Məhkəmə qərarları › İş №2(021)-1566/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1566/2024

16.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1566/2024 16.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X11 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) Maraqlı şəxs olmaqla, “Doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 28 sentyabr 2021-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X5 və 20 iyun 2022-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X2 doğum faktının müəyyən olunmasına, atası X8, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, əri X8 ilə 10 dekabr 2020-ci ildə qeyri-rəsmi olaraq ailə həyatı qurub evlənmiş, birgə yaşayış dövründə 2 (iki) övladları anadan olmuşdur. Lakin onlar 28 sentyabr 2021-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X7 və 20 iyun 2022-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X6 doğum haqqında şəadətnamə ala bilməmişlər. Hazırda onlar övladlarına doğum haqqında şəhadətnamə almaq istəyirlər. Onlar övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, orada isə onlara bildirmişlər ki, məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək, habelə göstərdi ki, Xəyyam Abidovla ayrılmışdır, sonuncu hazırda Rusiya Federasiyasında yaşayır. Uşaqlarına özü baxır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X3 göstərdi ki, ərizəçi onun qızıdır. Qızı Ərizəçi qaynı X17a ərə vermiş, onların birgə nikahlarından iki övladları doğulmuşdur. Lakin uşaqlara doğum haqqında şəhadətnamə alınmamışdır. xx.xx.2021-ci ildə anadan olmuş X4 və xx.xx.2022-ci ildə anadan olmuş X2 atası X8, anası isə Ərizəçidır. Xəyyam Abidov hazırda Rusiya Federasiyasında yaşayır. Qızı Ərizəçi isə iki uşağı ilə birlikdə onun yanında yaşayır. Məhkəmə iclasında şahid qismində izahat verən X1 göstərdi ki, ərizəçi gəlini, Xəyyam Abidov isə oğludur. X17 ərizəçi ilə evlənmiş, onların birgə nikahlarından iki övladları doğulmuşdur. Lakin uşaqlara doğum haqqında şəhadətnamə alınmamışdır. xx.xx.2021-ci ildə anadan olmuş X4 və xx.xx.2022-ci ildə anadan olmuş X2 atası X8, anası isə Ərizəçidır. X17 hazırda Rusiya Federasiyasında yaşayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2004-cü ildə Hacıqabul rayonu Nəvai kəndində anadan olmuşdur, Bərdə şəhəri Mehdi Hüseynzadə küçəsində qeydiyyatdadır. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X12 10 noyabr 2023-cü il tarixli 18-1-28/2- 1483/2023 saylı məktubundan görünür ki, Ərizəçi deməsinə görə X8 ilə birgə nikah dövründən olan xx.xx.2021-ci il təvəllüdlü Abidov ...... Xəyyam oğlu və xx.xx.2022-ci il təvəllüdlü Abidov ....... Xəyyam oğlu Bərdə RMX-nın Ailə Sağlamlıq Mərkəzində xx.xx.2023-cü il tarixdə qeydiyyata götürülmüşdür. Həkim pediatr tərəfindən müayinə olunmuşlar və praktik sağlam olmaları təsdiq olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 17 oktyabr 2023-cü il tarixli 3-16-5/8-15-563/2023 saylı məktubdan görünür ki, Ərizəçi uşaqlarına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi və doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığından doğumun qeydiyyat şöbəsində qeydə alınaraq doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. 14 mart 2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi 28 sentyabr 2021-ci ildə və 20 iyun 2022-ci ildə oğlan övladları anadan olmuşdur. Məhkəmə iclasında şahidlər Ərizəçi 2020-ci ildə Xəyyam Abidovla evləndiyini, 28 sentyabr 2021-ci ildə və 20 iyun 2022-ci ildə oğlan uşaqlarının doğulduğunu təsdiq etmişlər. Ərizəçi ərizəsində 20 sentyabr 2021-ci ildə anadan olmuş oğlunun adının İman və 20 iyun 2022-ci ildə anadan olmuş oğlunun adının Xəyal olduğunu qeyd etsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş, “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X12 məktubundan müəyyən olunur ki, 28 sentyabr 2021-ci ildə və 20 iyun 2022-ci ildə anadan olmuş uşaqların adları yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi 28 sentyabr 2021-ci ildə və 20 iyun 2022-ci ildə Bərdə şəhərində anadan olmuş oğlan uşaqlarının anadan olması, onun atasının X8, anasının isə Ərizəçi olması faktı ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə qismən təmin edilməli, Ərizəçi 28 sentyabr 2021-ci ildə və 20 iyun 2022-ci ildə Bərdə şəhərində oğlan uşaqları doğması, uşaqların atasının X8, anasının Ərizəçi olması faktı müəyyən olunmalıdır. Mübahisənin gerçək hallarından görünür ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə uşaqlarına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə qismən təmin edilisin. Ərizəçi 28 sentyabr 2021-ci ildə və 20 iyun 2022-ci ildə Bərdə şəhərində oğlan uşaqları doğması, uşaqların atasının X8, anasının Ərizəçi olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar