaq sahələrinin koordinatları naturada təyin edilərək H.B.Zərdabi adına agro-istehsal müəssisəsinin ərazisində aparılmış Torpaq İslahatına dair kompleks yerquruluşu layihəsinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-442A və JN-535A nömrəli şəhadətnamələrə əsasən mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinin koordinatları ilə müqaisələndirildi. İddiaçı sənəd üzrə mülkiyyətinə verilən 0.22 ha həyətanı torpaq sahəsindən Cavabdeh və ya başqa bir şəxs tərəfindən istifadə olunmur. JN-442A KOD 61010018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı adına qeydiyyata alınmış Bərdə rayon Kətəlparaq kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsində Cavabdeh və ya başqa bir şəxs tərəfindən tikinti işləri aparılmamışdır. Məhkəmə iş üzrə mütəxəssis rəyini əsas götürərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı sənəd üzrə mülkiyyətinə verilən 0.22 ha həyətanı torpaq sahəsindən Cavabdeh və ya başqa bir şəxs tərəfindən istifadə olunmur. JN-442A KOD 61010018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı adına qeydiyyata alınmış Bərdə rayon Kətəlparaq kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsində Cavabdeh və ya başqa bir şəxs tərəfindən tikinti işləri aparılmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı sənəd üzrə mülkiyyətinə verilən 0.22 ha həyətanı torpaq sahəsindən Cavabdeh və ya başqa bir şəxs tərəfindən istifadə olunmadığından və həmin torpaq sahəsində tikinti işləri aparılmadığından iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma və həmin torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar