Məhkəmə qərarları › İş №2(021)-1568/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1568/2023

27.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1568/2023 27.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, maraqlı şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, filial hüquqi şəxs olmadığından məhkəmədə tərəf ola bilməz. Azərbaycan Respublikası MPM-nin *5*.*-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hazırkı iddia ərizəsi MPM-nin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin *52.*.*-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. MPM-nin **4.*.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in *49-*52-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi Maraqlı şəxs Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən ərizənin verilməsinə görə ödənilmiş *00 (bir yüz ) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar