Məhkəmə qərarları › İş №2(021)-156/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-156/2023

19.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-156/2023 19.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı1 (həmçinin İddiaçı2 nümayəndəsi) və X4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X16, X4, X8 cavabdehlər Cavabdeh1 Qı̇ yas qızına, Şəmı̇ lli Zaur Vüqar oğluna, Şəmı̇ lli Uğur Vüqar oğluna, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X17, X18 qarşı “miras qalmış pay hissəsinə vərəsəlik qaydasında hüquqlarının tanınması, birgə mülkiyyətdə olan torpaq sahəsinin payların müəyyən edilməsi, naturada ayrılması və sərhədlərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY YƏ N E TD İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışla torpağın mülkiyyətə verilməsinə dair sənəddə qeyd edilən, ümumi birgə mülkiyyətlərində olan 0,98 ha həyətyanı torpaq sahələrindən onların paylarının müəyyən edilməsinə, naturada ayrılmasına və sərhədlərinin müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, onlara– X9 (ölmüşdür), İddiaçı1, İddiaçı2, Cavabdeh3,Cavabdeh2, Cavabdeh1 Bərdə rayon Tağılar kəndində 0,98 ha. həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarış da almışlar. Qeyd edilən torpaq sahəsi onların ümumi birgə mülkiyyətindədir. Payçılardan Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 kənddə yaşamasalar da qeyd edilən torpaq sahəsini yaxınlarının istifadəsinə verir, bu səbəbdən onların paylarına düşən torpaq sahəsini kimsəyə icarəyə verə bilmir, yəni həmin torpaq sahəsi üzərində sərəncam, sahiblik, istifadə hüquqlarını həyata keçirə bilmirlər. Belə ki, payçılar Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 razılığı olmadan qeyd edilən, ümumi birgə mülkiyyətlərində olan torpaqları üzərində hüquqlarını həyata keçirə bilmirlər. Bu da onlara bir çox problemlər yaradır. Belə hesab edirlər ki, ümumi birgə mülkiyyətdə olan həyətyanı torpaq sahələrinin bölünməsi və naturada ayrılması, sərhədlərinin müəyyən edilməsi məhkəmə qaydasında həll edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(021)1886/2022 nömrəli qərardadı ilə iddiaçılar Musayeva Ruhı̇ yyə Qı̇ yas qızının, İddiaçı2 Qı̇ yas oğlunun Cavabdeh1 Qı̇ yas qızına, Şəmı̇ lli Zaur Vüqar oğluna, Şəmı̇ lli Uğur Vüqar oğluna qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi, naturada ayrılması və sərhədlərinin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə X32, X20, X25 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdirlər. Bərdə Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(021)1886/2022 nömrəli qərardadı ilə iddiaçılar Musayeva Ruhı̇ yyə Qı̇ yas qızının, İddiaçı2 Qı̇ yas oğlunun Cavabdeh1 Qı̇ yas qızına, Şəmı̇ lli Zaur Vüqar oğluna, Şəmı̇ lli Uğur Vüqar oğluna qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi, naturada ayrılması və sərhədlərinin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə X32, X20, X25 iddiaçı qismində cəlb olunmuşdurlar. Bərdə Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(021)1886/2022 nömrəli qərardadı ilə iddiaçılar Musayeva Ruhı̇ yyə Qı̇ yas qızının, İddiaçı2 Qı̇ yas oğlunun Cavabdeh1 Qı̇ yas qızına, Şəmı̇ lli Zaur Vüqar oğluna, Şəmı̇ lli Uğur Vüqar oğluna qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi, naturada ayrılması və sərhədlərinin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə X26, X27 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdirlər. Bərdə Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(021)1886/2022 nömrəli qərardadı ilə X21 iddiaçılar Musayeva Ruhı̇ yyə Qı̇ yas qızının, İddiaçı2 Qı̇ yas oğlunun Cavabdeh1 Qı̇ yas qızına, Şəmı̇ lli Zaur Vüqar oğluna, Şəmı̇ lli Uğur Vüqar oğluna, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X22, X10, X19 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi, naturada ayrılması və sərhədlərinin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə X11 qanuni nümayəndəsi qismində cəlb olunmuşdur. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, X32, X20, X25 iddia həcminin artırılmasına dair ərizə verərək, ümumi birgə mülkiyyət hüququ üzrə 0,98 torpaq sahəsinin anaları X2 miras qalmış pay hissəsinə onların vərəsəlik qaydasında hüquqlarının tanınmasının da xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 ( həmçinin İddiaçı2 nümayəndəsi) iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı X20 qızı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Digər iddiaçılar X32 və X25 məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə digər iddiaçılar X32 və X8 mənafelərinin İddiaçı1 ( həmçinin İddiaçı2 nümayəndəsi) və X4 mənafeylərinə uyğun olduğundan və onların gəlməməsinin işə baxılmasına mane olmadığı gənaətinə gəldi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 Qı̇ yas qızı, Şəmı̇ lli Zaur Vüqar oğlu, Şəmı̇ lli Uğur Vüqar oğlu məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş 3-cü şəxslər X11 qanuni nümayəndəsi X21 və X27 məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1978-ci il tarixdə Bərdə rayon Tağılar kəndində anadan olmuşdur. Kəlbəcər rayon Ağqaya kəndində qeyiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayonu Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 291 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 Bərdə rayon Mehdixanlı kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1981-ci il tarixdə Bərdə rayon Tağılar kəndində anadan olmuşdur. Bərdə rayon Tağılar kəndində qeyiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayonu Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 290 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 Bərdə rayon Tağılar kəndində qeyiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1974-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Yevlax rayonu Z.Tağıyev küçəsi mənzil 26 üvanında qeyiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Seriya AZE № 08497215 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X25 xx.xx.1972-ci il tarixdə Bərdə rayon Tağılar kəndində anadan olmuşdur. Yevlax rayonu Mübariz Əliyev küçəsi mənzil 68 üvanında qeyiyyatdadır. İş materiallarına əlavə olunmuş AZ-İ №465157 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Qiyas Ağayev, ana qrafasında ana adı Mədinə Ağayeva kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AЭ №057289 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X36 ilə X12 arasında xx.xx.1968-ci il tarixdə Yevlax şəhəri Malbinəsi kənd sovetində 18 saylı akt qeydi ilə nikah bağlanmışdır.Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ №282104 nömrəli Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamənin surətindən grünür ki, X36 18 yanvar 2010-cu ildə vətəndaş X3 doğulmuş X11 atası hesab olunmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İİ №182004 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X36 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyasının müvafiq qeydiyyat orqanı tərəfindən verilmiş Vİİİ-ИК №641603 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-016A KOD- 61013038 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarı ilə 0.98 ha torpaq sahəsi Bərdə rayon Tağılar kənd sakinləri X13, Cavabdeh3, Cavabdeh2, X5, X6 və İddiaçı2 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X7 adına verilmiş reyestr nömrəsi **********71, qeydiyyat nömrəsi ********** olan Çıxarışdan görünür ki, Bərdə rayon Tağılar kəndində yerləşən 0.98 ha torpaq sahəsi X7, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş A№639267 Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Bərdə rayon Tağılar kəndində yerləşən 0.98 ha torpaq sahəsinin hüquq sahibi X14r. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmıakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-1886/2022 saylı mülki işi üzrə Bərdə rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(021)-1886/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. İddiaçıların iştirakı ilə məhkəmə qərardadında mübahisələndirilən torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazası ilə müqaisə edilmişdir. ********** qeydiyyat nömrəli çıxarışa əsasən X7 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Tağılar kəndində yerləşən 0.98 ha torpaq sahəsinin onun vərəsələrinə münasibətdə iddiaçılar İddiaçı1- 0,1956 ha, İddiaçı2 - 0.1956 ha, X10 0.0326 ha, X19-0.0326 ha və X28 0.0326 ha hissədə olmaqla üzərində yerləşən yaşayış evi və köməkçi tikililər altında olan torpaq sahəsini nəzərə almadan və kənd arası yola çıxışı təmin etməklə bölünməsi mümkündür. İddiaçı və cavabdehlərin qarşılıqlı razılaşmaları əsasında onların payına düşən hissələrinin sərhədləri naturada müəyyən edilə bilər. Bölgü planında nəzərdə tutulur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli 10/4428 saylı Ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X7 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayon, Tağılar kəndində yerləşən 0.98 ha torpaq sahəsinin onun vərəsələrinə münasibətdə İddiaçı1 qizina 0.1956 ha, İddiaçı2- 0.1956 ha, X37 qizin 0.0326 ha, X19- 0.0326 ha ve X22- 0.0326 ha hissədə olmaqla üzərində yerləşən yaşayış evi və köməkçi tikililər altında olan torpaq sahəsini nəzərə almadan və kənd arası yola çıxışı təmin etməklə bölünməsi mümkündür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X7 və digər şəxslərin ümumi birgə mülkiyyətinə Bərdə rayonu Tağılar kəndində yerləşən 0.98 ha torpaq sahəsi verilmişdir. İddaçılar İddiaçı1, İddiaçı2, X32, X20 və X1 Reyhan Binnət qızının X36 ilə nikahlarından olan övladlarıdır. Həmçinin cavadehlərdən Cavabdeh1 Qı̇ yas qızı da X7 X36 ilə nikahlarından olan övladıdır. Üçüncü şəxs Ağayev (Sarıyev) Seymur Qiyas oğlu X29 başqa bir qadın Mədinə Ağayevadan olan oğludur. Digər üçüncü şəxs isə X26 da X29 başqa bir qadın X3 olan övladıdır və yetkinlik yaşına çatmamışdır. Cavabdehlərdən Şəmı̇ lli Zaur Vüqar oğlu və Şəmı̇ lli Uğur Vüqar oğlu iddiaçıların əmisi uşaqlarıdır. Məhkəmə iddia tələbinin miras qalmış pay hissəsinə iddiaçıların vərəsəlik qaydasında hüquqlarının tanınması və birgə mülkiyyətdə olan torpaq sahəsinin payların müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Ona görə də iddiaçıların X7 0.98 ha torpaq sahəsinə münasibətdə vərəsəlik hüquqları tanınmalıdır. Həmçinin ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edillir ki, 0.98 ha torpaq sahəsinin mülkiyyətçilərindən iddiaçılardan İddiaçı1 və İddiaçı2 da ümumbirgə mülkiyyətçidir. Digər iddiaçılar isə həmin torpaq sahəsinə münasibətdə ümumbirgə mülkiyyətçi deyildirlər. Ona görə də X7 payın düşən hissə üzrə vərəsələrin payı müəyyən olunmalıdr. Bu səbəbdən də İddiaçı1 və İddiaçı2 ümumbirgə mülkiyyətçi olduğundan onların payı miras əmlak hesabına artırılaraq hər birinin payı 0,1956 ha, digər iddiaçıların vərəsəlik payı isə 0,0326 ha müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1276-ci maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məhkəmə iddia tələbinin “torpaq sahəsinin naturada ayrılması və sərhədlərinin müəyyən edilməsi hissəsi ilə bağlı mütəxəsis rəyini əsas götürərək hesab edir ki, iddia tələbi həmin hissədə də təmin olunmalıdır. Belə ki, mütəxəsiss rəyində və Ekspert rəyində qeyd olunmuşdur ki, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X7 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Tağılar kəndində yerləşən 0.98 ha torpaq sahəsinin onun vərəsələrinə münasibətdə iddiaçılar İddiaçı1- 0,1956 ha, İddiaçı2 -0.1956 ha, X10 0.0326 ha, X19- 0.0326 ha və X28 0.0326 ha hissədə olmaqla üzərində yerləşən yaşayış evi və köməkci tikililər altında olan torpaq sahəsini nəzərə almadan və kənd arası yola çıxışı təmin etməklə bölünməsi mümkündür. İddiaçı və cavabdehlərin qarşılıqlı razılaşmaları əsasında onların payına düşən hissələrinin sərhədləri naturada müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, mütəxəsis rəyinə əlavə edilmiş bölgü planında 0, 0640 ha torpaq sahəsi tikili altında ola torpaq sahəsinə aid edilmişdir. Qalan sahələr isə iddiaçılara münasibətdə bölgü planında əks olunmuş və sərhədləri göstərilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Bərdə rayon Tağılar kəndində yerləşən ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətinə verilmiş 0.98 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən yaşayış evi və köməkçi tikililər altında olan torpaq sahəsini nəzərə almadan və kənd arası yola çıxışı təmin etməklə bölünməsinin olduğu mümkün olduğu məlum olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən, Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X15 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 AZN cavabdehlərdən iddiaçıların tutulmalıdır. Məhkəmə Ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehlər Cavabdeh1 Qı̇ yas qızından, Şəmı̇ lli Zaur Vüqar oğlundan və Şəmı̇ lli Uğur Vüqar oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X16, X4, X8 cavabdehlər Cavabdeh1 Qı̇ yas qızına, Şəmı̇ lli Zaur Vüqar oğluna, Şəmı̇ lli Uğur Vüqar oğluna, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X17, X18 qarşı “miras qalmış pay hissəsinə vərəsəlik qaydasında hüquqlarının tanınması, birgə mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi, naturada ayrılması və sərhədlərinin müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilsin. ********** qeydiyyat nömrəli çıxarışa əsasən X7 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Tağılar kəndində yerləşən 0.98 ha torpaq sahəsinə münasibətdə iddiaçılar İddiaçı1, İddiaçı2, X16, X4, X8 miras qalmış pay hissəsinə vərəsəlik qaydasında hüquqları tanınsın və iddiaçılar İddiaçı1- 0,1956 ha, İddiaçı2 -0.1956 ha, X10 0.0326 ha, X19-0.0326 ha və X28 0.0326 ha hissədə vərəsəlik payı müəyyən edilsin. ********** qeydiyyat nömrəli çıxarışa əsasən X7 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Tağılar kəndində yerləşən 0.98 ha torpaq sahəsinə münasibətdə iddiaçılar İddiaçı1- 0,1956 ha, İddiaçı2 -0.1956 ha, X10 0.0326 ha, X19- 0.0326 ha və X28 0.0326 ha hissədə bölgü planında nəzərdə tutulmuş qaydada naturada ayrılsın və sərhədləri müəyyən olunsun. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 Qı̇ yas qızından, Şəmı̇ lli Zaur Vüqar oğlundan və Şəmı̇ lli Uğur Vüqar oğlundan alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, X16, X4, X8 xeyrinə verilsin. Məhkəmə Ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehlər Cavabdeh1 Qı̇ yas qızından, Şəmı̇ lli Zaur Vüqar oğlundan və Şəmı̇ lli Uğur Vüqar oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar